Kəmaləddin Heydərovun İran səfərinin gizlinləri

26.03.2014 - 11:30

Tehranla “dil tapmaq” niyə fövqəlnazirə tapşırılıb?

 

Tehranla “dil tapmaq” niyə fövqəlnazirə tapşırılıb?

 

 

 

Martın
14-də Irana səfər edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu ölkənin
prezidenti Həsən Ruhani ilə görüşüb. Iranın Mehr agentliyinin yaydığı xəbərə
görə, Kəmaləddin Heydərov Həsən Ruhani ilə görüşündə Azərbaycanın dövlət
başçısı Ilham Əliyevin xüsusi mesajını ona təqdim edib. “Sizin və Azərbaycanın
möhtərəm prezidentinin iki ölkə arasında əlaqələrin inkişafına olan diqqətiniz
ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacaq”,- deyə “fövqəlnazir”
bildirib.

Kəmaləddin
Heydərov əlavə edib ki, Iranda yeni hökumətin qurulması iki ölkə arasında
əlaqələrin inkişafı üçün zəmin yaradıb və Azərbaycan yaranmış bu imkandan istifadə
etməyə qərarlıdır. İranın İRNA agentliyi isə məlumat yayıb ki, Kəmaləddin
Heydərov martın 15-də Iranın Gömrük Administrasiyasının rəhbəri Məsud
Kərbasiyan ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi və ticarət
əlaqələrinin inkişafı üçün mövcud problemlərin həlli yolları müzakirə olunub.

İranın
Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasiyan iki ölkə arasında iqtisadi
əlaqələrin inkişafında bəzi gömrük qanunlarının maneə yaratdığını və bu kimi
qanunların hər iki ölkə arasında uyğunlaşması məqsədi ilə yenidən baxılmasını
təklif edib. Məsud Kərbasiyan, həmçinin Iran vətəndaşlarına vizaların
alınmasında yaranan problemləri əlaqələrin inkişafı üçün digər problemlərdən
olduğunu deyib. Görüşdə Kəmaləddin Heydərov Azərbaycanda istehsal olunan
məhsulların İrana ixracatında gömrük rüsumlarının azaldılmasını istəyib.

Kəmaləddin
Heydərovun İran səfəri bir sıra mülahizələrə yol açıb. Ekspertlər hesab edir
ki, “fövqəlnazir”in səfəri İran-Azərbaycan münasibətlərində zaman-zaman
yaranmış gərginliyin azaldılmasına xidmət edir. Qeyd edək ki, Tehranla-Bakı
arasında vaxtaşırı münasibətlərdə problemlər yaranıb. Münasibətləri
normallaşdırmaq üçün adətən tərəflərin təşəbbüsü ilə qarşılıqlı səfərlər təşkil
edilir. Bundan əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev,
administrasiyanın ictimai-siyası şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin
sədri Oqtay Əsədov və bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Irana səfər
edib. Bu səfərlərin hər biri məhz münasibətlərdəki gərginliyi azaltmağa xidmət
edib. Lakin səfərlərin demək olar ki, heç birindən müsbət nəticə əldə
olunmayıb.

Kəmaləddin
Heydərovun səfərilə bağlı başqa bir ehtimal da var. Bəzi ekspertlər bu səfərin
ölkə başçısı İlham Əliyevin Irana rəsmi səfərə dəvət olunması ərəfəsinə təsadüf
etdiyinə diqqət çəkərək güman edirlər ki, “fövqəlnazir”in Irana getməsi ölkə
başçısının səfərinə hazırlıq xarakteri daşıyır. Onların fikrincə, Bakı hazırda
Iranla münasibətləri normallaşdırmaqda israrlıdır. “Kəmaləddin Heydərovun İranın
prezidenti ilə görüşündə səsləndirdiyi fikirlərdən də bu aydın görünür. Səbəb
isə sadədir. Ukraynadakı hadisələr Azərbaycan hakimiyyətini narahat edib.
Rusiya bütün dünyanın hədəfindədir. Hakimiyyət gözəl anlayır ki, belə bir vaxta
yaxın qonşuları ilə münasibətləri qaydasına salmalıdır”, – deyə ekspertlər
bildirir. Ekspertlər deyir ki, İlham Əliyevin İran səfərinə hazırlıq məqsədilə
məhz Kəmaləddin Heydərovun qonşu ölkəyə göndərilməsi səbəbsiz deyil:
“Azərbaycanla Iran arasında həll olunmamış problemlər sırasında əsasən
Kəmaləddin Heydərovun nəzarət etdiyi sahələr yer tutur. Bu sırada xüsusilə
gömrük sahəsini vurğulamaq olar. Bundan başqa Kəmaləddin Heydərov idxal
qrupunun başında dayanan şəxsdir. İrandan və İran vasitəsilə isə Azərbaycana
xeyli məhsul idxal olunur. Bu məsələlərdə müəyyən problemlər var”.

 

 

 

“Siyasət
şöbəsi”

Short URL: http://www.cumhuriyyet.net/?p=5391

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728