Avropa Parlamenti 9 oktyabr seçkilərin ifşa edir

11.02.2014 - 02:37

Avropa Parlamenti 9 oktyabr seçkilərin ifşa edirAvropa Parlamenti 7 deputatını Azərbaycana
görə cəzalandırır

Ötənilki prezident seçkilərini müşahidə edən
deputatlara töhmət veriləcək və cərimə kəsiləcək


 

Avropa
Parlamentinin Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə edən 7
deputatı cəzalandırılır. Qərb mediasında yer alan xəbərə görə, bu gün –
fevralın 11-də Avropa Parlamentinin Məşvərət Komitəsi onların məsələsinə
baxacaq. İlk dəfədir ki, Avropa Parlamenti öz üzvlərinə qarşı sanksiyalar
tətbiq edir. Məşvərət Komitəsi Avropa Parlamentinin etika məsələlərinə baxan
komitəsidir. Komitə Azərbaycandakı seçkilərdə müşahidəçi olan deputatların
barəsində rüşvət və qiymətli hədiyyələrin əvəzində seçkilərin “azad və ədalətli
keçdiyinə” dair rəy hazırlamaqda günahlandırılır. Komitə həmçinin fransalı
deputat Rəşidə Datinin də məsələsinə baxacaq. Rəşidə Dati Azərbaycanın
lobbiçilərindən biri kimi tanınır.

Xəbərdə
bildirilir ki, Avropa Parlamentinin Azərbaycandakı seçkilər üzrə müşahidə
missiyasının rəhbəri Piter Arlakki, missiyanın üzvləri Filip Kaçmarek, Yoahim
Tseller, Yevgeni Kirilov, Norika Nikolai, Gabroç və Fiorello Proveralar
komitənin sanksiyaları ilə üzləşəcəklər.
Avropa Parlamentinin Məşvərət
Komitəsi onların Azərbaycandakı seçkilərə dair hazırladığı rəyin ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəyinə
tam zidd olduğunu qeyd edir. Həmçinin deputatlar Azərbaycana səfərlərinin kim
tərəfindən maliyyələşdirildiyinə və bu səfər zamanı hansı bahalı hədiyyələr
aldıqlarına izahat verə bilməyiblər. Avropa Parlamentinin üzvlərinin yeni
davranış kodeksi ötən ilin iyulunda qəbul edilib. Bu kodeksə görə, Avropa
Parlamentinin üzvləri istənilən futbol matçına və ya şouya, xüsusən də xarici
səfərlərə aldıqları dəvətləri öz internet səhifələrində göstərməlidir. Həmçinin
deputatların 150 avrodan bahalı istənilən hədiyyə alması qadağandır. Bu
qaydalar 2011-ci ildə “Sunday Times” qəzetinin iki jurnalistinin özlərini
lobbiçi kimi qələmə verərək Avropa Parlamentinin üzvlərini pulla onları
dəstəkləməyə razı salmasından sonra tətbiq edilmişdi.

Həmin davranış kodeksinə əsasən yaradılmış Məşvərət Komitəsi
indiyədək cəmi bir deputatın – Belçikanın keçmiş baş naziri Jan-Lyuk Deanın
məsələsinə baxıb. O, maliyyə maraqları ilə bağlı düzgün bəyannamə vermədiyi
üçün tənbeh edilib. Bu dəfə isə Azəbaycandakı seçkiləri izləyən deputatlara
qarşı həm töhmət, həm də cərimə cəzası tətbiq edilə bilər. Davranış kodeksinə
görə, qaydaları pozan deputatlara qarşı Avropa Parlamentinin prezidentinin adından
töhmət elan olunur, sonrakı cəza onlara qarşı cərimə cəzasını nəzərdə tutur.
Son cəza isə deputatın Avropa Parlamentindən xaric edilməsidir. Komitənin qəbul
etdiyi qərarı Avropa Parlamentinin prezidenti Martin Şults təsdiqləməlidir.
Rəşidə Datinin məsələsi isə Məşvərət Komitəsində rəsmən yox, kuluarlarda
müzakirə olunacaq. Əvvəllər Fransanın “GDF Suez” şirkətində işlədiyi üçün
R.Datinin Avropa Parlamentinin energetika məsələləri üzrə komissiyasının üzvü
kimi fəaliyyəti düzgün hesab edilmir. Belə ki, fransalı deputatın və keçmiş
nazirin bu komissiyada enerji şirkətlərinin maraqlarını müdafiə etdiyinə dair
şübhələr var.


 

“Xəbər
xidməti”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4078

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031