Əli Kərimli rejimə od püskürdü

05.03.2014 - 02:07

Azərbaycan hakimiyyəti cəzalandırılmalıdır…

 
AXCP baş qərargahından çıxarılır. “İşdən sonra” verilişində partiyanın sədri Əli Kərimli bu barədə danışıb:

“Binada partlayış baş verəndə bildim ki, bu hadisə özbaşına deyil. Daha sonra mülkiyyətçi ilə danışdıq. O dedi ki, onu hədələyirlərmiş ki, binanı AXCP-yə icarəyə verməkdən imtina etməsə, ya partladacaqlar, ya da yandıracaqlar. Bu gün isə səhər tezdən hökumətin reaksiyaları, mülkiyyətçinin də addımları bütün sualların qarşısına nöqtə qoydu. Səhər tezdən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qərargaha sərəncamla gəldilər ki, bina təcili sökülməlidir. Zirzəmidəki partlayışın gücü aşağı olmuşdu, sadəcə bir az təmirə ehtiyac yaranmışdı. Ancaq səhər saat 9-dan dirəniblər ki, bina sökülməlidir. Mülkiyyətçi Azər bəy hökumət nümayəndələrinin telefon danışıqlarını yazıb. Bu səs yazısını jurnalistlərə təqdim edib…”.

“Əliyevlər dövründə beş dəfə qərargahımızdan çıxarılmışıq. Ancaq bu dəfə polislə deyil, başqa üsulla bizi çıxarmağa çalışırlar. Zirzəmini işlədən bərbər etiraf etdi ki, orada qızdırıcı sistem olmayıb. Partlayışdan sonra paslı bir qaz balonu gətirib atıblar. Bu işin məqsədi AXCP-ni qərargahından çıxarmaqdır. Biz cinayətkar hücuma məruz qalmışıq. Zirzəmini partladıblar. Azərbaycan hakimiyyəti cəzalandırılmalıdır…”
 

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4792

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930