Gültəkin Hacıbəyli Milli Şuranı Rusiyanın projesi adlandıranları qınadı

10.02.2014 - 16:21

“Rüstəm İbrahimbəyovun seçkilərdə iştirakını məhz Rusiya əngəllədi”

 
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli gündəmin iki ən aktual mövzusuyla bağlıModerator.az-ın suallarını cavablandırıb, onlardan biri Milli Şuranın zaman-zaman Rusiya projesi olması söz-söhbətlərinə müxalifətdə söz sahibi olan şəxslərin də qoşularaq bu yalanı körükləyənlərin sırasına qoşulması, digər vacib məsələ isə hakimiyyətin proporsional seçki sisteminin bərpasına razılşadığıyla bağlı yayılan informasiyalarla bağlıdır. Gültəkin xanımın bu iki mövzuya münasibətini təqdim edirik: “Mən təəssüf edirəm ki, hakimiyyətin uzun zamandır Milli Şuraya qarşı apardığı qarayaxma kampaniyasına vaxtaşırı olaraq özünü demokratik düşərgəyə aid edən insanlar qoşulur və bununla da sanki, bu düşərgədə məhz hakimiyyətin yandırdığı təfriqə odunu sönməyə qoymurlar. Milli Şuranın Rusiya projesi olması barədə fikirlər, əlbəttə ki, məntiqsiz, əsassız və qərəzlidir. Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun prezident seçkilərində iştirakını məhz Rusiya əngəllədi. Ancaq bunun qarşılığında, Vladimir Putin Bakıya gəlib bilavasitə seçki öncəsi Azərbaycan prezidentinə öz açıq dəstəyini ifadə etdi. Novella xanımın Avropa Şurası adından səsləndirdiyi fikirlər xüsusilə, təəssüf doğurur. Azərbaycan insanı Avropa Şurasının Maqnitski qanunun əleyhinə Rusiya ilə bərabər səs verən yeganə nümayəndə heyətinin simasında Azərbaycan hakimiyyətini yox, Milli Şuranı Rusiya projesi hesab etməsini düşünəcək, buna inanacaq qədər sadəlövh deyil. Nəzərinizə çatdırmaq istəyirəm ki, hətta Ukrayna Qərb-Rusiya qarşıdurmasının kulminasiya dövrünü yaşadığı bir zamanda belə bu ölkənin hətta Yanukoviçin Regionlar Partiyasından olan deputatları da Maqnitski qanunu ilə bağlı səsvermədə Rusiyanı dəstəkləməyi özlərinə sığışdırmadılar. Ancaq Azərbaycan nümayəndə heyəti bunu tam tərkibdə etdi. Eyni zamanda, Ukrayna ilə bağlı qətnamənin qəbulunda da Azərbaycan tərəfi Rusiyaya tam loyal mövqedən çıxış edərək, yenə də yekdilliklə, AŞPA-nın iradəsinə zidd mövqe sərgilədi. Düşünürəm ki, bu faktların əlavə şərhə ehtiyacı yoxdur. Kimin kimin projesi olduğu göz önündədir. Proporsional seçki sisteminin bərpasına ancaq sevinmək olar. Bu ölkədə siyasi plüralizmin məhdudlaşdırılması səbəbindən çox sönük olan siyasi mübarizəyə, siyasi partiyaların fəaliyyətinə yeni impuls verərdi. Partiyalar öz real gücünü məhz seçkilərdə sınamalı, siyasi polemika parlament müstəvisində dəstəklənməlidir. Təbii ki, seçkilərin azad və ədalətli olması şərti ilə”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4061

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30