Rus zabiti Putinin işğalçılıq siyasətin ifşa edir

05.03.2014 - 03:48

“Biz Ukraynanı faşistlərdən qoruyuruq” 

Rusiya silahlı qüvvələrinin əsgərləri Ukraynada, konkret olaraq Kerçdə ələ keçirdiyi hərbi hissənin qabağında ukraynalı jurnalistlərin suallarını cavablandırıb.

“Siz hansı ordunun əsgərlərisiz” sualına rus əsgəri “Özünüz tapın” cavabını verib. Ukraynalı jurnalist isə yenidən sualı təkrar edərək, ondan dəqiq cavab istəyib. Rus əsgəri isə ona sualla cavab verib: “Siz haradan gəlmisiniz?”. 
Qarşı tərəf isə “Biz ukraynalı jurnalistlərik!” deyərək, əvvəl verdikləri suala cavab istəyiblər.
– Biz Rusiyadanıq. 
– Rusiya əsgərləri Ukrayna ərazisində nə edirlər?
– Biz ona görə burdayıq ki, Ukraynada heç bir terror hadisəsi olmasın.
– Sizə kimsə bu haqda informasiya verib ki, burda terror olacaq?.
– Yox. Sizin burda çəkiliş aparmaq hüququnuz yoxdur.
– Biz müstəqil ölkənin azad jurnalistiyik. Ona görə də ölkənin istənilən yerində çəkiliş aparmaq hüququmuz var. 
– Bizə sizə cavab verməyə icazə vermirlər. 
– Onda deyin görək, burda neynirsiz? Bura neçə silah və əsgərlə gəlmisiniz?
– Mən sizə yenə deyirəm ki, burda çəkilş aparmaq olmaz. Yaxınlaşırsız, qəribə-qəribə suallar verirsiniz.
– Sizin paltarlanızda nəyə görə, heç bir nişan yoxdur. Hansı ölkənin əsgərlərisiz. Rusiyanın yoxsa Ukraynanın?
– Rusiyanın.
– Onda Ukraynanın ərazisində neynirsiz? Heç olmasa buna cavab verə bilərsinizmi?

Rus əsgər bu suala cavab verməyərək, arxasını jurnalistlərə çevirib…
 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4794

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031