Əliyev "nurçu"lara savaş açacaqmı?

07.04.2014 - 09:00

Ərdoğanın Bakı səfəri həftənin ən çox müzakirə olunan mövzusu oldu və bu səfər ətrafında müxtəlif fikirlər səsləndi, yazılar yazıldı. Təbii ki, ən çox səslənən fikirlər “nurçu” larla bağlı idi. Son günlər Türkiyə ilə yanaşı Azərbaycanda da “nurçu”luqla bağlı ilginc xəbərlər yayıldı və bu şəbəkənin Azərbaycanda da dərin kök saldığı ortaya çıxdı.
Maraqlı məqam ondan ibarətdir ki, Ərdoğanın səfərinin Azərbaycandakı “nurçu” şəbəkə ilə bağlı olduğunu, ilk olaraq hökumətin nəzarətində olan saytlar tirajladı. Demək olar ki, bütün hökumət saytlarında “Ərdoğan Ilham Əliyevə “nurçu”ların siyahısını verdi” başlıqlı yazı dərc olundu. Yəni hökumət özü də təsdiqləmiş oldu ki, bu səfərin məqsədi “nurçu” faktoru ilə bağlıdır. Ilham Əliyevin mətbuat konfransındakı çıxışından da bəlli oldu ki, bu məsələdə Ərdoğan ilə razılığa gəlinib. Başqa bir məqam ondan ibarətdir ki, Azərbaycanda “nurçu”luqda adı hallananlar əsasən iri ranqlı məmurlardı ki, bunlar da Ilham Əliyevin komandasında təmsil olunur. Bəs, ekspertlər necə düşünür? Məlum siyahıdan sonra Ilham Əliyev komandada dəyişiklik edəcəkmi?

Elxan Şahinoğlu: “Əgər bu istiqamətdə addım atılmazsa, Ilham Əliyevlə Ərdoğan arasında münasibətlər korlana bilər”

Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, məlum siyahıya əsasən bəzi şəxslərin vəzifədən azad olacağı gözləniləndi: “Məlum oldu ki, Ərdoğanın səfəri sırf “Gülən hərəkatı” ilə bağlı idi. Mətbuat konfransında səslənən fikirlər də “nurçu”larla bağlı oldu. Ilham Əliyev və Ərdoğan “nurçu” ifadəsini işlətməsələr də, hər ikisi eyham vurdular ki, bu problem var və bu problemin həlli ilə məşğuldular. Ilham Əliyev onu da bildirdi ki, heç bir səbəb münasibətlərə ziyan vura bilməz. Mən inanıram ki, həmin siyahı təqdim olunub və Ərdoğanın seçki öncəsi çıxışlarında da, “Gülən hərəkatı”nın Azərbaycandakı fəaliyyətinə diqqət çəkilib. Ilham Əliyev seçkidən öncə ilk addımı atdı və Elnur Aslanovu istefaya göndərdi. Əgər bu siyahı təqdim olunubsa, müəyyən addımlar atılacaq. Ancaq bu o anlama gəlmir ki, siyahıda adı olan adamların hamısı vurulacaq. Məsələn, Elnur Aslanov vurulsa da, başqa bir vəzifəyə təyin edildi. Ancaq bu istiqamətdə heç bir addım atalmasa, Ilham Əliyevlə Ərdoğan arasında münasibətlər korlana bilər. Eyni zamanda “Gülən hərəkatı” Azərbaycanın özü üçün də təhlükə yarada bilər və ortada böyük maliyyə var. Hökumətin daxilində də müəyyən qüvvələr var ki, “Gülən hərəkatı”nı nəzarətə götürmək istəyir. Hesab edirəm ki, ölkə başçısı da bu şəbəkənin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində tədricən addımlar atmalıdır. Düşünürəm ki, qarşıdakı dönəmdə müəyyən istefaların şahidi olacağıq”.

Sülhəddin Əkbər: “Hər iki siyasi liderin açıqlamasından görünür ki, onlar bu məsələdə razılığa gəliblər”

 
AzDP sədri Sülhəddin Əkbər bildirdi ki, “nurçu” məsələsi tərəflər arasında problem yaratmayacaq: “Hər iki siyasi liderin açıqlamasından görünürdü ki, onlar bu məsələdə razılığa gəliblər. Ilham Əliyevin ikitərəfli münasibətlər haqqında səsləndirdiyi fikirlər də, onu deməyə əsas verir ki, problem siyasi səviyyədə həll olunub. Ancaq bu razılaşmanın hansı dəyişikliklərə gətirib çıxaracağı haqda konkret proqnoz vermək çətindir. Bir var deklorativ bəyanat, bir də var real addımlar atmaq. Ancaq hesab edirəm ki, bu məsələ iki tərəf arasında narazılıq yaratmayacaq”.
 
Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=5678

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930