“Xalq ayağa qalxanda o, məğlubedilməz olur”

06.05.2014 - 09:49
Əli Kərimli hakimiyyətin “Aslanlar”ını mənasız layihə adlandırdı

Əli Kərimli hakimiyyətin “Aslanlar”ını mənasız layihə adlandırdı 
 

Son günlərin əsas müzakirə mövzularından biri hakimiyyətin yeni
yaratdığı xüsusi təyinatlı dəstə – “Aslanlar”dır. Dünyada, regionda baş
verən hadisələr, antidemokratik rejimlərin çökməsi YAP iqtidarını da
qorxuya salıb. Onlar hakimiyyəti qorumaq üçün çeşidli yollara,
vasitələrə əl atırlar. AXCP sədri Əli Kərimli “facebook” səhifəsində
hakimiyyətin bu addımına münasibət bildirib.

“Qorxmuş adamın hərəkətlərində məntiq olmaz. Beləsi yararlı-yararsız
bütün vasitələrə baş vurar. Bunlar da qorxu içindədirlər. Çoxminlik
polis, Daxili Qoşunlar, Qvardiya, Çevik Polis Alayı… bəs etməyib, indi
də hakimiyyətlərini qorumaq üçün DIN-nin “Aslanlar” xüsusi təyinatlı
dəstəsini yaradıblar. Əvvəla, gərək özünüzə belə gurultulu ad
seçməyəydiniz, düşər-düşməzi olar. Ukraynadakı avtoritar rejim də xüsusi
təyinatlılarını qeyri-təvazökarcasına “Berkut” (qartal) adlandırırdı.
Gördünüz də sonları necə oldu? Xalqın qarşısından əvvəlcə qaçası, sonra
da diz çöküb, üzr istəməli oldular. Ikincisi və ən vacibi: bu xalqın
pullarını niyə mənasız layihələrə xərcləyirsiz? Nəyə lazımdır yeni
xüsusi təyinatlılar? Əgər söhbət müxalifətin keçirdiyi və keçirəcəyi
etiraz aksiyalarından gedirsə, biz etiraf edirik ki, onların qarşısını
(qanunsuz olsa da) təkcə Çevik Polis Alayı da ala bilir. Yox, nə zamansa
bütövlükdə xalqın ayağa qalxacağından qorxursunuzsa, o halda yenə
mənasız iş görürsünüz. Onsuz da hamılıqla ayağa qalxmış xalqın qarşısını
ala bilməzsiniz. Misir inqilabından Ukrayna inqilabına qədər
ətrafımızda baş verənlərdən başa düşmədiniz ki, xalq ayağa qalxanda o,
məğlubedilməz olur?”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6940

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930