Paşayevlər itirilmiş mövqenin bərpası üçün çalışır

26.02.2015 - 11:52

Səlim Müslümovun son təyinatlarının pərdəarxası
məqamlar “Yeni Cumhuriyyət”də

“Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməyə
dəyişiklik edilməsi barədə” prezident sərəncamına əsasən əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavinlərinin sayı iki nəfər artırılmaqla 4 nəfər müəyyən
olunub. Bununla bağlı olaraq prezidentin sərəncamı ilə İdris Balakişi oğlu
İsayev və Mətin İmdad oğlu Kərimli əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavinləri təyin ediliblər.

Yeni
təyinatlar arasında daha çox diqqət çəkən isim bu vəzifəyə Vergilər Nazirliyi
Beynəlxalq münasibətlər idarəsinin rəhbəri postundan gətiriolən Mətin Kərimlidir.

Məlimat
üçün bildirək ki, Mətin Kərimli 1995-1999-cu illərdə Bakı Dövlət Universitetində
beynəlxalq münasibətlər üzrə bakalavr, 1999-2002-ci illərdə isə Fransanın
Strasburq Universitetində (o zaman Robert Şuman Universiteti) Avropaşunaslıq
üztə magistr təhsili alıb. Almaniya və İtaliyada uzunmüddətli peşəkar tədris və
təlim proqramlarında iştirak edib. 2005-ci ildə Xarici İşlər Nazirliyində,
2008-2011-ci illərdə Brüsseldə NATO-nun Beynəlxalq Katibliyində və Azərbaycanın
NATO yanında Nümayəndəliyində çalışıb. Daha sonra Harvard Kennedi Məktəbində təhsil
alaraq, peşəkarlığını artrıb.

Bu
arada o da məlum olub ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini təyin edilmiş Mətin İmdad oğlu Kərimli Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimovun qardaşıdır. İnam Kərimovdan
2 yaş kiçik olan 35 yaşlı Mətin Kərimli, həm də Azərbaycanda ən cavan nazir
müavinlərindən biridir. Son təyinatınsiyasi çalarları hakimiyyətydaxili münasibətlərdə
xüsusi önəm daşıyır. Belə ki, Səlim Müslümov son prezident seçkilərindən sonra
Paşayevlərin himayəsinə sığınan Füzuli Ələkbərovun yerinə “köhnə qvardiya”nın
nümayəndəsi kimi təyin olunub. Digər tərəfdən isə heç kimə sirr deyil ki, ASAN
xidməti Paşayevlərin nəzarətində olan bir qurumdur və ornun rəhbəri də bu
qrupun kadrı sayılır. İndiki halda yeni müavinin də Paşayevlərin xətti ilə bu
posta gətirildiyi sirr deyil. Başqa sözlə prezident seçkilərində uduzulmuş
mövqenin “köhnə qvardiya”dan geri alınması üçün ciddi addım atılıb.

Amid Nağıyev

Short URL: http://www.cumhuriyyet.net/?p=4613

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728