Ərdoğanın Azərbaycandakı “cadugər ovu”

05.05.2014 - 01:13

Türkiyə
baş nazirinin İlham Əliyevə
təqdim etdiyi siyahıda kimlər var, növbə kimindir
Türkiyə
baş nazirinin İlham Əliyevə
təqdim etdiyi siyahıda kimlər var, növbə kimindir

 
Mayın
2-də adı nurçuluqda hallanan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Elşad İsgəndərov vəzifəsindən kənarlaşdırıldı. Bir müddət öncə
“qara siyahı”da adı olduğu bilidirilən Elnur Aslanov da Prezident
Administrasiyasındakı postudan kənar edildi.
Ötən
ilin 17 dekabrında Türkiyədəki məşhur rüşvət qalmaqalından sonra
Azərbaycanda da nurçularla bağlı narahatlıqlar baş qaldırdı. Türkiyədəki
30 mart bələdiyyə seçkilərindən sonra Erdoğan hökuməti nurçularla
mübarizə spektrini genişləndirdi və ilk səfər Azərbaycana baş tutdu.
Bakıdan qayıdandan sonra partiyasının iclasında çıxış edən Türkiyə baş
naziri Azərbaycan dövlət başçısı ilə “paralel dövlət” məsələsini
müzakirə etdiyini və ona xüsusi siyahı verdiyini bəyan etdi.
Fətullah
Gülən hərəkatı Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda geniş
vüsət alıb. Bu hərəkat Türkiyə hüdudlarından kənarda ilk dəfə 1992-ci
ildə Azərbaycanda öz məktəblərini açıb. Azərbaycan Gülən hərəkatı üçün
uğurlu məkanlardan olub. Qafqazda, daha sonra Mərkəzi Asiyadakı inkişaf
bu hərəkatı dünyanın 130-dan çox ölkəsində qüvvətli islam təşkilatına
çevirib. Ərdoğan da bu hərəkata qarşı təkcə Türkiyə daxilində mübarizə
aparmaq niyyətində olmadığını açıq bəyan edib.
İllərdir
ki, Gülən hərəkatına hizmət göstərən orta məktəblərdə və hazırlıq
kurslarında təhsil alan şagirdlərin ən yüksək balla ali məktəblərə qəbul
olunmasını tərif edənlərin də mövqelərində 180 dərəcə dəyişiklik var.
Son illərə qədər Azərbaycanda islam təmayüllü qruplara qarşı aşkar
mübarizə aparılsa da, nurçulara münasibətdə bu bir o qədər də geniş
vüsət almamışdı.
Müstəqil
dövlət olan, dəfələrlə müstəqil siyasət yürüdən bir dövlətin başqa bir
dövlətin ali şəxsinin təqdim etdiyi siyahı ilə qərarlar qəbul etməsi
düşündürücüdür.
Yəqin
ki, konkret şəxslər hansısa dövlət qurumunda rəhbər vəzifəyə
gətirilirsə, onun barəsində araşdırlma aparılır, əsasən də dövlətçilik
üçün təhlükə törətməyən, xarici ölkələr və yaxud digər qurumlar
qarşısında öhdəliyi olmayanlar yüksək postlara təyin olunur. Necə oldu
ki, bu şəxslər bir müddət yüksək vəzifələrdə çalışdıqdan sonra milli
maraqlar, dövlətçilik üçün təhlükə mənbəyinə çevrildilər? Təbii ki,
kiminsə vəzifəyə təyini və yaxud azad olunmasının səbəbləri barədə
informasiya verilmir. Amma kiməsə sirr deyil ki, yuxarıda adları çəkilən
şəxslər barədə uzun müddətdir ki, mətbuatda onların nurçuluq şəbəkəsi
ilə bağlı olduğunu əks etdirən yazılar dərc olunurdu.
Azərbaycanda
digər təriqətlər kimi nurçuluq haqqında da əvvəllər müxtəlif fikirlər
səsləndirilirdi. Yalnız bunun təhlükəli olması, hətta dövlət çevrilişi
cəhdi barədə istər mətbuatda, istərsə də müxtəlif yerlərdə ciddi
müzakirə mövzusu deyildi. Son günlər bu tendensiya dəyişib və inkişaf
edən xətlə davam edir.
Ərdoğanın
gülənçilərə qarşı apardığı qlobal “cadugər ovu” davam edir. Bu isə elə
bir mübarizədir ki, bu hərəkatla əlaqəsi olan, amma iki qüvvə
arasındakı mübarizəyə aidiyyatı olmayan şəxslərin də ətrafında şübhə
atmosferinin yaranacağını sığortalamır.

Seymur Kazımov

Short URL: http://www.cumhuriyyet.net/?p=6873

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930