Məhbus jurnalistin anası İlham Əliyevə səsləndi
“And olsun ALLAHA, Fuad Huseynovun hec bir gunahi yoxdur, onu azad
edin”
“And olsun ALLAHA, Fuad Huseynovun hec bir gunahi yoxdur, onu azad
edin”
Hazırda həbsdə olan, 12
saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan jurnalsit məhbus Fuad Hüseynovun
anası Susana Hüseynova dövlət başçısına müraciət edib. Yaşlı qadın müraciətində
yazır; “Hörmətli cənab Ilham Əliyev, mənim oglum Hüseynov Fuad Oqtay oglu Ucar
rayon məmurları tərəfindən şərlənərək həbs olunub. Hal- hazırda 12 saylı Cəza Çəkmə
Müəssisəsində haqq etmədiyi cəzanı çəkir. Sizdən artıq dərəcədə xahiş edirəm
ki, mənim oğlumu həbsdən azad edəsiniz. And olsun Allaha ki, Fuad Hüseynovun
heç bir günahı yoxdur. Atası oğlunun həbsinə dözməyərək fevralın 20- də
dünyasını dəyişdi. Fuadın atasının yas məclisində olmasını nazirlikdən xahiş
etdik, amma icazə vermədilər. Bir ağbirçək ana kimi sizdən rica edirəm oğlumu həbsdən
azad edin, oğlumu mənə qovuşdurun. Öncədən sizə minnətdarlığımı bildirirəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=5110