Milli Şura Azərbaycana Avrointeqrasiya yolunu göstərdi

01.03.2014 - 02:27

Hakimiyyət son
20 ildə ölkəni Avropa dəyərlərindən geri sürükləyərək, avtoritarizmə aparıb


 

Azərbaycan 2004-cü ildə Avropa İttifaqının
“Avropa Qonşuluq Siyasəti” layihəsinə, 2009-cu ildə isə “Şərq Tərəfdaşlığı”
Proqramına qoşulub. Bu gün Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında
readmissiya haqqında saziş imzalanıb. Saziş vizaların sadələşdirilməsi,
qanunsuz miqrantların qaytarılmasını nəzərdə tutur. Ukrayna hadisələrindən
sonra Avropa İttifaqı ilə assosiativ saziş imzalanması da ictimai müzakirələrin
mövzusudur.

Azərbaycan hökumətinin Ümumdünya Ticarət
Təşkilatına üzvlük prosesini uzatması tənqidlə qarşılanıb. Azərbaycan analoqu
olmayan inkişafdan imtina edər, amma ÜTT-yə üzv olmaz. Çünki gömrük sisteminin
beynəlxalq standartlara uyğunlaşdırılması, daxili bazarın liberallaşdırılması
məmurların mənafeyinə uyğun gəlmir. Beləliklə Azərbaycanın yüksək vəzifəli
şəxslərinin Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqda maraqlı olmaması
ilə bağlı bəyanatları auditoriya tərəfindən qəbul edilmir. Dünən RATİ-nnin
Media Mərkəzində Milli Şura Avrointeqrasiya mövzusunda dinləmələr keçirib.
Tədbirdə bir sıra müxalifət partiyalarının təmsilçiləri, ziyalılar, ekspertlər,
qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

“Azərbaycan da
assosiativ sazişi imzalamalıdır”

“Bu yaxınlarda Gürcüstan və Moldova Aİ ilə
assosiativ sazişi imzalayacaq. Ukraynanın isə sazişdən imtina etməsi ölkədə
azadlıq, demokratiya istəklərini birləşdirdi və xalq inqilab etdi. Azərbaycan
da assosiativ sazişi imzalamalıdır”, deyə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli
qeyd edib. Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatına üzvlük
prosesini uzatması tənqidlə qarşılanıb. Azərbaycan analoqu olmayan inkişafdan
imtina edər, amma ÜTT-ə üzv olmaz. Çünki gömrük sisteminin beynəlxalq
standartlara uyğunlaşdırılması, daxili bazarın liberallaşdırılması məmurların
mənafeyinə uyğun gəlmir. Azərbaycanın yüksək vəzifəli şəxslərinin Avropa
İttifaqı ilə assosiativ saziş imzalamaqda maraqlı olmaması ilə bağlı
bəyanatları auditoriya tərəfindən qəbul edilmir.

“Azərbaycanın indiki
siyasi kimliyi avtoritarizmidir”

“Azərbaycan strateji tərəfdaşlıq sazişi
imzalamaqda maraqlıdır. Bu, modernləşmə sazişidir və tam başaq məzmundur. Bizim
maraqlarımıza Avropaya tam inteqrasiyanı nəzərdə tutan assosiativ sazişin
imzalanması cavab verir”, deyə Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin
rəhbəri Leyla Əliyeva bildirib. Dinləmələr boyu Azərbaycan iqtidarının son 20
ildə ölkəni Avropa dəyərlərindən geri sürüklədiyi, avtoritarizmə apardığı
bildirilib. “Azərbaycanın indiki siyasi kimliyi avtoritarizmidir. Amma yüz il
öncə babalarımız Azərbaycanın siyasi kimliyini Avrointeqrasiyada görürdü.
Azərbaycan “Şərq Tərəfdaşlığı”na daxil ola 6 ölkə arasında yalnız Belarusdan
irəlidir.

Belarusda artıq seçki sistemlərində Azərbaycandan irəlidədir. Biz nəticə
çıxarmalıyıq”, deyə Əliyeva əlavə edib.

 Keçmiş
SSRİ məkanında Avropa dəyərləri uğrunda mübarizədə ən böyük zərbələri
Azərbaycan alıb. Bunun müqabilində isə Avropadan ən az dəstəyi də Azərbaycan
alıb. Avropa İttifaqı Azərbaycana münasibətdə demokratik dəyərlərə deyil,
enerji əməkdaşlığına daha çox üstünlük verir. Eyni zamanda Avropa İttifaqının
yalnız yunan Kiprini üzv qəbul etməsi, Türkiyəyə münasibətdə ikili standartlara
yol verməsi göstərilib və bunun müsəlman ölkələrinə ümumi dəyərlərə söykənən
deyil, fərqli mövqe nümayişinin olduğu kimi dəyərləndirilib.

“Avropa İttifaqı
Azərbaycan iqtidarı üçün yox, Azərbaycan xalqı üçündür”

 “Ermənistan artıq Rusiyanın tərkib hissəsinə
çevrilməkdədir. Buna baxmayaraq, Aİ-nin bu ölkəyə münasibəti hələ də dəyişməz
qalır. Azərbaycan əhalisinin gəlirinin böyük hissəsi Rusiyadan gəlir. Avropa
İttifaqının Gürcüstanda və Azərbaycanda münaqişələrin həllinə təsiri hiss
edilmir. Bu səbəblərdən Azərbaycan seçicisi düşünür ki, Aİ-yə üzvlük Dağlıq
Qarabağ probleminin ədalətli həllinə kömək edəcəkmi? Aİ-nin ölkənin demokratik
qüvvələri ilə də məsafədən əlaqə saxlaması seçiciyə ümid vermir”, deyə ReAl
Hərəkatının Məclisinin sədri Erkin Qədirli vurğulayıb. Ekspertlər və çıxış
edənlərin hamısı Avrointeqrasiyanın alternativsizliyini qəbul etsə də,
tənqidlər də yer alıb.

 “Azərbaycanın korrupsioner, rüşvətxor
məmurlarının “pulları nə Rusiya, nə də Çin banklarında deyil. Onlar pullarını
Avropa və Amerika banklarında saxlayır. Sonra isə bu pulları Azərbaycan guya
xarici investisiya kimi faizlə verirlər”, deyə vəkil Aslan İsmayılov bildirib.  Avropa İttifaqı Azərbaycan iqtidarı üçün yox,
Azərbaycan xalqı üçündür. Aİ assosiasiya sazişini Azərbaycana təqdim edib, indi
seçim Azərbaycan xalqınındır.

 “Demokratik qüvvələr Azərbaycan xalqına
çatdırmalıdır ki, Avropaya inteqrasiya həyatınızı dəyişəcək, korrupsiyaya,
rüşvətə son qoyacaq, ölkəni klanın, tayfanın əlindən alacaq. Avropa İttifaqının
maraqları ilə Azərbaycan xalqının demokratikləşmə maraqları üst-üstə düşür”,
deyə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd edib.

“Rusiyadan Azərbaycana
təzyiqlər artacaq”

Müzakirələrdə Avrointeqrasiya prosesinin
getdikcə güclənəcəyi qeyd edilib. Yaxın zamanlarda Avropanın maraqları ilə
Azərbaycan iqtidarının maraqları toqquşacaq. Bu, 2015-ci ilə də təsadüf edə
bilər. Bununla yanaşı, Ukraynaya təzyiqlər göstərdi ki, Azərbaycana da
təzyiqlər artacaq. Bu təzyiqləri əsasən Rusiyadan gözləmək olar.

“Avropa İttifaqına inteqrasiya qrup dövlətlər
və ya region dəvlətləri səviyyəsində olanda təsirləri azalda bilər.
Gürcüstanın, Ukraynanın interqasiya prosesləri bu mənada dərs ola bilər.
Gürcüstanda 2008-ci il böhranı da bir daha sübut etdi ki, təklikdə inteqrasiya
mümkün deyil. Avropa İttifaqı, NATO da təklikdə inteqrasiyada maraqlı görünmür.
Ona görə də birinci Cənubi Qafqaz ölkələri arasında, ikinci Avropa İttifaqı
çərçivəsində və Rusiya çətiri altında inteqrasiya vacibdir. Birgə qəbul vahid
səs olar. Avropaya inteqrasiya labüddür və artıq Avropanın coğrafi sərhədləri
siyasi sərhədlərə çevrilir”, deyə filosof Əli Abbasov bildirib.

“Azərbaycanın 100 il
əvvəl Avrointerqasiya yolunu tutub”

Milli Şuranın sədri Cəmil Həsənli son dövrlər
ölkədə Avropa dəyərlərinin bütün istiqamətlərdə geriləməkdə olduğunu diqqətə
çatdırıb. Ölkədə 600 min ailə (2 milyondan çox insan) ünvanlı sosial yardım
üçün müraciət edib, işçi əhalinin yarıdan çoxu ölkəni tərk edib.

 “İlham
Əliyev isə deyir ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq daxili bazarı
qorumaqdan irəli gəlir. Heç bir dövrdə talançılıq bu səviyyəyə qalxa bilməyib.
Bunlar bazarı yox, öz monopolist maraqlarını qoruyur. Burada bazardan tox, kolxoz
bazarından danışmaq olar”, deyə Həsənli qeyd edib.

 Milli
Şuranın sədri Azərbaycanın hazırkı rejiminin tutduğu yolun xalqa və Avropa
dəyərlərinə zidd olduğunu deyib. “Aİ-dən xahişimiz odur ki, Ukraynanın ərazi
bütövlüyünü dəstəkləsin. Ukrayna sınaqdan uğurla çıxıb”.

 O,
Azərbaycanın Avrointerqasiya yolunu 100 il əvvəldən tutduğunu xatırladıb.
Həsənli eyini zamanda Avropa dövlətlərini Azərbaycana münasibətdə qınayıb.
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda prezident
seçkilərində müşahidə etdikləri məntəqələrdə seçkilərin 58 faizinin saxta
olduğunu bəyan edib. Bunun müqabilində Aİ və ya ATƏT-ə üzv olan azı 3-4 dövlət
seçkilərin nəticələrini tanımamalı idi. Bu mənada münasibətlər prioritet olsa
idi yaxşı olardı”, deyə Milli Şuranın sədri müzakirələrə yekun vurub.


 

Xalid

Short URL: http://www.cumhuriyyet.net/?p=4680

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930