İran prezidenti İlham Əliyevə şok təkliflər hazırlayıb
Azərbaycan və Ermənistan ortaq layihədə?!!
Azərbaycan və Ermənistan ortaq layihədə?!!
Məlum
olduğu kimi, İlham Əliyevin İrana səfəri planlaşdırılır. Bu səfərin əhəmiyyətiylə
bağlı bu günə qədər müxtəlif səpgili informasiyalar yayılıb. Bu arada isə İran
mətbuatında İlham Əliyevin İran səfəri ilə bağlı Azərbaycanda böyük rezonansa nədən
olacaq bir məlumat yayılıb. Əslində buna qədər də Azərbaycan prezidentini
Tehranda mühüm danışıqların gözlədiyi barədə müxtəlif xəbərlər yayılmaqda idi.
İranın bu səfərdən xüsusi gözləntilərinin olmasını isə bu ölkənin prezidenti Həsən
Ruhani açıqlayıb.
Bu
barədə “arannyus” portalında yer alan informasiyadan aydın olur ki, İlham
Əliyevin İran səfərini səbirsizliklə gözləyən Ruhani Azərbaycan prezidenti ilə
danışıqlarının predmeti barədə açıqlama verib. İranın xüsusi xidmət orqanlarına
yaxınlığı ilə seçilən və dünənə qədər özünün antiAzərbaycan ruhu ilə fərqlənən
“arannyus” portalında yer alan həmin informasiyanı diqqətinizə təqdim edirik:
“Ölkə Prezidenti doktor Ruhani ölkənin Azad Zonaların müdirləri ilə iclasında
söz verib ki, Azərbaycan Prezidentinin bu yaxınlarda baş tutacaq Tehrana səfəri
çərçivəsində Culfa dəmir yolunun Azərbaycan Respublikasına və bu vasitə ilə Ermənistan
və Avropaya birləşdiriləcəyi mövzusu gündəlikdə dayanır və bununla da Araz və
Maku Azad Zonalarının ticarət şəraitləri daha da genişlənəcək.
Azad
Zonalar Katibliyinin Əlaqələndirmə Şurasının ictimai əlaqələr ofisindən verilən
məlumata əsasən, Prezident höccətul-islam vəl-müslimin doktor Ruhani ölkənin
Azad Zonalarının İranın inkişafı və müqavimət iqtisadiyyatındanın gerçəkləşməsindəki
rolunu çox önəmli adlandırıb”.
Göründüyü
kimi, İlham Əliyevə İranda Ermənistanla ortaq layihənin təklif ediləcəyi gözlənilir.
Onu da bildirək ki, buna qədər rəsmi Tehran Bakını belə bir layihəyə razı sala
bilməsi üçün müxtəlif təxribat xarakterli addımlara girişmişdi. Həmin təxribat
xarakterli addımlardan biri isə İranın Azərbaycan dövlətinin razılığı olmadan
işğal olunmuş Qarabağdan Ermənistandan keçməklə yeni tranzit xəttinin inşasına
nail olma təşəbbüsləri idi.
Təbii
ki, İranda bu işin baş tutmayacağını yaxşı bilirdilər və anlaşılanı da o idi
ki, bu yolla rəsmi Tehran sadəcə olaraq Bakının əsəbləri ilə oynamağı qəsd
edir. İranın Azərbaycanı Ermənistanla ortaq layihəyə razı salmasının
qeyri-mümkünlüyünü bəri başdan söyləmək olar. Amma Tehranın təklifinə “yox”
cavabı ilə “balanslı” siyasətin necə davam etdiriləcəyi müəmmalıdır.
Elçin
Short URL: http://www.cumhuriyyet.net/?p=5715