Mətanət Əzizova Azərbaycana qayıdır

04.05.2014 - 18:50
“Mətanət seminardadır.Tezliklə qayıdacaq.Heç kim onu həbs etməyib”

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovadan xəbər var. Mətanət xanımın anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının facebook səhifəsində yaydığı məlumatdan belə aydınlaşır ki, onunla əlaqə yaratmaq mümkün olub. Bəlli olub ki, Mətanət xanım ölkədən kənarda seminara yollanıb, tezliklə qayıdacaq.

“Hörmətli dostlar.Mətanət seminardadır.Tezliklə qayıdacaq.Heç kim onu həbs etməyib.Narahatçılığa görə təşəkkür edib”, – deyə Mirvari Qəhrəmanlı yazıb.
Xatırladaq ki, mayın 3-ü səhərdən Mətanət Əzizovadan xəbər tutmaq olmurdu. Prokurorluq iştirakçıları onun evində axtarış aparmaq istəmişdi, lakin elə həmin anlardan Mətanət xanımı tapmaq mümkün olmamışdı. Mirvari Qəhrəmanlının özü də xaricdə tədbirdə olduğundan qızının taleyindən xəbər tuta bilmirdi. Mirvari xanım bundan qabaq mətbuata verdiyi açıqlamada demişdi ki, qızı ilə mayın 2-də danışıb, sonra əlaqələri kəsilib.
Bakıda isə Mətnaət Əzizovanın həbs olunduğu haqda ehtimallar da səslənmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=6864

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930