Əliyevlər rejiminin beynəlxalq ifşası

17.09.2015 - 01:48

Dünya ictimaiyyəti Azərbaycanda baş verən biabırçıqılıqlara göz yummaq fikrində olmadığını göstərir

Dünənə qədər Əliyev rejiminin şıltaqlılqarına müəyyən məsələlər görə dözən nüfuzlu beynəlxalq qurumlar daha prinsipial mövqe nümayiş etdirməyə başlayıblar

ilham79 oktyabr 2013- cü ül prezident seçkilərini saxtalaşdıraraq ali kürsünü növbəti 5 illiyə zəbt etmiş
İlham Əliyevin qara günləri başlayıb. Beynəlxalq birliyin subyekti olan ayrı-
ayrı qurumlar seçkilərdən 4 ay keçsə də 9 oktyabr saxtakarlığına göz yummaq
fikrində olmadıqlarını nümayiş etdirirlər. Seçkiləri müşahidə etmək üçün Bakıda
səfərdə olmuş, Əliyev rejimi ilə gizli anlaşmaya  gedərək seçkilərə müsbət rəy vermiş Avropa
Parlamentinin 9 deputatının cəzalandırılması üçün adı çəkilən qurum
araşdırmalara başlayıb.  Bu barədə bir az
sonra…

Beynəlxalq birliklər Əliyevlərə qarşı…

Beynəlxalq birliklərin və
təşkilatların Əliyevlərə qarşı çıxması yeni hadisə deyil. Amma son dövrlərin
statistikasına baxsaq bu hadisələrin baş vermə tezliyi və miqyası
genişlənməkdədir. Başda ABŞ olmaqla Qərb ölkələrinin təsir rıçaqlarından və
alətlərindən olan bir sıra nüfuzlu təşkilatlar, o cümlədən Amnestyu
İnternational, Freedom House, Human Rights Watch, Article 19,
Beynəlxlq İnsan Hüquqları Evi,
“Sərhədsiz reportyorlar” təşkilatı və s.  vaxtaşırı
olaraq Azərbaycan hökümətini sərt şəkildə tənqid edir, ölkədə insan haqlarının,
söz mətbuat azadlığının pozulduğuna dair SOS siqnalı çalır. Artıq dünənə qədər
Əliyev rejiminin şıltaqlılqarına müəyyən məsələlər görə dözən nüfuzlu
beynəlxalq qurumlar daha prinsipial mövqe nümayiş etdirməyə başlayıblar. Eyni
zamanda dünya ictimaiyyəti Azərbaycan iqtidarından kürü alıb yeyən
diplomatları, depuatatları ifşa etməkdədir. B
u yaxınlarda baş
tutmuş Avropa Şurası Parlament Assembleyasının qış sessiyasında korrupsiyaya və
zorakalığa yol vermiş məmurlar üçün ölkədən çıxışa yasaq qoyulmasına dair
“Maqnitskiy qadağası”- nın qəbul olunması, Əliyev rejiminin müdafiə etdiyi
britaniyalı parlamentari Robert Valter deyil, əksinə rejimin əleyhdarlarından
olan An Brasserin AŞPA- nın sədri seçilməsi (An
Brasser AŞPA-nın iclaslarında Azərbaycan hökumətini kəskin tənqid edən deputat
kimi tanınıb- red.
), 62 parlamentarinin Anar Məmmədlinin timsalında
Azərbaycanda siyasi məhbus və insan haqları probleminə dair qəbul etdikləri
etiraz bəyanatı yuxarıda dedyilənlərə misal ola bilər. Digər önəmli bir məqam
odur ki, yanvar ayında heç bir ölkənin rəsmi şəxsi Bakıya Əliyevlə görüşə
gəlməyib, heç bir ölkənin dövlət və hökümət rəhbəri onu ziyarət edib önəmli bir
görüş keçirməyib, onunla hər hansı razılaşma, müzakirə olmayıb. Bir növ Əliyev
dünyanın demokratik düzənindən təcrid olunmaqdadır.

Avropa Parlamenti 9 oktyabr seçkilərin ifşa edir

Avropa
Parlamenti Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə edən qurumun 9
deputatının cəzalandırılmasına qərar verib. İlk dəfədir ki, Avropa Parlamenti
öz üzvlərinə qarşı sanksiyalar tətbiq edir. Avropa Parlamentinin etika
məsələlərinə baxan Məşvərət Komitəsi Azərbaycandakı seçkilərdə müşahidəçi olan
deputatların barəsində rüşvət və qiymətli hədiyyələrin əvəzində seçkilərin
“azad və ədalətli keçdiyinə” dair rəy hazırlamaqda günahlandırır. Həmin
deputatlar komitənin sanksiyaları ilə üzləşəcəklər. 
Avropa Parlamentinin Məşvərət
Komitəsi onların Azərbaycandakı seçkilərə dair hazırladığı rəyin ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəyinə
tam zidd olduğunu qeyd edir. Həmçinin deputatlar Azərbaycana səfərlərinin kim
tərəfindən maliyyələşdirildiyinə və bu səfər zamanı hansı bahalı hədiyyələr
aldıqlarına izahat verə bilməyiblər. Avropa Parlamentinin üzvlərinin yeni
davranış kodeksi ötən ilin iyulunda qəbul edilib. Bu kodeksə görə, Avropa
Parlamentinin üzvləri istənilən futbol matçına və ya şouya, xüsusən də xarici
səfərlərə aldıqları dəvətləri öz internet səhifələrində göstərməlidir. Həmçinin
deputatların 150 avrodan bahalı istənilən hədiyyə alması qadağandır. Bu
qaydalar 2011-ci ildə “Sunday Times” qəzetinin iki jurnalistinin özlərini
lobbiçi kimi qələmə verərək Avropa Parlamentinin üzvlərini pulla onları
dəstəkləməyə razı salmasından sonra tətbiq edilmişdi.

Avropa
Parlamentinin kürü yeyen deputatları

Həmin davranış kodeksinə əsasən yaradılmış Məşvərət Komitəsi
indiyədək cəmi bir deputatın – Belçikanın keçmiş baş naziri Jan-Lyuk Deanın
məsələsinə baxıb. O, maliyyə maraqları ilə bağlı düzgün bəyannamə vermədiyi
üçün tənbeh edilib. Bu dəfə isə Azərbaycandakı seçkiləri izləyən deputatlara
qarşı həm töhmət, həm də cərimə cəzası tətbiq edilə bilər. Davranış kodeksinə
görə, qaydaları pozan deputatlara qarşı Avropa Parlamentinin prezidentinin
adından töhmət elan olunur, sonrakı cəza onlara qarşı cərimə cəzasını nəzərdə
tutur. Son cəza isə deputatın Avropa Parlamentindən xaric edilməsidir.

Avropa Parlamentinin sanksiyalar tətbiq
edəcəyi kuru yeyən deputatları bunlardır (
http://www.euractiv.com/eu-elections-2014/european-parliament-examine-meps-news-533386);

1.Kristina Oland -Estoniya
2.Yasek Blosovich – Polsha
3.Slavi Binev – Bolgarstan 
4.Irji Mastalka – Chexiya
5.Ivo Vajgi – Sloveniya
6.Alexandra Tayn – Almaniya
7.Oleq Valjalo – Xorvatiya
8.Nik Qriiffin – Boyuk Britaniya
9.Xannu Takkula – Finlandiya.. 

Prezident
seçkilərindən sonra vəziyyət daha da mürəkkəbləşib

Əliyev rejimi
insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetiirilməsindəki
ciddi nöqsanlara görə beynəlxalq tərəfdaşları tərəfindən çoxdandır ki, tənqidə
məruz qalır. Amma İlham Əliyev üçüncü müddət prezidentliyə başladıqdan sonra
başqa cür düşünənələrə qarşı münasibəti daha da sərtləşməyə başlayıb. Onun bir
neçə gün öncə QHT-lər üzərində hakimiyyətin nəzarətini sərtləşdirən
qanunvericiliyə  dəyişiklikləri imzalaması da beynəlxalq birliyin rejimə
qarşı səbr kasasını doldurub. Dünyada demokratik institutları dəstəkləyən
Amerika təşkilatı Demokratiya Uğrunda
Milli Fondun Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy
100-ə qədər
yerli QHT- nin çağrğışına rəğmən Əliyevin mürtəce dəyişiklikləri
imzalanmasından, eyni zamanda Azərbaycanda nüfuzlu QHT rəhbəri Anar Məmmədlini
həbsə atmasından təəssüfünü bildirib; “Bu il ümumiyyətlə Azərbaycanda pis il
olub. Ümumi tendensiynı fəalların daimi həbsi, mətbuat, qanun, xarici yayımçılar
əleyhinə fəlaiyyətin sərtləşdirilməsi kimi xarakterizə etmək olar. Prezident
seçkilərindən sonra vziyyət daha da mürəkkəbləşib.  Nə qədər parodaksal
olsa da Azərbaycan hakimiyyəti isə A.Məmmədlinin həbsində olduğu kimi daha pis
olanı etdi. QHT-lərə münasibətdə Azərbaycanda daha sərt metodlar mövcuddur.
Korrupsiyanın çiçəkləndiyi bir ölkədə vergidən yayınmaq ittihamı olduqca
rüsvayçı ittihamdır. Amma, nəzərə çarpan budur ki, Azərbaycanla qaz
sazişinin imzalanması A.Məmmədlinin həbsilə eyni vaxtda baş verdi. Başqa cür
desək, müəyyən mənada energetika sahəsində əməkdaşlıq demokratiya sahəsinə
təsir göstərməyə başlayır. 

QHT fəalları, gənc
fəallar, dindarlar və s. kateqoriyadan olan siyasi məhbusların sayı artmaqda
davam edir. Beləliklə, Azərbaycan daha çox Mərkəzi Asiya dövlətlinə bənzəyir,
amma özünü Avropa dövləti kimi təqdim edir. Şübhəsiz ki, hansısa məqamda
Azərbaycan buna cavab verməli olacaq. İnsanlarsa “Avropa Şurası keçən il
ərzində heç nə edə bilmədi” kimi məyusluğa düçar olurlar”. Xatırladaq ki, haqqında söhbət gedən qurum bütün
dünyada “rəngli inqilablar fondu” kimi məşhurdur.

Diqqətinizə
təqdim etdiyimiz bir neçə misal da göstərir ki, artıq dünya ictimaiyyəti
Azərbaycanın özünü Avropa ölkəsi kimi təqdim etmək cəhdinə baxmayaraq
geriləməsinin və Mərkəzi Asiyaya yaxınlaşmasının fərqindədir. Heç şübhəsiz ki,
bu yaxınlaşma ölkədə vəziyyətin getdikcə pisləşməsindən, qanunların
işləməməsindən, korrupsiyanın çiçəklənməsindən, seçkilərin total
saxtalaşdırılmasından, insan haqlarının kobud şəkildə pozulmasından, bir sözlə
avtoritarizmin möhkəmlənməsindən qaynaqlanır. Bütün bunlar isə dünya
birliklərinin 20 ildir ki, hakimiyyəti zəbt etmiş Əliyev rejiminə münasibətinin
mənfiyə doğru dəyişməsi, Azərbaycan hakimiyyətinin repressiya və seçki
saxtakarlığına göz yummaması, əksinə bu əməlləri ifşa etməsi ilə müşayət
olunur.

Mustafayev Orxan

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4300

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930