Şeyxin qudası işdən çıxarılan nurçu məmurları “xalq düşməni” adlandırdı

06.05.2014 - 14:38

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin qudası, millət vəkili Qalib Salahzadə son günlər adı nurçuluqda hallanan məmurların işdən azad olunmasına münasibət bildirib. O, modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövlətçiliyinə qarşı çıxanlara kimliyindən asılı olmayaraq pis münasibətdədir: “Dövlətin həmin şəxslərə qarşı münasibəti necədirsə, mənim də münasibətim elədir. Dövlət özü həmin şəxslərə qarşı nə məsləhət bilirsə, onu da edir. Dövlət özü birbaşa bununla məşğul olur”.
Deputatın sözlərinə görə, kimlər dövlətin əleyhinə təbliğat aparır, yaxşılığını istəmirsə, xalqın düşmənidir. “Kim onlara haqq qazandıra bilər. Kim dövlətin, xalqın əleyhinə gedirsə, biz də o şəxslərlə pis münasibətdəyik. Dövlətin əleyhinə gedənlər kimliyindən asılı olaraq bizim düşmənimizdir”-deyə Hacı Qalib Sahalzadə vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dövlət başçısının sərəncamı ilə vəzifəsindən azad olunmuşdu. Onun ardınca isə Prezident İlham Əliyev adı nurçuluqda hallanan daha bir vəzifəli şəxsi – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovu vəzifəzindən kənarlaşdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=6958

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930