Dövlətə xəyanəti kim edir?
Xəyanət
Azərbaycanı özü boyda həbsxanaya çevirməkdir
“Dövlətə
xəyanəti kim edir? məlumat mənbələrinə əli çatmayan, bilgisiz, məlumatsız
jurnalist, yoxsa dövlətdə yüksək görəv alıb ancaq özünü, ailəsini düşünən, dəbdəbəli
həyat tərzi keçirən, xalqın mənafeyini öz marağına təslim edən qudurğan,
manqurt məmurlar?”
Xəyanət
Azərbaycanı özü boyda həbsxanaya çevirməkdir
“Dövlətə
xəyanəti kim edir? məlumat mənbələrinə əli çatmayan, bilgisiz, məlumatsız
jurnalist, yoxsa dövlətdə yüksək görəv alıb ancaq özünü, ailəsini düşünən, dəbdəbəli
həyat tərzi keçirən, xalqın mənafeyini öz marağına təslim edən qudurğan,
manqurt məmurlar?”
Ötən yazılarımızın birində qeyd etmişdik ki,
Əliyev rejimi onun hakimiyyətinə azacıq təhlükə törədən istənilən şəxsi vətənə,
dövlətə xəyanatdə ittiham edib damğalaya, həbsə ata bilər. Belə də oldu. Bir
neçə gün öncə “Ayna- Zerkola” qəzetinin əməkdaşı, tanınmış ziyalı- jurnalist
Rauf Mirqədirov anaoloji ittihamla həbsə alındı. Düzdür o, hakimiyyət üçün
ciddi təhlükəli şəxslərdən deyildi. Amma onun vasitəsilə digər “təhlükəli”
şəxslərin cəzalandırılması mümkündür. İqtidaryönümlü hüquq müdafiəçisi Elçin Behbudovun Rauf Mirqədirovla görüşərək
onun adından yaydığı “Ermənistanda yalnız mən yox, Arif Yunus və Leyla Yunus da
olubdur” fikri deyilənlərə kiçik misal ola bilər.
Rauf Mirqədirova qarşı irəli sürülən ittihamlar…
Baş Prokurorluğunun
həbs olayı ilə bağlı yaydığı rəsmi məlumata nəzər salaq:”Azərbaycan
vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının
suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti
zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət
orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların
tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında
istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət
sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə
Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində
əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü
(dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş
Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət
istintaq-əməliyyat qrupu yaradılmış və hazırda zəruri və təxirəsalınmaz
istintaq tədbirləri davam etdirilir”.
Absurd ittihamlar və gerçək reallıqlar…
Rauf Mirqədirova
qarşı irəli sürülən ittihamın onun şəxsiyyəti, peşə fəaliyyəti ilə
uyuşmamasını, doğruluğuna ictimai inamın olmamasını və s. bir kənara qoyub
ittihamın mahiyyətinə və məntiqinə varmaq istəyirik. Rəsmi məlumatda deyilir
ki, R. Mirqədirov “Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları
tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında
Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki
ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən
digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə onlara verib”. Gəlin bir
anlığa fərz edək ki, Rauf Mirqədirov illər uzunu bizlərin gözü qarşısında
Azərbaycanın müstəqilliyi ilə bağlı çarpışıb mübarizə aparan, ictimai rəydə
tanınan və hörmət edilən “Ayna- Zerkalo” qəzetinin əməkdaşı və həmin qəzetin
baş redaktoru, böyük şəxsiyyət, dahi ziyalı, xalq yazıçısı İsmayıl Şıxlının
oğlu, dəyərli və ləyaqətli insan Elçın Şıxlının illər uzunu bir yerdə çalışdığı
tanınmış bir jurnalist, qələm əhli deyil. Hətta onun son 4 ildə ölkədən kənarda
yaşamasına, ailəsinin Türkiyədə olması, eləcə də 2008- ci ildə “casusluq”
etməsinin 6 il sonra “aşkara çıxarılması”- na dair yaranan sualları da bir
kənara qoyuruq. Hesab edək ki o sıradan bacarıqlı, istedadlı bir jurnalistdir. Sual oluna bilər; avtoritar bir
cəmiyyətdə, dövlət qurumlarının media və vətəndaş cəmiyyətinin üzünə bağlı
olduğu, informasiya sorğularını cavablandırmadığı, məmurların xalqdan və
jurnalist suallarından qaçdığı, qeyri- şəffaf, qapalı, informasiya mənbələrinə
çıxış imkanlarının məhdud olduğu ölkədə hansısa müstəqil bir qəzetin əməkdaşı
hansı xüsusi dövlət sirrinə məxsus ola bilər ki, həmin məlumatları düşmən
ölkəyə ötürə bilsin? Təbii ki, bu mümkün deyil. Hətta Azərbaycanda hər hansı
jurnalist istəsə belə respublika prokurorluğunun yaydığı rəsmi məlumatda qeyd
olunduğu kimi “Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə
üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət” barədə mühüm məlumat
əldə edib bu məlumatları Ermənistan kəşfiyyat orqanlarına ötürə bilməz. Çünki,
birincisi yuxarıda qeyd edildiyi kimi bu
məlumatları əldə etmək mümkün deyil, ikincisi isə Azərbaycanın 20 faiz
torpaqları işğal olunub, ölkəmizin quru və hava məkanı Ermənistan tərəfindən
çox asanlıqla izlənilə və nəzarət altında saxlanıla bilir. Yəni o məlumatları
ki, düşmən ölkənin kəşfiyyatı əldə edə bilər, onu hər hansı jurnalistin dəstəyi
olmadan da əldə edə bilər.
Dövlətə xəyanət
hansı hərəkətdir?
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan
torpaqlarının 20%- i işğal olunub. Heç şübhəsiz 1993- cü ilin yayında mövcud
hakimiyyət dönəmində Milli Ordunun tərkibində olan 33 batolyonun buraxılması
son 6 rayonunun işğal olunmasında böyük rol oynadı. Hesab edirik ki, xəyanət
hakimiyyətə gəlmək və hakimiyyətdə möhkəmlənmək üçün döyüş bölgəsindən döyüş
sursatı ilə birgə hərbi hissəni geri çəkmək, vətəni, xalqı əli- yalın şəkildə,
düşmənlə üz- üzə qoymaq və torpaqlarımızın işğalına şərait yaratmaqdır..
Xəyanət hər il xalqa tezlikə torpaqları
işğaldan azad edəcəyik deyib yalançı vədlər vermək, insanlarımızı təslimçi
sülhə hazırlamaq, torpaqlarımızı azad etmək əvəzinə bütün ölkə boyu işğal
olunmuş rayonların adlarına uyğun yaşayış məskənləri salmaq, Qarabağı
unutdurmaq, müharibə qazilərinə, əlillərinə divan tutmaq, onları çörəklə
imthana çəkib intihara məcbur etməkdir.
Dövlətə xəyanət orduya ayrılan vəsaitləri
mənimsəyib, əsgərləri ac- yalavac, bitin- birənin içində saxlamaq, qeyri- döyüş
şəraitində onların ölümünə səbəb olan vəziyyəti yaratmaqdır.
Dövlətə xəyanət etmək, xalqın qanınını
sorub, onun malını mülkünü yağmalaq, dövlət büdcəsini talan etmək, ölkədə
korrupsiyanı çiçəkləndirməkdir.
Dövlətə xəyanət mədən sənayesi şirkətlərini
övladlarının adına keçirib ölkənin yeraltı və yerüstü sərvətlərini talan etmək,
hədsiz dərəcədə varidat toplayıb, ölkənin var- dövlətini, milyardlarını ofşar
zonalara çıxarıb vətən oğullarını xaricə qul kimi əməyini, qızlarını isə Dubaya
bədənlərini satmağa göndərməkdir.
Dövlətə xəyanət dövlət resurslarını özü və
ailəsi üçün istifadə etmək, hakimiyyətin yeganə mənbəyi olan xalqın seçim
hüququnu zorlayıb hakimiyyəti qeyri-
qanuni yolla zəbt etmək, ölkəyə yarım əsrə yaxın hökmranlıq etmək, monarxiya
yaratmaqdır.
Dövlətə xəyanaət etmək xalqın ziyalı
kəsimini, müəllimini, həkimini, pensiyaçısını, Qarabağ qazisini və s. şəxsləri
150- 200 manat aylıq məvacibin öhdəsinə buraxıb öz övladlarına xarici ölkələrdə
villalar almaq, onların qudurğan, dəbdəli həyat şəraiti təmin etməkdir.
Dövlətə, xalqa xəyanət məmurların öz
övladlarını xarici ölkələrdə ən yüksək ali məktəblərdə oxutdurub, onları bahalı
maşınlarla, təm- taraqlı yaşayışla təmin edib qudurtmaq, kasib insanların
ləyaqətli, fədakar, savadlı gənc övladlarını NİDA- çıların timsalında
həbsxnalara salıb onlara zülm, işgəncə verib çürütmükdir.
Xəyanət Azərbaycanı özü boyda həbsxanaya
çevirməkdir.
Xəyanət ölkənin bütün iqtisadiyyatını neft
üzərində qurub, qeyri- neft sektorunu, kənd təsərrüfatını iflic etmək,
insanları bank kreditlərini, nisyə dəftərlərini ümidinə qoymaqdır… Deməklə,
saymaqla qurtaran deyil
İndi siz deyin: dövlətə xəyanəti kim edir?
məlumat mənbələrinə əli çatmayan, bilgisiz, məlumatsız jurnalist, yoxsa
dövlətdə yüksək görəv alıb ancaq özünü, ailəsini düşünən, dəbdəbəli həyat tərzi
keçirən, xalqın mənafeyini öz marağına təslim edən qudurğan, manqurt məmurlar?
Dövlətə xəyanət hansı hərəkətdir; ölkənin
müstəqilliyi üçün külünk çalmış fədakar insanları, ziyalıları, jurnalistləri
həbsxanaya salmaq, yoxsa erməni əsilli məmurlara hakimiyyətdə yer verib onlara
hər cür kamfort, rahat və təhlükəsiz həyat bəxş etmək?
Suala cavab
haqqı sənindir, əziz oxucu; dövlətə xəyanəti kim edir???
Kürşad KAYA
Short URL: http://www.cumhuriyyet.net/?p=6691