Sınmış adam

03.05.2014 - 11:40

Eynulla Fətullayevə HAQQın az dərsi

 

Haqqın
az olanda ədalətin də virtual olar… Bundan sonra nə şər, böhtan desən, həmin
ünvandan gözləmək mümkündür… Bu baxımdan “i
ltizamlı, muzdlu mirzə Eynulla Fətullayevin sahib olduğu saytda millət vəkili Sabir
Rüstəmxanlı haqda
növbəti
əsassız
məntiqsiz uydurmaları təəccüblü olmasa, böhtanın səviyyəsi məni bu adam haqda yazmağa,
əslində hamının tanıdığını yenidən tanıtdırmağa məcbur etdi.
Nankor, biçarə nökər kimi xalqını,
dövlətini müxtəlif cinayətlərdə əsassız ittiham etmək yolundan müvəqqəti
çəkilib, bu cür sərsəm hədyanlar uydurmaq da dövlətçiliyə və xalqa xidmət
deyildir. Xalqa, dövlətə sədaqət və xidmətlə xəyanət anlayışlarının fərqini
hələ də dərk etməyib, belə çirkin yolla özünü Azərbaycan dövlətçiliyinin
müdafiəçisi kimi qələmə verməklə E.Fətullayev nəyə nail olmaq istəyir?!
Suyun üzündə qalmaq üçün köpüyə belə əl atan
zavallı insan kimi görünməkdən həzz alırsa, növbəti uydurmalarına münasibətim,
cavablarım və cavabı olmayan suallarım ona yox, onun xəyalpərəst, kinli,
fürsətcil və fəsadçı sifarişçisinə olacaq.

“Sabir
Rüstəmxanlı olmaq qorxuludur” (Страшно быть Сабиром Рустамханлы) yazır
Fətullayevin saytı. Sonra da bu başlığı öz qafası və prizması ilə izah edir. Əlbəttə,
Fətullayev üçün Rüstəmxanlı həyatı qorxulu görünə bilər. Axı o bu həyatın bir
anını belə yaşaya bilməzdi.

Yazısında
hər cür iftiralar yağdıran Fətullayev özünü tanıyırmı?

Qara
qapılar arxasındakı qara vicdanlı rəislərindən sifariş alanlar üçün tək bir
məsləhət qaldı: özünüzü tanıyın… Biz isə oxucuya Eynulla Fətullayevi
tanıtdıraq. Daha doğrusu xatırladaq…

Eynulla
Fətullayev Yeni Azərbaycan Partiyasının üzvü olduğu zamanlarda əksəriyyətin
yanında özünü savadlı və ağıllı göstərməklə müəyyən dairələrdə nüfuz qazana
bilmişdi. Müəyyən adamlarla “ciddi” söhbətlər, kostyum və qalstuk onu
bir qədər də dərinlərə apardı. Həmin dövrdə o, Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri Əli Nağıyevin köməkçisi postuna sahib çıxdı. Onun bu postda
olduğu müddətdə törətdikləri və insanlarla rəftarı hər kəsin yadındadır. Amma
sən demə, o, YAP üzvü ola-ola həm də saman altdan su yeridirmiş. Onun əsl
niyyəti Ayaz Mütəllibovu dəstəkləyən bir müsahibəsindən sonra üzə çıxdı. Həmin
müsahibədə “YAP-çı” Fətullayevin nə etmək istədiyi aşkar şəkildə ortaya
çıxdı. Bu səbəbdən də YAP funksionerləri onu partiyadan çox biabırçı şəkildə
uzaqlaşdırdılar. Müxtəlif yollara əl atan Fətullayev demək olar ki, tam
fiaskoya uğradı.

Lakin
o dövrdə bəzi qüvvələrə belə bir dəyişkən siyasi sima lazım idi. Üstəlik
Fətullayev özü də “siyasi fəaliyyətdən” kənar və tapşırıqsız qalmağa
vərdiş etməmişdi. Buna görə də o, Azərbaycan Sosial Demokrat Partiyasının
rəhbərliyindən gələn təkliflə razılaşdı və partiyanın üzvü oldu. Amma bu da bir
nəticə vermədi. ASDP-də uzun illər qalmasına baxmayaraq, istəklərini
reallaşdıra bilmədi və bu dəfə də onun istəklərinin üstü açıldı, onu partiya
sıralarından uzaqlaşdırdılar.

Artıq
heç bir partiya Eynulla Fətullayevi qəbul etmək istəmirdi. Çünki onun iç üzü
bütünlüklə açılmışdı və hər bir partiya sədri bilirdi ki, onu partiyaya üzv
etmək partiyanın məhvi deməkdir.  Çünki o
partiya üçün deyil, tapşırıq aldığı adamlar tərəfindən idarə olunur və onların
tapşırıqlarını yerinə yetirir. Bir müddət partiyasız və işsiz qalan Eynulla
Fətullayev növbəti tapşırıq əsasında yolunu ANS televiziyasından saldı və özünü
bu kanala ilişdirə bildi. Qısa müddətdə Fətullayev kanalda aparıcı kimi
fəaliyyət göstərdi. Lakin bu da çox sürmədi və onu kanaldan qovdular. Hətta
onun telekanaldan qovulduqdan sonra kanalın sahibi Vahid Mustafayevlə yaranmış
qarşıdurma uzun müddət sürdü və bu mətbuatın əməlli-başlı mövzusu oldu. Daha sonralar
isə ANS-in “sevimlisi” haqqında elə bu kanalda “Bədbəxt Adam” adlı 2 hissəli
sənədli film çəkildi.

Bundan
sonra isə Eynulla Fətullayevin oyununun demək olar ki, ikinci mərhələsi başladı.
Hər kəsin ehtiyat etdiyi bir şəxs imicini qazanan Fətullayevin adı
gözlənilmədən qəribə bir məsələdə hallandı. Məlum oldu ki, işsiz və partiyasız
qalan Eynulla Fətullayev maddi maraq zəminində ayrı-ayrı şəxslərin dövlət
sərhəddindən qeyri-leqal yollarla Azərbaycandan Gürcüstana keçirilməsini təşkil
edir. Belə ki, 2004-cü ilin avqust ayının 10-da E.Fətullayev yaxın tanışı,
əslən Zaqataladan olan Yusif Əliyevlə birgə Bakı şəhərinin sabiq meri mərhum Rafael
Allahverdiyevi Alazan çayından Zaqatala rayonunun ərazisindən keçən hissəsindən
qayıqda keçirərək Tbilisi şəhərinə çatdırmışdı.

Bu
gün az qala qəhraman edilən Eynulla Fətullayevin necə qorxaqlıq nümayiş
etdirməsi hallarını da qeyd edək. Günlərin birində tələbələr səhər erkən
BŞHPİ-nin hərbi kafedrasının həyətində toplaşıb əmr gözləyirmiş. Bu zaman
Eynullanın əlində Qurani-Kərim, dəstəmaz almaq üçün ləvazimat və başında molla
papağı dayandığını görüblər. Eynullanın dinlə maraqlandığını bilən tələbə
yoldaşlarında gördükləri səhnə həm gülüş, həm də maraq doğurub. Bununla bağlı
ona ünvanlanan suallara Eynulla artıq namaz qılmağa başladığını, hərbi hissədə
əsgərlərə İslam dininin incəlikləri barədə məlumat verəcəyini bildirmişdi. Lakin
Gəncə şəhərində yerləşən “N” saylı hissəyə çatdıqdan 3 gün sonra
Eynulla qarşısına qoyduğu “missiyanı” yadından çıxarmış, 1 həftə
sonra isə əsgər xidmətinin çətinliklərinə dözməyərək zabit yoldaşları yanında
ağlamağa başlamış və geriyə valideynlərinin yanına göndərilməyi xahiş
etmişdir.  Bu da bu günün qəhramanı
edilmək istəyən Fətullayevin hərbiyə münasibəti və “mərdliyi”.

Eynulla
Fətullayevin aktiv olduğu illər mərhum Elmar Hüseynovun ölümündən sonraya
təsadüf edir. Demək olar ki, tamamilə unudulan, mətbuatda ara-sıra görünən, heç
bir partiya sıralarına yaxın buraxılmayan Fətullayev Elmar Hüseynovun qətlə
yetirilməsindən sonra yeni rəngarəng səhifə asmağa başladı. Ardıcıl və davamlı
olaraq iki qəzetin çap olunması, gözəl ofis şəraiti ilə təminat, külli miqdarda
qrantların alınması Eynulla Fətullayevi qısa bir sürədə tanınmış qəzet baş
redaktoru etdi. Üstəlik ən dəqiq məlumatlar və şəkillər onun qəzetinə ötürüldü.
Amma bu qəzetlər və Eynulla Fətullayev Elmarın qətlinin araşdırılması işində
yaxından iştirak etmədi. Yalan-palan bir-iki məsələ ortaya atıldı ki, bunların
hansı qüvvələrdən gəldiyi məlum idi. Nəyin baş verdiyini, Eynulla Fətullayevin barmağının harada olduğunu
söyləməyə, baş verənləri əlavə şərh etməyə ehtiyac yoxdur. Bu oyunun
konturlarının harada cızıldığı və Eynullanın əlinin oyunun hansı hissəsində
olması aşkar görünürdü.

2005-2006-cı
illərdə baş redaktoru olduğu “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”
qəzetlərində çalışan kollektiv onun həbsdə olduğu müddətdə hüquqlarının müdafiəsi
uğrunda bütün məhrumiyyətlərə dözərək əzmlə mübarizə aparsalar da, Eynulla
Fətullayev həbsdən çıxan kimi bu insanlara şükranlıq etmək əvəzinə, onların
düşməninə çevrildi. İndi hər iki qəzetin sabiq əməkdaşları və Eynulla
Fətullayev arasında düşmənçilik ruhu hökm sürməkdədir.

Nəhayət,
özünü media qəhrəmanı kimi təqdim edən Fətullayevin “qələm”ı haqda da bir neçə
kələmə. Bu adam Dövlət İdarəetmə İnstitutunda oxuyarkən ilk qələm təcrübəsi
kimi, Nərimanov haqda yazdığı broşura plagiat, yəni, oğurluq olub. Bu gün
hədəfə aldığı Milli Şuranın sədri Cəmil Həsənli və Akademiyanın tarix
institutunda şöbə müdiri işləyən Nigar xanımla onun bu oğurluğunu aşkarlayır.
Bundan sonar Eynulla atası Emin kişi ilə birlikdə Akademiyaya gəlir və o zaman
hələ bir az həyalı olduğundan hönkür-hönkür ağlayır, səhv etdiyini bildirir və
alimlər də onun bu oğurluğunun üstündən keçir.

Hələ
o dünyadan heç kim qayıdıb qəbrin qozbeli düzəltdiyini xəbər verməyib. Nahaq
yerə deyirlər ki, qozbeli qəbir düzəldər. Sınmaq və alçalmaq çox pis şeydir.
Alçaldılmış adamdan ləyaqətli bir şey gözləməyə dəyməz. Sınmış adam həyatının
qalan hissəsini şikəst formada yaşayır.

 

Nəsimi
Şərəfxanlı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6836

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930