Cəmil Həsənlidən İlham Əliyevin gələcəyinə bədbin proqnoz

03.03.2014 - 00:28

Yanukoviçin indiki ərz-halı İlham Əliyevi də
gözləyir 

“Viktor Fyodoroviç dörd ildən dördcə gün
əskik prezidentliyi dövründə İlham Əliyevin etdikləri əməllərin heç dördcə
faizini də etməmişdi”

 

Hakim
Yeni Azərbaycan Partiyası və rəsmi Bakı prezident seçkilərinin demokratik və
azad keçirildiyini bildirir.
Prezident Əliyev isə bir qayda olaraq  xalq tərəfindən dəstəkləndiyini bəyan edir.  Xüsusilə son vaxtlar sabitlik və xalq dəstəyi
haqda populist bəyanatlar daha intensiv xarakter alıb.

Bir
neçə gün öncə fevralın 5-də regionlarının sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyev də
bu haqda danışıb: “Bizim daxili vəziyyətimiz çox sabitdir.
Sabitlik
qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir,
xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən
əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz
ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç
bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar.
Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların
çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə,
xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində
yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi.
Bu, onların rəzalət zirvəsi idi”.

Hakim
komanda və onun liderinin bu bəyanatları, həmçinin son günlər Azərbaycanda və
regionda baş verən hadisələrlə bağlı cumhuriyyet.az Milli Şuranın sədri Cəmil
Həsənlinin fikirlərin öyrəndib. Müxalifət lideri ilk olaraq Ukrayna
hadisələrinə toxunub: “Tarixin son günlərinin ən möhtəşəm hadisəsi Ukrayna
inqilabıdır.
Kiyev Maydanında son bir neçə ayda cərəyan edən hadisələr
qələbə ilə başa çatdı. Daha
bir avtoritar, daha bir diktator, daha bir korrupsioner və öz ölkəsini soyan
daha bir talançı rəzil oldu. Xalq öz iradəsini ortaya qoydu”.

O bildirir
ki, qışın sərt soyuğuna baxmayaraq Ukrayna xalqı maydanda tarix yaradıb: “Ukrayna
xalqının qələbəsi Qərb dəyərlərinə, insan kimi yaşamağa can atan, öz sovet
keçmişi ilə üzlüşməyə qərar vermiş qəhrəman bir xalqın qələbəsidir. Ukrayna
xalqı sözün tam mənasında çağdaş dünya tarixinin ən gözəl qəhrəmanlıq
salnamələrindən birini yazdı”. C. Həsənli hesab edir ki, eyni zamanda Ukrayna
hadisələri öz xalqına qarşı mübarizə aparan dar təfəkkürlü bir avtoritarın,
xalqın etimadını itirmiş bir varlanmaq hərisinin, dəstəyi doğma xalqından
deyil, özü kimi avtoritar rejimlərdən gözləyən bir korrupsiya düşkünün
aqibətini ortaya qoydu: “Berkut” xalqın qarşısında diz çökdü,
regionlar partiyası “millət vəkillərinin” adları rüsvayçılıq
lövhəsinə yazıldı.
Yanukoviçin rüşvətxor nazirləri qaçmağa ölkə tapa
bilmədilər. Rüşvət mühasibatı bütün dünyaya faş oldu. Belə bir tale Ukrayna
regionlar partiyasından dəfələrlə çox çirkaba bulaşmış Yeni Azərbaycan
Partiyasını da gözləyir”.

Milli Şura sədrinin fikrincə, belə bir aqibət Yanukoviç
nazirləri ilə müqayisədə daha korrupsioner, daha rüşvətxor, daha talançı olan
Azərbaycan hakimiyyət yetkililərini də gözləyir: “Hər halda bütün çirkin əməlləri ilə
yanaşı Yanukoviçin “rüşvət siyahısından” parlament mandatlarının
satılmasının hesabları çıxmadı.
Ən nəhayət, Yanukoviçin indiki ərz-halı
2013-cü ilin 9 oktyabrında hakimiyyəti növbəti dəfə mənimsəmiş İlham Əliyevi də
gözləyir. Çünki Viktor Fyodoroviç dörd ildən dördcə gün əskik prezidentliyi
dövründə İlham Əliyevin etdikləri əməllərin heç dördcə faizini də etməmişdi”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4729

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031