NATO Əliyevdən nə tələb edir?
İran və Rusiya reveransları rəsmi Bakını ziddiyətə saldı

Dövlət başçısı İlham Əliyev aprelin 10-da NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul edib. Rəsmi məlumatlara görə, S.Dukarunun Bakı səfərində əsas məqsəd NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının 20 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etməkdir. Diqqəti isə xəbərin ikinci hissəsi çəkir: “Görüş zamanı Azərbaycanla NATO arasında tərəfdaşlığın müxtəlif aspektləri, energetika sahəsində və Əfqanıstanda beynəlxalq əməliyyatda əməkdaşlıq müzakirə olunub”.
Son günlər Rusiya və NATO arasında “Azərbaycan yarışı” hiss olunmaqdıdır. Bu görüşdə müzakirə olunan məslələr də deməyə əsas verir ki, Qərb İlham Əliyev qarşısında sərt seçimlər qoyur. Azərbaycan rəhbərliyi isə yenicə Rusiya generalına medal verib və İlham Əliyev Tehranda “İranın qüdrəti bizim qüdrətimizdir” deyib. Üstəlik Xamneyi Əliyevə deyib ki, anlaşmalara sadiq qalmaq lazımdır. Bu isə o deməkdir ki, bütün tərəflər İlham Əliyevi öz yanına çəkmək istəyir. Şübhəsiz ki, Əliyev BMT-dəki mövqeyini davam etdirməlidir. Bu, həm də ona daxili vəziyyətini yaxşılaşdırmaq üçün lazımdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=5855