"Azərbaycanda daha pis vəziyyət görməmişdim"

28.04.2014 - 21:34

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) Turan-a
müsahibəsində Azərbaycanda jurnalistlərin və siyasi fəalların yeni təqib
faktları ilə əlaqədar siyasi vəziyyətdən ciddi narahatlığını bildirib

.
Bu fonda onlarla Amerika diplomatı, konqresmeni və vəzifəli şəxsi mayın
29-30-da Vaşinqtonda “Gələcəyə baxış” konfransında iştirak etməyə
hazırlaşır. Bu hadisəni bir çox icmalçılar Azərbaycan Dövlət Neft
Şirkətinin – SOCAR-ın sponsorluq etdiyi PR tədbiri hesab edirlər.

“Mən 1992-ci ildən etibarən ABŞ-Azərbaycan münasibətləri ilə məşğul
oluram və hazırda Azərbaycanda baş verənlərdən daha pis vəziyyət
görməmişəm”, deyə Kozlariç Turan-ın müxbirinin suallarını
cavablandırarkən bildirib. Bakıda Minsk qrupunun amerikalı həmsədri
Uorluki tənqid edirlər, Konqres əməkdaşlarını isə casusluqda ittiham
edirlər, eyni zamanda hakimiyyət Amerika-Azərbaycan strateji
tərəfdaşlığını dəstəkləmək üçün Vaşinqtonda Azərbaycan-Amerika
konfransını maliyyələşdirir, deyə Kozlariç bildirib. Jurnalist Rauf
Mirqədirovun həbsinə toxunan Kozlariç deyib ki, bu görkəmli müstəqil
jurnalistin Türkiyədən zorla deportasiyasından sonra həbsi bütün dünyada
hüquq müdafiə qrupları arasında ciddi narahatlıq doğurub.

Kozlariç üçün Rauf Mirqədirovun həbsi “Əliyev rejiminin fərqli siyasi
düşüncənin, KİV azadlığının və ermənilər və azərbaycanlılar arasında
müsbət əlaqələrlə məşğul olmaq cəhdlərinə qarşı yönəlmiş alçalan
əməllərinin son halqasıdır”. “Rejim Rusiyadan və ya İrandan deyil, öz
vətəndaşlarından qorxur… Onlar hətta otellərəo rejimi tənqid edən
QHT-lərin tədbirlərini keçirməsi üçün yer verməyi qadağan edir. Bütün
bunlar Azərbaycanda vətəndaş hüquqlarının getdikcə daha çox pozulmasına
xarici reaksiyasının rejimi narahat etmədiyinin daha bir
göstəricisidir”, deyə Kozlariç qeyd edib.

Qarşıda duran Amerika-Azərbaycan konfransına gəlincə, orada “Avrasiya
enerji dəhlizi” üzrə xüsusi sessiyada 6 əsas Amerika senatorunun və
dövlət katibinin köməçisinin energetika siyasəti üzrə müavininin çıxışı
gözlənilir. Eyni zamanda, 20 digər Konqres üzvü Xəzər regionunda
Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığı müzakirə etmək üçün
Konqresdə səhər yeməyində iştirak üçün sıraya düzülüb.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və müdafiə nazirinin
köməkçisinin müavini Evelin Farkaş “Azərbaycan: Ən mühüm qlobal qovşaqda
etibarlı dost” panelində bir neçə amerikalı alim və azərbaycanlı
deputatla birgə çıxış edəcəklər. Qarşıda duran konfransın heç bir
sessiyası ölkədə siyasi vəziyyətə həsr edilməyib. Bu yaxınlarda
Azərbaycan səfirliyi Massaçusets ştatının Nümayəndələr Palatasının
keçmiş üzvü Bill Delehantanı strategiyanın təşkili üzrə iş və
qanunvericilərlə əlaqələr, ABŞ hökuməti ilə münasibətlər, ABŞ rəsmiləri
ilə və bəlkə də Amerika KİV-ləri ilə ünsiyyət üçün tutub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6637

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930