Düşünək, yoxsa savaşaq?

09.03.2014 - 00:58

Müxalifətə nə
lazımdır: Düşüncə, yoxsa Mübarizə Mərkəzi?

Əliyev rejimi müxalifəti əzmək,
sıradan çıxartmaq üçün hər şeyə gedir. TV ekranlarını, meydanları, regionları,
xaqla təması, hətta kiçik zalları belə onun üzünə bağlayıb. Hakimiyyət bu təpkini
təkcə müxalifətə deyil, bütünlükdə müxalif və müstəqil düşüncə sahiblərinə
qarşı  yönəldib. Son zamanlar QHT- lər
haqqında qanunu daha da mürtəceləşdirən hökümət onlara öz tədbirlərini keçirmək
üçün hətta özəl zalları, hotel konfranslarını belə çox görür. Barmaqla sayılası
azad media orqanlarını susdurur, müstəqil qəzetlərin satışını və yayımını ənəgəlləmək
üçün müxtəlif maneələrə əl atır.

Hakimiyyətin hücum əndişəsi…

Martın 3- də aparıcı müxalifət
partiyalarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının məskunlaşdığı binanın
partladılması və sonra zorla sökdürülməsi hakimiyyətin əks fikirlilərə qarşı sərgilədiyi
münasibətin kulminasiya nöqtəsi hesab oluna bilər. Son zamanlar AXCP üzvü gənclərin
əsassız olaraq absurd ittihamlarla həbs olunmaları da bu ssenarinin tərkib hissəsidir.
Görünən odur ki, Ukraynada baş verən xalq inqilabından və ölkə daxilində
“Sovetski” sakinlərinin, eləcə də BDU tələbələrinin etiraza qalmasından təşvişə
düşən Əliyev rejimi müxalif cəbhəni əzmək üçün ənənəvi hücuma keçib. Çünki
rejim bilir ki, keçmiş postsovet ölkərini ağuşuna alan inqilab növbəsində Azərbaycanın
da adı var və bu dəyişiklik ugrunda mübarizə baş verəndə o mübarizənin önündə
ölkənin demokratik müxalifəti olacaq.

Müxalifətin palitrası…

Gəlin görək ölkədə köklü dəyişikliklərə
məsul olan, ümidlərin dikildiyi müxalifət hansı fəaliyyət sərgiləyir? Hazırda
ölkə müxalifətinin aparıcı hissəsi 2013- cü il prezident seçkilərində vahid
namizəd olmuş, ugurlu seçki kampaniyası apararaq əksər seçiçilərin səsini almış
Cəmil Həsənlinin rəhbərliyi altında Milli Şurada cəmləşib. Müxalifətin ağırlıq
qüvvəsi də məhz bu qurumdadır. Yerli və beynəlxalq ictimaiyyətin də diqqəti
Milli Şuraya yönəlib. Ölkədə baş verən ən önəmli ictimai- siyasi hadisələrin episentrində
duran və təsirli mövqe nümayiş etdirən də bu qurumdur. Amma Milli Şuradan kənarda
da müxalifət adına iddia edən qüvvələr var ki, onların önündə Musavat partiyası
gedir.

Milli Şuradan “təkbaşına mübarizə”yə…

“Tək başına mübarizə”- dən isə
“Düşüncə Mərkəzi”- nə?


 

Musavat partiyası Milli Şurada
əsas güc mərkəzlərindən olsa da heç bir səbəb gətirmədən 2 ay öncə adı çəkilən
qurumu tərk etdi. Qurumu tərk edərkən partiya rejimə qarşı tək başına mübarizə
aparacağını bildirdi. Amma ötən 2 ay da bu mübarizədən əsər- əlamət belə görünmədi.
Əksinə İctimai Palatanın dönəm sədri olan İsa Qəmbər qurumun Koordinasiya
Şurası (KŞ) üzvlərini “toplayaraq” onun buraxılması haqqında cəmiyyətə bilgi
verdi. Yetərsayı olmayan KŞ iclasına bəzi insanların telefonla qatılmasının, eləcə
də yüzlərlə yaradıcısı və üzvü olan İctimai Palatanın 7 nəfər tərəfindən
buraxılmasının Əsasnaməyə, demokratiyaya və mövcud qanunvericiliyə nə dərəcədə
uyğun olub- olmamasını qərarı qəbul edənlərin vicdanına buraxıb başqa bir önəmli
məsələyə diqqət yönəltməyi daha münasib hesab edirik. İclasda sonra buraxılmış
KŞ- nin bəzi üzvləri mətbuata verdikləri açıqlamada bilidirblər ki: “Düşüncə
Mərkəzi ilə bağlı  İctimai Palatanın
sonuncu iclasında belə bir qərara gəldik. Hələ də məsləhətləşmə gedir. Novruz
Bayramından sonra ilkin toplantımızı keçirib, ətraflı məlumat verəcəyik”.

“…Bu sadəcə ölkədə, regionda və
dünyada baş verən prosesləri müzakirə edən bir analitik qrup olacaq. Dünyada fəaliyyət
göstərən böhran qrupları kimi komanda olacaq. Ola bilsin gələcəkdə kimsə
moderator ola bilər ki, debatları idarə etsin. Amma hər hansı idarəçilik
sistemi nəzərdə tutulmur”.

“… Məcbur deyil ki, İctimai
Palatada olanların hamısı bu mərkəzdə iştirak etsin. Buna hər kəs özü qərar verəcək.
Biz heç kimə təklif göndərmirik. Sadəcə, sonuncu iclasımızda verilən qərardı. Gələcəkdə
kimlər müraciət edib orada olmaq istədiklərini bildirsə, o da qatılacaq. Görkəmli
ziyalılarla məsləhətləşmələr aparırıq. Bayram tədbirlərindən sonra bütün məlumatlar
açıqlanacaq”.

“Düşüncə mərkəzi” keçmiş İctimai Palata və ya Milli Şura kimi siyasi
qurum deyil, daha çox intellekt mərkəzi kimi yaradılması nəzərdə tutulur.
Məsləhətləşmələr
uğurla aparılsa, martın sonlarında bir nəticəyə gəlmək olacaq. Hesab edirik ki,
bu mərkəz demokratiya uğrunda mübarizədə töhfələr verəcək. Bu mərkəzə ziyalılar,
sənətçilər də qoşulaşaq”.

Görünən odur ki,
2010- cu il parlament seçkilərinin saxta nəticələrinin ləğv olunmasını
qarşısına məqsəd qoyan İctimai Palata öz məqsədinə nəinki çatmadı, əksinə onun
yerində amorf bir qurumun, məsləhətləşmə klubunu yaradılması prosesi start
götürüb.

20 ilin susqunluğu…

Və ya indi mübarizə
anıdır, düşünmək yox

Yəqin ki, Milli
Şuradan kənarda müxalifət olduqlarına iddia edənlərin düşərgəsində baş verənləri
xüsusi olaraq müzakirə etməyə ehtiyac yoxdur. Çünki hər şey ortadadır. Xüsusi
müzakirə tələb etmir. 20 ildir hakimiyyəti zəbt edib ölkədə diktatura quran,
monorxiya üsul – idarəsi yaratmağa cəhd edən Əliyevlər rejimi artıq öz rəqibləri
ilə terror dilində danışır.  Belə bir ərəfədə
Milli Şuradan kənarda olub müxalifət olduqlarını iddia edənlərin “Düşüncə Mərkəzi”
adlı məsləhət klubu yaratması anlaşılmaz situasiya yaradır. Ya bu insanlar
rejimə qarşı apardıqları mübarizədə qeyri- səmimidilər, ya da yorulublar. Amma hər iki halda az da olsa ugur
qazanmaq istəyirlərsə xalqa səmimi olub düzünü deməlidirlər. Çünki hansısa
“Düşüncə Mərkəzi” adlı məsləhət klubu, beyn mərkəzi ilə 40 illik avtoritar
Əliyevlər rejiminə qalib gəlmək, ölkəyə demokratiya, firavanlıq gətirmək mümkün
deyil.

Digər tərəfdən
onsuz da 20 ildir ki, müxalifətin müəyyən bir hissəsi ölkədə baş verən
talanlara, zülmə, haqsızlığa müdrikcəsinə susur. “Düşüncə Mərkəzi” adlı hədəfi,
məqsədi bilinməyən bu amorf qurum da yəqin ki, süqutun, susqunluğun, ən yaxşı
halda isə düşünməyin ifadə forması olacaq.

Bəylər, indi
susmaq və ya düşünmək zamanı deyil, onsuz da zatən 20 ildir ki, davranışımız
susmağa brəabərdir. İndi mübarizə, dəyişiklik anıdır. Unutmayın ki, Azadlıq
verilmir, alınır. Və ya bir el məsəlində deyildiyi kimi “Quran oxumaqla donuz
darıdan çıxmaz”

***

İllər öncəsi bir
seçki reklamında deyilirdi:

İndi Seçim Anıdır!

Bizsə deyirik:
İndi mübarizə anıdır, düşünmək yox. Düşünmək üçün 20 il bəs etdi.

Kürşad
KAYA


 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4926

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031