Əli Kərimlidən intihar etmək istəyənlərə çağırış

13.02.2014 - 03:07

“Sizləri özünü öldürmək həddinə çatdıranlarla mübarizə naminə yaşayın!”“Sizləri özünü öldürmək həddinə çatdıranlarla mübarizə naminə yaşayın!”
AXCP sədri Əli Kərimli ölkə gündəminin aktual mövzularından olan intiharlara bağlı yazı qələmə alıb. Özünün Facebook səhifəsində paylaşdığı yazıda AXCP lideri ölkə vətəndaşlarını intihardan çəkinməyə, düşdükləri çətin vəziyyətlərdən mübarizə ilə çıxmağa çağırıb. Əli Kərimlini yazdıqlarını təqdim edirik:
“Son vaxtlar daha da artan intihar hallarının əksəriyyətində insanlar sadəcə intihar etmirlər, protest edirlər, fəryad edirlər, heç olmasa ölümlərindən sonra eşidilmək istəyirlər. Lakin bütün hallarda intihar etmək əlbəttə ki, çıxış yolu deyil. Hamımız çalışmalıyıq ki, vətəndaşlarımızı intihar etmək fikrindən daşındıraq. Bununla belə onu da unutmayaq ki, son vaxtlar haqqında oxuduğumuz intiharların əksəriyyəti sosial-iqtisadi çətinlik, qanunsuzluq, ədalətsizlik səbəbindən baş verir. Bütün dünyada intiharlar olur deyibən, baş verənləri qulaqardına vurmaq, adiləşdirmək olmaz. Bizdə baş verən intiharların əksəriyyətini inkişaf etmiş ölkələrdə baş verən intiharlarla müqayisə etmək də doğru deyil. Bizim ölkəmizdə insanlar çox vaxt intihar etməzdən öncə yazdıqları məktublarda açıq qeyd edirlər ki, hansı sosial çətinlik, hansı təhqir, ədalətsizlik, çarəsizlik, şəxsiyyətlərinin alçaldılması onları özünü öldürməyə sövq edib. Bu intiharların bir çoxunda özünü öldürmək həddinə çatdırma cinayətinin əlamətləri aydın şəkildə görünür.
Əzizlərim, canınıza qıymayın. Allahın bəxş etdiyi ömrü sona kimi, həm də ləyaqətlə, sizi həyata küsdürənlərlə mübarizə ilə yaşayın. Siz nə zaman gördünüz ki, intihar edənlərin qaldırdığı problemlər dövlət səviyyəsində müzakirə olunub? Nə zaman eşitdiniz ki, intihar edənlərin son məktublarında xəbər verdikləri cinayətlərlə bağlı hüquq mühafizə orqanları tədbir görüb? Nə zaman hiss etdiniz ki, ölkənin dövlət başçısı, parlamenti, hökuməti bu kütləvi intiharlardan narahat olub? Bunlar bir piketdən, mitinqdən daha çox narahat olurlar, nəinki intihardan. Ona görə də yaşamağa davam edin. Ən dözülməz görünən hallarda da mütləq çıxış yolu var. Doğmalarınız naminə, onları daha da bədbəxt etməmək naminə, sizləri özünü öldürmək həddinə çatdıranlarla mübarizə naminə yaşayın!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4173

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031