İqtidardakı ruspərəstlər revanşa hazırlaşır

02.05.2014 - 09:53

Kəmaləddin Heydərova yaxın deputat Rusiya ordusunu Azərbaycana çağırmağı təklif edir

Kəmaləddin Heydərova yaxın deputat Rusiya ordusunu Azərbaycana çağırmağı təklif edir

 

 Deputat Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə
verib. Hökumətyönlü deputat müsahibədə sensasiya yaradacaq fikirlər
söyləyib. O, əvvəlcə qardaş Türkiyəyə qarşı aqressiv fikirlər
səsləndirib:

“Türkiyə hakimiyyəti əslində öz xalqının maraqlarına uyğun olmayan
addımlar atmaqla Qərbin ermənipərəst siyasi dairələrinin dəstəyini
qazanmaq istəyirlər. Türkiyənin indiki iqtidarının belə mövqe
sərgiləməsi həm də Dağlıq Qarabağ probleminin həllini çətinləşdirir.
Əvvəllər də söyləmişdim, indi də söyləyirəm ki, Türkiyənin indiki
rəhbərliyi qaz və neftə görə Azərbaycan iqtidarı ilə yaxşı münasibətlər
saxlayırlar. . Türkiyə müharibənin ən qızğın dövründə Avropa Birliyinin
təkidilə Ermənistana taxıl verdi. Yəni Türkiyə də müəyyən mənada
müstəqil dövlət deyil”.

Daha sonra o bildirib ki, Azərbaycan Rusiya ilə dil tapmalıdır və
lazım gəlsə Rusiyanın hərbi bazaları burda yerləşdirilməlidir:
“Azərbaycan istəsə də onu NATO-ya heç kim qəbul etməyəcək. Çünki Dağlıq
Qarabağ problemi var. Ermənistan bu gün Rusiyanın hərbi-siyasi müttəfiqi
olsa da, Krımın işğalına haqq qazandırsa da, BMT-də Rusiyanı dəstəkləsə
də, yenə də Dağlıq Qarabağ məsələsində dünya bizim deyil. Bizim NATO-ya
girməyimiz real deyil və bu istiqamətdə də ciddi səylər göstərməyə
dəyməz. Bircə qalır Rusiya ilə dil tapmaq. Yəni Rusiya ilə hansı
formadasa razılaşıb, onun maraqlarını regionda təmin eləmək, neft-qaz
siyasətini razılışdırılmış şəkildə həyata keçirmək. Lazım gələrsə, qazı
Rusiyaya satmaq olar. Lazımdırsa, burada Rusiyanın hərbi bazaları
yerləşdirilsin. Yəni Azərbaycan öz dövlət müstəqilliyindən imtina
etməmək şərtilə bir çox suveren hüquqlarından Qarabağ naminə güzəştə
gedə bilər”.

ADP sədri Sərdar Cəlaloğlu isə modern.az saytına
açıqlamasında Qüdrət Həsənquliyevin fikirlərini müstəqilliyə zidd
adlandırıb və “beşinci kalon”un mövqeyi kimi qiymətləndirib: “Deputat
Qüdrət Həsənquliyevin açıqlaması Azərbaycanın müstəqilliyinə və
suverenliyinə zidd bir mövqedir. O, bir dəfə də bəyanat vermişdi ki,
Azərbaycan Gömrük Ittifaqına üzv olarsa, o zaman Rusiya Qarabağı bizə
qaytarar. Son zamanlar Rusiyanın agentura şəbəkəsinə məxsus olan
“beşinci kolon” məsələsi gündəmə gəlib. Qüdrət bəyin də belə
açıqlamaları da həmin “beşinci kolon”un mövqeyidir. Azərbaycan müstəqil
dövlətdir. Heç bir hərbi bloka qoşulmayıb. Öz ərazisində heç bir xarici
gücü, xüsusilə onu iki yüz il işğalda saxlayan bir dövlətin hərbi
qoşununu saxlaya bilməz”.

ADP lideri hesab edir ki, Qüdrət Həsənquliyevin bəyanatları mərhum
eks prezident Əbülfəz Elçibəyin ruhuna hörmətsizlikdir. Sərdar Cəlaloğlu
bildirib ki, Əbülfəz Elçibəyin rus qoşunlarını Azərbaycandan çıxarması
xalqa ən böyük xidmətlərindən biridir. “Rusiya həmişə Azərbaycan
xalqının və dövlətinin əleyhinə olub. Qarabağı işğal edən də Rusiya
olub. Millət vəkilinin belə fikirlər nümayiş etdirməsi, Qüdrət
Həsənquliyev haqqında başqa fikirlərə yol açır. Onun belə açıqlama
verməsi məni çox narahat edir. Qüdrət Həsənquliyevin Rusiya ilə bağlı
eyni tipdə ardıcıl mesajlar verməsi məndə şübhə yaradır ki, sanki bu
adam Rusiya ilə bağlıdır”, – deyə Sərdar Cəlaloğlu Qüdrət Həsənquliyevi
ittiham edib.Гї

Politoloq Vəfa Quluzadə isə belə bəyanatlara şərh
verməyin düzgün olmadığını bildirib: “Mən belə bəyanatlara, açıqlamalara
şərh verməyə ehtiyac duymuram. Bu fikirlərin heç bir əsası yoxdur”.

Qüdrət Həsənquliyevin açıqlamaları Azərbaycan hakimiyyətilə bağlı
bəzi mülahizələrə səbəb olub. Həsənquliyev özünü müxalifət adlandırsa
da, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın, daha doğrusu
onun qruplaşmasına daxil olan şəxs kimi tanınır. Deputatın fikirləri də
adətən təmsil olunduğu qruplaşmanın maraqlarına xidmət edir. Bu halda
belə qənaət yaranır ki, Kəmaləddin Heydərov qruplaşması Rusiyaya
reverans edir. Bir məqamı da qeyd edək ki, hazırda Azərbaycan
hakimiyyətində hər kəs Türkiyə ilə qardaşlıqdan danışır. Lakin bu
ərəfədə yenə də Qüdrət Həsənquliyev rəsmi Ankaranı ittiham edən
açıqlamalar verib.

 

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=6773

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930