Kəmaləddin Heydərovun müəmmalı İran projesi
Föfqəlnazirin səfəri Azərbaycanlı
oliqarxlarına yeni ofşor zona qazandırdı
Azərbaycanla
İran arasında münasibətlər zaman-zaman pis olub. İran rəhbərlərinin Azərbaycana
səfərlərindən bir neçə dəfə imtina etməsindən sonra 2013-cü il prezident
seçkiləri ərəfəsində hakimiyyət təmsilçilərindən Ramiz Mehdiyev, Əli Həsənov,
Allahşükür Paşazadənin Tehrana səfərləri reallaşdı. Bəlli məqsədlə gerçəkləşən
səfərlərin sonuncusu Kəmaləddin Heydərov tərəfindən reallaşdırılıb. Amma
K.Heydərovun səfərindən öncə İranın xarici işlər nazirinin müavinin Bakıya
gəlişi nəzərə alınarsa, ekspertlər sonuncu səfərin konkret missiyaya xidmət
etdiyini düşünürlər.
K.Heydərovun
səfərinin daha çox İlham Əliyevin mesajlarını yeni hökumətə çatdırmaq üçün
həyata keçirildiyi vurğulanır. Amma aparılan təhlillər göstərdi ki, İranla
yaxınlaşma heç də Tehrandakı son siyasi dəyişikliklərlə bağlı deyil. Çünki
İranla münasibətləri normalaşdırmaq üçün siyasi fəaliyyət yeni hakimiyyətə
deyil, ölkənin ali dini rəhbərliyinə yönəlik aparılmalıdır. Çünki İranın xarici
siyasət vektorunu məhz bu fakor müəyyənləşdirir.
Digər
tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan müxtəlif vaxtlarda Qərbdən
gələn demokratiya tələblərini İran vasitəsilə susdurub. Hazırda regionumuzda
baş verən mühüm siyasi proseslər heç də Azərbaycan hakimiyyətinin maraqlarına
uyğun deyil. Çünki Azərbaycan hakimiyyəti ən azı açıq şəkildə əvvəlki illərdə
olduğu kimi Rusiya meilli kursu davam etdirə bilmir. Kremlin son addımlarından
sonra Moskvanın yanında olmaq elə də asan deyil. Belə bir mövqenin sərgilənməsi
Qərbə özünü düşmən elan etməyə bərabər tutulur. Amma yaranmış situasiyada
İranın üzərindən sanksiyaların götürülməsi bu ölkəni müttəfiqlik üçün əl çatan
edir. İranla yaxınlaşmanın yollarından biri isə bu ölkəyə investisiya
yatırılmasıdır. İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaların bu ölkəni
sarsıtdığı nəzərə alınarsa, Tehranın Azərbaycandan gələn belə bir təklifə “yox”
deyəcəyi az inandırıcıdır. Ekspertlərin hesablamalarına görə, İrana ciddi
zərbələr vuran sanksiyaların təsirindən qurtulmaq üçün ilkin mərhələdə bu
ölkəyə 100 milyard dollar vəsait lazımdır.
Amma
İrana yatırılan invenstisiyalarda hakimiyyətin də öz maraqları var. Biz artıq
bir dəfə oxşar siyasətin şahidi olmuşuq. Söhbət siyasi hakimiyyətin tapşırığı
ilə Batuma investisiyanın yatırılmasından gedir. İstisna deyil ki,
hakimiyyətdən gələn tapşırıq ilə bir iqtidara yaxın bir sıra sahibkarlar,
oliqarx-məmurlar İrana qarşı da bu cür addım ata bilərlər. İranın Azərbaycandakı
səfirinin açıqlaması əslində bir çox mətləblərə aydınlıq gətirir.
“İran
azərbaycanlı investorları Ərdəbil əyalətində, xüsusilə Meşginşəhr və Səreyn
bölgələrində yerləşən qızıl və mis mədənlərinə sərmayə yatırmağa çağırır”. Bunu
“Trend”ə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. M.Pak
Ayin bildirib ki, Meşginşəhr bölgəsi Ərdəbil əyalətində mis və qızıl
mədənlərinin yerləşdiyi önəmli yerlərdən biridir: “Meşginşəhr bölgəsi
qızıl və mis ehtiyatları ilə zəngindir və bu bölgədə sərmayə yatırmaq üçün
əlverişli şərait mövcuddur. İqtisadi baxımdan da bu bölgənin qızıl və mis
mədənlərinə azərbaycanlı və iranlı investorların müştərək sərmayə yatırması
məqsədəuyğundur”.
Amma
bu zaman belə bir sual yaranır. İran kimi dövlətə böyük yatırımlar etmək nə dərəcədə
məqsədə uyğundur? Çünki əgər bir ölkənin digərinə investisiya yatırması
birincini üstün mövqeyə çıxarırsa, İranla bağlı durumda bu tam əks effekt verə
bilər. Nəticədə Azərbaycan İrana qarşı deyil, İran Azərbaycana qarşı əlavə
təzyiq rıçaqı əldə etmiş olacaq.
İnvestisiyanın
yatırılmasıyla bağlı ilk növbədə həmin maliyyənin mənbəyinə aydınlıq
gətirilməlidir. İnvestisiyaların özəl şirkətlərin yoxsa, dövlət hesabına
reallaşacağına aydınlıq gətirilməlidir. Ümumiyyətlə xarici investisiyalar
pereferik maraqlar hesab olunur. Ona görə İrana yatırılan maliyənin
Azərbaycanın milli maraqlarına təhlükə yaradacağını düşünmürəm. Xüsusilə əgər
bu investisiya yatırılması məmur-oliqarxların hesabına baş verəcəksə, bunun
Azərbaycanın milli təhlükəsizliiynə təhdidi yoxdur. İkinci bir tərəfdən
oliqarx-məmurlar çalışırlar ki, investisiyalarını beynəlxalq birliyin
nəzarətindən kənar bölgələrə yatırsınlar. Bundan başqa regionda yaranan
geosiyasi durumun fonunda, Rusiyanın Krımı zəbt etməsindən sonra Azərbaycanın
İranla münasibətləri normalaşdırmağa çalışması təsadüfi deyil.
“Siyasət
şöbəsi”
Short URL: http://www.cumhuriyyet.net/?p=5656