İlham Əliyev komandasından narahatdır
Xaricdən gələn təzyiqlər nəticəsində hakimiyyətdə
mərkəzdən qaçma güclənə bilər
Dövlət
başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair konfransda
etdiyi çıxışda diqqətçəkən daha bir məqam dövlət başçısının məmuralar müraciəti
idi. İ.Əliyev ünvanladığı mesajlarda məmurların xarici dairələrin təsiri altına
düşə biləcəyindən narahatlığını dilə gətirir. lham Əliyev bu narahatlığı belə
ifadə elədi: “Məmurlar vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici
dairənin təsiri altına düşməməlidir”. Beləliklə, hər dəfə müxalifəti, vətəndaş
cəmiyyəti institutlarını, azad yazarları xarici dairələrin təsiri altına
düşməkdə ittiham edən Ilham Əliyev ilk dəfə olaraq komandasından bu məsələyə
görə şübhəsini gizlətmədi. İ.Əliyevi bu cür çıxış etməyə vadar edən səbəb
nədir? Dövlət başçısı nədən ehtiyatlanır? Bu sualların cavablarını münasibətini
öyrəndiyimiz ekspertlərdən almağa çalışdıq.
İlham
Əliyevin bu narahatlığı əsassız deyil. Azərbaycanda fəaliyyət göstərən
məmurlar, oliqarxlar, iş adamları əllərində olan kapiatıl bir qayda olaraq
Türkiyə və Avropa ölkələrində yatırmağa çalışırlar. Bunun iki səbəblə bağlıdır:
birinci səbəb Avropa ölkələrində azad biznes üçün əşraitin olması, ikinci amil
isə kapitalın xaricdə daha təhlükəsiz olmasıyla əlaqəlidir. İlham Əliyev
Ukraynada hazırda gedən prosesləri görür. Hakimiyyət texnooloqları bu
proseslərin Azərbaycana mümkün təsirlərini araşdırırlar. Qərbin Ukraynaya
mümkün təzyiqlərindən biri də oliqarx məmurların xaricdəki vəsaitləri
vasitəsilə həyata keçirilib. Azərbaycanın da oliqarx-məmurlarının
kapitallarının böyük hissəsinin xaricdə olduğu nəzərə alınarsa, İlham Əliyevin
narahatlığı bundan irəli gəlir. Ukraynadakı proseslərin Azərbaycana keçidi tam mümkündür.
Çünki 2015-ci ildə Avropa Birliyinin növbəti sammitində Azərbaycanla bağlı
mühüm qərarların qəbul olunması gözlənilir.
Yaxın
illər ərzində Azərbaycanla bağlı demokratik məsələlər gündəmə gələcəyindən
İ.Əliyev məmurları hədələməyə çalışır. O xaricdən gələn təzyiqlərin nəticəsində mərkəzdən qaçmanın
güclənməsindən ehtiyatlanır.
Short URL: http://www.cumhuriyyet.net/?p=4044