Hakimiyyət təşviş içində

12.02.2014 - 11:58

Prezident Administrasiyasının kompyuterləri nədən nəzarətə götürüldü? 

Prezident Administrasiyasının kompyuterləri nədən nəzarətə götürüldü?

 

Dövlət başçısı Ilham Əliyev Prezident Administrasiyasında sənədlərlə iş barədə təlimata dəyişikliklər edib. “Media forum” saytı xəbər verir ki, fevralın 10-da imzalanmış fərmanla Prezident Administrasiyasında sənədlərlə iş dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması qaydasına uyğun həyata keçiriləcək. Həmin qayda 2005-ci ildən qüvvədədir.Amma Prezident Administrasiyasında sənədlərlə iş qaydaları xüsusi əsasnamə ilə müəyyən olunurdu.

Prezident Administrasiyasında sənədlərlə iş barədə təlimata bu məzmunda bənd də əlavə edilir: “Administrasiyanın struktur bölməsinin işçisi kompüterdə olan xidməti məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə iş vaxtı bitdikdən sonra iş otağını tərk edərkən istifadəsində olan kompüteri söndürməklə yanaşı onu elektrik şəbəkəsindən və internet şəbəkəsini kompüterlə birləşdirən xətti kompüterdən ayırmalıdır. Administrasiyanın struktur bölməsinin işçisi bu tələbə əməl etmədikdə məsuliyyət daşıyır.

Ilham Əliyev fevralın 10-da Azərbaycanda dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün dövlət proqramını da təsdiq edib. Sərəncamla dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Milli Təhlükəsizlik Nazirliyinə həvalə olunub”.

Maraqlıdır ki, bundan əvvəl isə Milli Məclisə smartfon və android sistemini dəstəkləyən telefonlarla giriş qadağan edilmişdi. Sonuncu qərarı zəruri edən səbəbləri araşdırmaq üçün ekspertlərin rəyini öyrəndik.

Uzun müddət Prezident Aparatının rəsmi orqanı olan “Xalq qəzeti”nin sabiq baş redaktoru Mahal Ismayıloğlu bildirdi ki, o, bu strukturda çalışarkən Prezident Aparatı kompyuterlərlə hələ yenicə təchiz edilmişdi. Amma  I.Əliyevin imzaladığı son qərarın tam anlaşıqlı olmadığını deyən M.Ismayıloğlu vurğuladı ki, beynəlxalq praktikada belə bir qadağaya, göstərişə rast gəlinmir: “Prezident Administrasiyasında Azərbaycanın elə bir strateji sirri sənədləşdirilmir. Burada yalnız kimin vəzifəyə təyin olunduğu və ya vəzifədən azad olunduğu ilə bağlı sənədləşmə işi aparılır. Amma başqa idarə və müəssisələr var ki, orada bəlli belə bir qadağanın tətbiqinə ehtiyac var. Amma Prezident Administrasiyasında böyük bir şəbəkənin məxfi informasiya daşıyıcısı olması ağlabatan deyil”.

Eyni zamanda məsələ ilə bağlı ekspert qismində Sülhəddin Əkbərin fikrini öyrəndik. O, bildirdi ki, görünür, MTN-nin tövsiyyəsi ilə bütün dövlət idarələrin təhlükəsizlik gücləndirilib: “Prezident Administirasiyası dövləti məlumatların daha çox toplandığı bir yerdir. Görünür, bu addım informasiyanın təmini məqsədi ilə atılıb”.(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4139

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930