“Azərbaycan hakimiyyətinin hərəkətləri yanlışdır”
Azərbaycanla ABŞ arasında
münasibətlər çox vacib və güclüdür, lakin problemlərsiz də deyil. Bu
barədə ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar ötən gün Vaşinqtonda
“Azərbaycan: gələcəyə baxış” adlı konfransda bildirib.
“Mən bu münasibətlərin niyə əhəmiyyətli olmasına, demokratiya
məsələsinin nədən prinsipial olmasına aydınlıq gətirəcəm. Ukrayna
hadisələri belə münasibətlərin vacibliyini göstərir. Azərbaycan və ABŞ
öz münasibətlərini möhkəmləndirmək üçün çox çalışıblar. Bu gün
Azərbaycanın suverenliyini və müstəqilliyi barədə ABŞ və Avropadan başqa
kim çox danışır?
Ukraynadakı vəziyyət Dağlıq Qarabağ probleminin həllinin vacibliyini göstərir.
Ermənistan və Azərbaycan prezidentləri münaqişəni nizamlamaq üçün
konkret addımlar atmalıdır. Problemin həlli Rusiyanın tam əməkdaşlığı
olmadan çox çətindir.
Biz Azərbaycan və Ermənistan xalqları
arasında inam tədbirlərinin gücləndirilməsi, dialoqun qurulması üzrə
səyləri dəstəkləyirik. Bu, iki ölkənin sülhə hazırlanmasına yardım
edəcək.
Biz ötən həftə tanınmış jurnalist Rauf Mirqədirovun
həbs olunmasından, Leyla Yunus və Arif Yunusla bağlı istintaqın
başlanmasından narahatıq. Onların hər üçü dialoqun qurulması və inam
tədbirlərinin yaradılması üzrə prosesin fəal iştirakçılarıdır.
Azərbaycan hakimiyyətinin hərəkətləri azərbaycanlılarla ermənilər
arasındakı istənilən əlaqələrə mənfi təsir göstərə bilər ki, bu da
yalnışdır”, – səfir vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=6757