Əliyevdən "nurçu" məmurların "vurulması" tələbi

27.03.2014 - 10:09

Türkiyənin baş naziri Elnur Aslanovun işdən çıxarılması ilə kifayətlənmək istəmir

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan hakimiyyətindən
“nurçu”lara qarşı daha ciddi mübarizə aparılmasını tələb edir. Bu
barədə redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, Ərdoğan
hökuməti “nurçu”luqda ittiham olunan Prezident Administrasiyasının
siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun
tutduğu vəzifədən azad edilməsini yüksək qiymətləndirsə də, bununla
kifayətlənmək istəmir.
Türkiyə hökuməti adı “nurçu”larla əlaqədə
hallanan digər məmurlar barəsində də tədbirlər görülməsinə israr edir.
Ərdoğanın çıxışlarından da aydın görünür ki, o, “nurçu”ların hər yerdə
sıradan çıxarılmasına cəhd edir. Eyni zamanda Türkiyənin baş naziri
martın 30-da keçiriləcək bələdiyyə seçkilərindən sonra Fətullah Gülən və
komandasına qarşı daha sərt addımlar atılacağını gizlətmir. Güman ki,
indi Azərbaycandakı “nurçu”ların zərərsizləşdirilməsinə israr edən
Ərdoğan seçkidən sonra bu məsələ ilə bağlı Azərbaycan hakimiyyəti ilə
daha sərt tonda danışacaq. 
Qeyd edək ki, Elnur Aslanovla yanaşı bir
sıra komitə sədrlərinin, nazirlərin və nazir müavinlərinin də adı
“nurçu”larla əlaqədə hallanır. Azərbaycan hakimiyyəti isə birdən-birə
komandada “təmizləmələr” aparmaq niyyətində deyil. Bildirilir ki,
iqtidarın zirvəsində bu “təmizləmələr”in ciddi fəsadlar yarada
biləcəyindən ehtiyat edirlər.

Azadliq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5409

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930