Hakimiyyətdaxili savaşın qurbanı

13.04.2014 - 19:02

Türkiyə və Azərbaycan üçün əlverişli
layihənin dayandırılmasının siyasi gizlinləri

 

Azərbaycan
qazını Avropaya nəql edəcək TANAP qaz boru kəmərinin tikintisi Türkiyə ilə
yaranmış anlaşılmazlıqlar üzündən təxirə salınması bir sıra suallar yaradır.
Türkiyənin Doğal Gaz İletim A.Ş. şirkətinin baş icraçı direktoru Saltuk Düzyol
Ankarada təşkil edilmiş enerji konfransında verdiyi açıqlamada bu xəbəri
ictimailləşdirsə də, təxirə salınmanın səbəblərini açıqlamayıb. deyib. O
bildirib ki, “Şahdəniz” qazını Azərbaycan üzərindən Türkiyəyə, oradan Avropaya
daşıyacaq TANAP kəmərinin inşasına bu il ərzində başlamaq planlaşdırılmışdı.
“Ancaq planlaşdırılan inşaat, kəmərin keçəcəyi ərazilərin alınması və layihədə
tərəflərin payı məsələsində çıxan anlaşılmazlıqlar üzündən təxirə salınıb”,
deyə Saltuk Düzyol bildirib.

Sözügedən
layihənin reallaşdırılmasıyla bağlı bir müddət əvvəl tərəflər birgə memarandum
da imzalamışdılar. TANAP-ın hansı səbəbdən təxirə düşməsi iqtisadi baxımdan
anlaşılan deyil. Bu proyekt Avropa bazarı üçün nəzərdə tutulmuşdu: “Azərbaycan
bu layihədə icraçı olaraq söz sahibidir. Ona görə münasibətlərin gözlənilmədiyi
halda dəyişməsi bir sıra suallar doğurur. İstisna edilməməlidir ki, Ərdoğanın
Bakı səfərindən sonra bizə məlum olmayan müəyyən danışıqlar aparılıb. Türkiyə
Azərbaycan qazını daha ucuz qiymətlə istəyir. Bu qazın bir hissəsini Türkiyə
özü Avropaya satmağı planlaşdırır. Ona görə mümkündür ki, Türkiyəyə verilməli
olan qazın daha da artırılması istənilib ki, burada da razılıq əldə olunmayıb.
Layihənin icrası ilə bağlı bu cür detallı müzakirələr də proyektin təxirə
düşməsinə səbəb ola bilər. Ümumiyyətlə TANAP layihəsinin reallaşması
Azərbaycanın strateji maraqlarına uyğundur. Əslində bu layihənin hesabına
Türkiyənin Avropada güclənməsi həm Ankaranın, həm də Bakının maraqlarına cavab
verir. Ona görə ortada olan qeyri-müəyyənliklər aradan qaldırılmalıdır.

Xatırladaq
ki, TANAP kəmərinin inşasına bu il ərzində başlamaq nəzərdə tutulmuşdu və
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Bakıya səfəri zamanı
inşaat işlərinin ilin sonuna qədər başlayacağını bildirmişdi. Lakin indi
Türkiyə tərəfi elan edir ki, kəmərin inşası təxirə salınıb. Bəs belə bir
qərarın qəbulu hansı səbəblərdən irəli gəlir? Bu qərarın Ərdoğanın Bakıya səfərindən
dərhal sonraya təsadüf etməsi hansı məqamlardan xəbər verir? Bu layihənin də
başa çatdırılmamasının səbəbləri izah olunmur. Bu proyekt həm Türkiyə, həm də
Azərbaycanın maraqlarına uyğundur. Amma baş verənlərdə müəyyən siyasi
səbəblərin də olmasını istisna edilmir. Ərdoğan səfərdən qayıtdıqdan sonra
İ.Əliyevlə Gülən hərəkatı ilə bağlı müzakirəsinin olduğunu etiraf edib. Ərdoğan
Gülən hərəkatının Azərbaycanda əl-qol açmasından narahatdır. Ona görə Ərdoğan
“Nurçular”ın Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılmasını istəyir ki, ona
qarşı çıxa bilməsinlər. İndi bilinmir Azərbaycan hakimiyyəti bu məsələlərə nə
dərəcədə diqqət göstərəcək. Çünki bir sıra məmurlar ümumiyyətlə “Nurçular”ın
siyahısının ortada olmadığını deyir. Halbuki siyahının olduğunu elə hakimiyyətə
yaxın mənbələr yayıblar. Deməli hakimiyyət içərisində bir qrup Gülən hərəkatı
ilə bağlı durumu aydınlaşdırmaq istəmir.

Hakimiyyətdə
hazırda iki qrup arasında savaşın gedir. Ərdoğanın hazırda Azərbaycandan bir
sıra gözləntiləri var. Həmin gözləntilərin doğrulmaması Türkiyə ilə Azərbaycan
arasındakı bir sıra ortaq layihələri sual altında qoya bilər.

 

Elçin
Əmirov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6035

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930