Avropa Parlamenti 7 üzvünü Azərbaycana görə cəzalandırır

10.02.2014 - 21:33

İlham Əliyevin seçkisinə müsbət rəy verən deputatlara cərimə kəsiləcək

Avropa Parlamentinin Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə edən 7 deputatı cəzalandırılır. Virtualaz.org saytı Avropa nəşrlərinə istinadən xəbər verir ki, sabah – fevralın 11-də Avropa Parlamentinin Məşvərət Komitəsi onların məsələsinə baxacaq. İlk dəfədir ki, Avropa Parlamenti öz üzvlərinə qarşı sanksiyalar tətbiq edir. Məşvərət Komitəsi Avropa Parlamentinin etika məsələlərinə baxan komitəsidir. Komitə Azərbaycandakı seçkilərdə müşahidəçi olan deputatların barəsində rüşvət və qiymətli hədiyyələrin əvəzində seçkilərin “azad və ədalətli keçdiyinə” dair rəy hazırlamaqda günahlandırılır. Komitə həmçinin fransalı deputat Rəşidə Datinin də məsələsinə baxacaq. Rəşidə Dati Azərbaycanın lobbiçilərindən biri kimi tanınır.
Xəbərdə bildirilir ki, Avropa Parlamentinin Azərbaycandakı seçkilər üzrə müşahidə missiyasının rəhbəri Piter Arlakki, missiyanın üzvləri Filip Kaçmarek, Yoahim Tseller, Yevgeni Kirilov, Norika Nikolai, Gabroç və Fiorello Proveralar komitənin sanksiyaları ilə üzləşəcəklər. Avropa Parlamentinin Məşvərət Komitəsi onların Azərbaycandakı seçkilərə dair hazırladığı rəyin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəyinə tam zidd olduğunu qeyd edir. Həmçinin deputatlar Azərbaycana səfərlərinin kim tərəfindən maliyyələşdirildiyinə və bu səfər zamanı hansı bahalı hədiyyələr aldıqlarına izahat verə bilməyiblər. Avropa Parlamentinin üzvlərinin yeni davranış kodeksi ötən ilin iyulunda qəbul edilib. Bu kodeksə görə, Avropa Parlamentinin üzvləri istənilən futbol matçına və ya şouya, xüsusən də xarici səfərlərə aldıqları dəvətləri öz internet səhifələrində göstərməlidir. Həmçinin deputatların 150 avrodan bahalı istənilən hədiyyə alması qadağandır. Bu qaydalar 2011-ci ildə “Sunday Times” qəzetinin iki jurnalistinin özlərini lobbiçi kimi qələmə verərək Avropa Parlamentinin üzvlərini pulla onları dəstəkləməyə razı salmasından sonra tətbiq edilmişdi.
Həmin davranış kodeksinə əsasən yaradılmış Məşvərət Komitəsi indiyədək cəmi bir deputatın – Belçikanın keçmiş baş naziri Jan-Lyuk Deanın məsələsinə baxıb. O, maliyyə maraqları ilə bağlı düzgün bəyannamə vermədiyi üçün tənbeh edilib. Bu dəfə isə Azəbaycandakı seçkiləri izləyən deputatlara qarşı həm töhmət, həm də cərimə cəzası tətbiq edilə bilər. Davranış kodeksinə görə, qaydaları pozan deputatlara qarşı Avropa Parlamentinin prezidentinin adından töhmət elan olunur, sonrakı cəza onlara qarşı cərimə cəzasını nəzərdə tutur. Son cəza isə deputatın Avropa Parlamentindən xaric edilməsidir. Komitənin qəbul etdiyi qərarı Avropa Parlamentinin prezidenti Martin Şults təsdiqləməlidir. Rəşidə Datinin məsələsi isə Məşvərət Komitəsində rəsmən yox, kuluarlarda müzakirə olunacaq. Əvvəllər Fransanın “GDF Suez” şirkətində işlədiyi üçün R.Datinin Avropa Parlamentinin energetika məsələləri üzrə komissiyasının üzvü kimi fəaliyyəti düzgün hesab edilmir. Belə ki, fransalı deputatın və keçmiş nazirin bu komissiyada enerji şirkətlərinin maraqlarını müdafiə etdiyinə dair şübhələr var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4067

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031