Məmmədovların media projesi iflas edir

05.05.2014 - 00:15

Adminstrasiyadan Ziya Məmmədova “olmaz!” qadağası, nazir oğlunun düz çıxmayan vədi

 
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun media layihəsi yarımçıq qalıb. Məlum
olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov heç kəsin gözləmədiyi
halda yeni media layihəsi ilə gündəmə gəldi. Əslində bununla bağlı əvvəllər də
müəyyən söz-söhbətlər dolaşır, amma nəhayətdə bu söhbətlər təsdiqlənmirdi. Təzminən
1 ay bundan öncə isə Anar Məmmədovun media projesinin ciddi şəkildə həyata
keçirildiyinə dair rəsmi şəkildə açıqlama verildi.

Bununla
bağlı mediaya danışan Anar Məmmədovun sözçüsü bəyan etdi ki, “Qarant Media
Holdinq” adlı qurum yaradılıb və bu qurumun tərkibinə bir sıra media
quruluşlarının daxil olacağı gözlənilir. Media quruluşunun fəaliyyətə
başlayacağı konkret tarix də açıqlanmışdı-25 aprel. Amma göründüyü kimi, vəd  olunduğu tarix keçsə də nazir oğlunun media
projesindən hələ də xəbər yoxdu.

Daha sonra
müəyyən problemlər üzündən bir qədər gecikmə olduğu haqda yeni rəsmi açıqlama gəldi
və holdinqin may ayı ərzində fəaliyyətə başlayacağı bildirildi.

Bununla bağlı axar.az-a mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki, nazir oğlu Anar Məmmədovun “Qarant Media Holdinq” projesinin baş tutması yubanır. Mənbənin sözlərinə görə, holdinqdə işləyəcək əməkdaşlarla müqavilə bağlanıb, texniki təchizat təmin olunub, ofis və bütün avadanlıqlar hazırdır. Amma A. Məmmədovun media layihəsi fəaliyyətə başlaya bilmir. 

Qaynağımız bildirir ki, son bir ayda nazir və onun yaxın ətrafı ilə bağlı aparılan kampaniya, o cümldən deputat qardaşının oğlu Aynar Məmmədovun adının avtoxuliqanlıqda hallanması Məmmədovların media holdinq yaratmasına mane olub. Xatırladaq ki, nazir oğlunun vəkili Ruslan Məmmədov “Axar.az”a bu layihənin iki həftə öncə fəaliyyətə başlayacağını bildirmişdi. Hətta mediada bu holdinqə daxil olan sayt və onlayn TV-lərin də adı çəkilirdi. Lakin göründüyü kimi, proyekt yubanır. Məsələyə aydınlıq gətirmək üçün R.Məmmədovla dəfələrlə əlaqə cəhdi baş tutmayıb.
Bu arada savash.org-a daxil olan məlumatlarda iddia olunur ki, nazir oğlu projesini may ayında da
reallaşdıra bilməyəcək. Buna səbəb isə həmin layihəyə ən üst səviyyədən “stop”
komandasının verilməsidir.
Savash.org-u
məlumatlandıran mənbənin sözlərinə görə, ötən ayın sonlarında Ziya Məmmədov
Prezident Adminstrasiyasına dəvət olunub və orada nazirllə “profilaktik söhbət”
olub. Nazirə açıq şəkildə bildirilib ki, oğlu tərəfindən başladılan media
projesi heç də müsbət qarşılanmır və bundan sonrakı qərarın necə olacağı yalnız
onun özündən asılıdır. Nəqliyyat naziri isə həmin söhbətdə həmin layihəni
dayandıracaqlarına dair öhdəlik götürüb.
Mənbə
eyni zamanda bildirir ki, Ziya Məmmədov oğlunun media şəbəkəsi yaratmasını
“yuxarılarla” razılaşdırıbmış, amma hansısa səbəbdən sonradan həmin projeyə
“yox” deyilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=6870

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930