Ukraynada daha üç erməni biznesmen Azərbaycan diasporuna dəstək təklif edib

12.02.2014 - 14:17

 Ukraynada daha üç erməni biznesmen Azərbaycan diasporuna dəstək təklif edib

Ukraynada daha üç erməni iş adamı Azərbaycan diasporuna maddi və siyasi dəstək təklif edib.
Ukraynanın Luqansk vilayəti üzrə Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, hər üç erməni iş adamı Luqanskdakı erməni diasporunun fəaliyyətinə etiraz olaraq bu təkliflə çıxış ediblər.
 
Bundan əvvəl Azərbaycan diaspor fonduna pul köçürən Robert adlı erməni iş adamına sonradan edilən təzyiqlər nəzərə alınaraq, bu erməni iş adamlarının adları açıqlanmır.
 
“Erməni iş adamları azərbaycanlıların fonduna maddi vəsaitin köçürülməsi ilə yanaşı, istənilən ictimai və siyasi aksiyalarda dəstək göstərməyə hazır olduqlarını da bildiriblər. Onlar bunu vilayətdəki erməni diasporunun fəaliyyətinə etiraz olaraq etdiklərini bildirib, həmyerlilərini şovinizmdə ittiham ediblər”, – deyə Konqresdən bildirilib.
 
Müsavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=4149

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031