Azərbaycan böyük dəyişikliklər astanasında
“Qızılgül İnqilabı”, yoxsa “Ərəb Baharı”?
Hər
yüzilliyin qlobal mənada öz siyasi şərtləri var. 20-ci əsr dünyada krallıq,
şahlıq, imperatorluq rejimlərinin çökməsi, respublika tipli dövlətlərin
yaranması ilə müşahidə olundu. 21-ci yüzillik isə totalitar rejimlərdən
vətəndaş cəmiyyətinin yaranmasına keçid tipli siyasi və ictimai şərtləri bir
iradə olaraq irəli sürür. 2003-cü ildən Orta Şərqdə başlanılan inqilabi
proseslər artıq dünyada həmin yeniliyin başlanıldığına açıq şəkildə bir
işarədir. Yəni totalitar rejimlərdən vətəndaş cəmiyyətinə keçid mərhələsinin
başlanılması, yerli idarəetmə siyasətinin ilk dəfə açıq xarakter daşıması,
hərbi-inzibati stukturların siyasətdən kənarlaşdırılması bunun tipik örnəyidir.
Hal-hazırda Misir, Tunis, Əlcəzair, Liviya, İraq, Yəmən, Pakistan, Əfqanıstan
və digər dövlətlərdə müşahidə olunan proseslər də məhz bu faktora bağlıdır.
İnqilab Baharı nədən Orta Şərqdə başladı?
Demokratiya
və demokratik proseslərin ümumbəşəri bir xarakter alması 21-ci əsrin yeni
siyasi şərtlərindən biri olaraq görülməkdədir. Belə ki, artıq dünyada siyasi
sistemlərin yeni sosiallaşma platformasında da qeyd olunduğu kimi, bəşəri
inkişaf prosesləri konkret bir məkanda deyil, bütün dünyada ümumi və ortaq
dəyərləri ilə uzlaşmağa başlamışdır. Kommunikasiya və rabitə vasitələrinin
sürətlə inkişaf etdiyi bir dönəmdə totalitar rejimlər bu proseslərin sürət tempinə
çox ciddi şəkildə maneə olurlar. Çünki, diktatorlar hər hansı bir inkişafı öz
siyasi və şəxsi iradəsinə pərçimləməyə və bu vasitə ilə idarə etməyə
alışmışlar. Orta Şərqdə baş verən inqilabi proseslər Qərb dövlətləri və
beynəlxalq birliklər tərəfindən ona görə müdafiə olundu ki, bəşəri inkişafa
qarşı əyləc rolunu oynayan diktator rejimlərinin daha sürətlə çökməsinin
şərtlərini düzgün hesablamışdılar. Zəngin təbii sərvətlərə malik olan və
bununla yanaşı tədricən yerli sənayeləşmə, stukturlaşma, texniki tərəqqi də
Orta Şərq üçün aparıcı faktorlardan biri hesab edilməkdəir. Orta Şərq
dövlətlərinin iqtisadi infrastrukturlarının son 30 ildə inkişaf sürəti də bunu
bir daha təsdiq edir. Həmin maliyyə gəlirlərinin diktatorların, eləcə də
terrora dəstək verən stukturların maraqları üzrə istiqamətləndirilməsi isə
artıq bəşəri təhlükə mənbəyi olaraq görülürdü. Başqa bir tərəfdən həmin gəlir
mənbələrinin artım sürətinə baxmayaraq, yerli əhali dözülməz və ağır həyat
tərzini yaşamağa məcbur edilmişdi. Bu da həmin dövlətlərdən miqrasiya
axınlarının sürətlənməsi, xüsusilə Qərbdə etnoloji və mədəni baxımdan
mənzərənin dəyişməsinə səbəb olmuşdu. Sosiallaşma və yeni dünya baxışı,
məşəqqətli həyat şəraitinin dəyişməsi üçün yeni dalğanın hərəkət keçməsi
sayəsində inqilabi şərait yetişdi.
İndi
Orta Şərq ölkələrində baş vermiş inqilabi proseslərdən sonra, əhali ilk dəfə
olaraq normal qaydada bələdiyyə, parlament və prezident seçkilərində iştirak
etmək imkanı qazanmışdır. Təbii olaraq, yeni dövlət quruculuğunda problemlərin
olması da mövcuddur. Bunun əsas səbəbi
isə, diktator rejimlərinin uzun müddət hakimiyyətdə olması, yerli
qanunvericilik, sosiallaşma və vətəndaş cəmiyyətinin inkişafına mane olan
psixoloji məqamlarla bağlıdır. Ötən müddət ərzində Orta Şərq ölkələrində artıq
milli gəlirlər hansısa sosial zümrənin və ya diktatorun şəxsi maraqlarına
deyil, ölkədaxili inkişafa yönəlməyə başlamışdır. Bu prosesin tədricən inkişaf
etməsi sayəsində mövcud problemlərin də həllinə böyük ümidlər yaranmaqdadır.
Bu günün Azərbaycanı
Son 11
ildə gerçəkdən Azərbaycanın milli gəlirləri çox böyük sürətlə artmaqda davam
edir. Mövcud iqtidar bunu ölkənin “analoqu olmayan inkişaf prosesi” kimi
dəyərləndirir. Bu gerçəkdən də belədir. Yollar salınır, körpülər tikilir,
parklar inşa olunur, göydələnlər sadə insanları valeh etməkdədir. Zahiri
baxımdan abadlıq və quruculuq işləri hər yerdə duyulmaqdadır. Unutmaq olmaz ki,
neft və qazla zəngin olan Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Səudiyyə
Ərəbistanı, Küveyt və digər Orta Şərq dövlətlərində də hər şey zahirən
gözəgəlimlidir. Ancaq, bu ölkələrin milli gəlirlərinin yerli əhalinin sosial
həyat tərzi üçün heç bir mənası yoxdur. Milyardlarla illlik gəlirlər yerli
diktatorların və onların əşirətlərinin qanuni gəlir mənbəyi kimi tövsib
olunmaqdadır. Bu diktatorlar mənsub olduğu topluma xoş görünmək üçün hərdən
müəyyən humanitar aksiyalar keçirməklə sanki zülm və işgəncə şəraitində
yaşamağa məcbur edilən sosial zümrələrin başına tumar çəkməklə əsas hədəflərdən
belə yayınmağı özlərinə şərəf bilirlər.
2013-cü
ildə Azərbaycanda prezident seçkiləri zamanı ölkədə siyasi və sosial mənada
ehtiraslar yenidən qızışdı. Burada 21 ildir hakimiyyətdə olan YAP rejiminin bu
dəfə çökməsinə olan inamın artması, bioloji, siyasi və sosial enerjinin yenidən
hərəkətə keçməsi ən mühüm faktorlardan biri idi. Çünki, ölkənin hər il
milyardlarla əldə olunan gəlirinin sadə insanların sosial həyat tərzinə heç bir
təsiri yoxdur, 21 ildir YAP-ın amansızcasına plantator rejimlərində olduğu
kimi, əhalinin ictimai və sosial həyat tərzi, maddi gəlirləri üzərində siyasi
nəzarəti inzibati amirlik metodu ilə idarəetmə sisteminə çevirdiyi üçün,
insanlar həyat şəraitinin dəyişməsini daha çox istəyirlər. Vətəndaşlar
səviyyəcə özündən qat-qat aşağı olan məmurların onların başı üzərində ağalıq
etməsinə qarşıdır. Ölkənin milli gəlirləri yerli oliqarxlar tərəfindən nəzarətə
götürüldüyü, adicə meşə zolaqlarının, dağların, dərələrin, axar çayların, dəniz
sahilinin, otlaq sahələrinin, yeraltı və yerüstü sərvətləri bir qrup məmurun
mülkiyyətinə çevrildiyi üçün, adi vətəndaşların həyat şəraiti ildən-ilə daha da
dözülməz xarakter alıb. İndi hər kəs bu suallara cavab axtarmaq istəyir: 21
ildir hakimiyyətdə olan YAP-ın Azərbaycana nə kimi xeyri dəymişdir? Niyə üç
milyondan artıq ölkə vətəndaşı ağır və məşəqqətli sosial həyat şəraitinə görə
ölkəni tərk etmək məcburiyyətində qalaraq, başqa dövlətlərə mühacirətə
getmişdir? Bir insanın acından ölməməsi üçün ayda 350 manat tələb olunduğu
halda, YAP hakimiyyəti nədən bu rəqəmin 95 manat olduğunu elan etmişdir? Ana
Yasadakı vətəndaşların mülkiyyət toxunulmazlığı hüquqlarını hakimiyyət
qəddarcasına niyə və nədən pozmuşdur?
Bu
tipli sualların nə sayı, nə də hüdudu yoxdur. YAP-ın da bütün bu suallara cavab
verməyə üzü qalmamışdır. Buna görə də YAP texnoloqları siyasi-ictimai
avantüraları gündəmə gətirməklə ictimai fikrin yayındırılmasına çalışır. Ukrayna
olaylarından sonra rus təhlükəsinin süni şəkildə şişirdilməsi, Rauf
Mirqədirovun həbsi ilə erməni agenturası məsələsinin gündəmə gətirilməsi
Əslində YAP “psevdopatriot” cildinə girərək, bu günün Azərbaycanı anlamının
bəlirtisini tamamlamağa çalışır.
Siyasi texnologiyalar düsturunda yaşanılan
proseslər
Orta
Şərq ölkələrində sosial inqilablar baş verən dönəmdə ilk öncə polis və əhali,
daha sonra isə ordu və cəmiyyət arasında tədrici şəkildə qarşıdurmalar gündəmə
gətirildi. Bu da öz növbəsində həmin ölkələrdə siyasi və ictimai proseslərin
böhranla üzləşməsinə səbəb oldu. Orta Şərqdəki inqilabi proseslərdə gəncliyin
xüsusilə fəal olması diqqət çəkən məqamlardan biridir. Belə ki, gənclik qul
kimi yaşamamaq, ağır və məşəqqətli həyat şəraitinin dəyişməsini tələb edirdi.
Təbii olaraq, bu prosesə orta yaş təbəqəsi də qatıldı. Çünki, illər boyu əzab
çəkərək bir tikə çörəyə möhtac qalan, özünə ailə və isti yuva qura bilməyən
orta təbəqə daha qəddarcasına rejimə qarşı alov püskürdü. Bu alovlar, nifrinlər
və öfkələr sonucda diktator rejimlərinin çökməsinə səbəb oldu.
İndi
Azərbaycanda da baş verən proseslər eynilə Orta Şərq ölkələrindəki inqilabi
olaylar öncəsinə bənzəyir. Lokal şəkildə bölgələrdə baş verən üsyanlar, zəngin
məmurlara aid olan mülkiyyətin yandırılması əhalinin etiraz dalğasının
güclənməsinə səbəb olmuşdur. Ötən 21 ildə ilk dəfə olaraq insanlar rejimin
xüsusi cəza dəstələrindən qorxmayaraq öz iradələrini ortaya qoymağa
başlamışlar. Quba, ardınca İsmayıllı rayonunda baş vermiş olaylardan YAP necə
qorxmuşdusa, hakim partiyanın bütün rəhbərliyi dərhal səfərbər olunaraq bölgəyə
getmək zorunda qaldı. Ancaq YAP unudurdu ki, on milyonluq əhalisi olan
məmləkətdəki üsyanlar hələ çox sürprizlərlə dolu olacaqdır. Paytaxt Bakıda
sayları sürətlə artan, indiki məqamda kiçik mobil qruplar şəklində təzahür edən
gəncliyin daha da fəallaşması, etiraz mitinqlərində həmrəylik nümayiş etdirərək
geniş mənada sosial şəbəkəyə çevrilməsi, buraya digər təbəqələrin qatılaraq
narazı elektoratın miqyasının böyüməsi prosesinin qarşısını isə heç bir qüvvə
ala bilmək gücündə deyil.
Siyasi
müşahidələrə görə, Azərbaycanda “Suriya” və ya “Liviya” variantlarının gündəmə
gəlməsi təhlükəsi də yaşanıla bilər. Belə ki, hər bir oliqarxın nəzarətində
orta hesabla 10 min nəfərlik gizli silahlı birliklər vardır. Onların toplam
sayı 150 min nəfərə yaxındır. Buraya daxili qoşunları, digər inzibati hərbi
stukturları da əlavə etsək, 400 min nəfərə yaxın silahlı güc mövcud rejimi
qorumaq üçün hər an qan tökməyə, vətəndaş müharibəsini başlamağa hazırdır.
Rejimin siyasi ruporu olan YAP, eləcə də Daxili İşlər Nazirliyi, prokurorluq və onların yedəyində gedən məhkəmələr isə
əhalinin etiraz dalğasını cinayət əməli kimi rəsmiləşdirməklə məşğuldurlar.
Şəki olayları, Quba hadisələri və İsmayıllıdakı etirazlar zamanı üsyana qalxmış
xalq “suçlu” elan edilmişdir. Guya YAP və onun cəza aparatına çevrilmiş
hakimiyyətin heç nədə günahı yoxmuşвЂ¦
Bu
arada, regionda marağı olan böyük güclərin yaranmış durumdan mümkün qədər
faydalanmaq hədəfləri heç də gizli deyil. Fransa, İngiltərə, ABŞ, Çin, İran,
Almaniya kimi dövlətlər öz hədəflərini müəyyən siyasi texnoloji vasitələrlə
ifadə etməyi belə gizlətmirlər. Ancaq real görünən odur ki, bölgədə indiki
məqamda əsas söz sahibinin Türkiyə və Rusiyada olması artıq qaçılmaz bir
prosesə çevrilmişdir. Rusiya “milyaderlər ittifaqı”nın vasitəsilə YAP rejimini
öz tərəfinə çəkərək təsir vasitəsini reallaşdırmaq istəyirsə, Türkiyə
ölkədaxili hər an gözlənilən silahlı münaqişlərin yaranmasının qarşısını almaq
taktikası ilə hərəkət edir. Müşahidələrə görə, belə bir durumun may ayına qədər
davam etməsi gözlənilir. Bir sözlə, Azərbaycan “Qızılgül İnqilabı”, yoxsa “Orta
Şərq Baharı”nın seçimi qarşısında qalmışdır.
Vüqar
Həsənli
Short URL: http://www.cumhuriyyet.net/?p=6831