Ziya Məmmədov səlahiyyətlərini itirir
Nəqliyyat nazirinin bankında da böhran yaşandığı bildirilir
Nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətləri yavaş-yavaş əlindən
alınır. Bir müddət əvvəl paytaxtda sərnişindaşıma sahəsi Nəqliyyat
Nazirliyin tabeliyindən çıxarılaraq Bakı Şəhər Icra Hakimiyyətinə
verildi. Az sonra isə iri tonnajlı maşınlara nəzarət funksiyası Daxili
Işlər Nazirliyi ilə Nəqliyyat Nazirliyi arasında bölüşdürüldü. Indisə
Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzi Nəqliyyat Nazirliyindən
alınır.
“Azadlıq”a daxil olan məlumata görə, mərkəzin Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinə, yaxud da Bakı Şəhər Icra Hakimiyyətinə
veriləcəyi müzakirə edilir. Sərnişindaşımanın Bakı Şəhər Icra
Hakimiyyətinə verildiyini nəzər alsaq, o zaman mərkəzin də bu qurumun
tabeliyinə veriləcəyini güman etmək olar.
“Son bir neçə gündə Bank of Azerbaijan”da kütləvi ixtisarlar
aparılıb. Ötən həftənin cümə günündən başlayaraq bu günə qədər 100-ə
yaxın şəxs işdən çıxarılıb. Səbəb kimi isə bankın ciddi maliyə
problemləri yaşadığı göstərilir”.
Bunu isə “AZƏRFAKS”a “Bank of
Azerbaijan”dakı mötəbər mənbə məlumat verib. Onun sözlərinə görə, bankın
baş ofisindən yerli şöbələrə işçiləri öz hesablarına məzuniyyətə
göndərmək barədə tapşırıq verilib: “Artıq xeyli müddətdir ki,
əməkdaşlara məvaciblərin verilməsi ləngiyir. Işçilərə böyük məbləğdə
borc yaranıb. Baş ofis maliyyə probleminin olduğunu gizlətmir. Açıq
şəkildə deyirlər ki, bank atıq ayaqda dura bimir, kim istəyir özünə yeni
iş tapsın. Aydındır ki, hərə özünə bir iş tapacaq. Problem işçilərə
məvaciblərin verilməməsindədir. Fakt odur ki, bankımız müflis olmaq
üzrədir. Bunun göstəriciləri artıq ortadadır”.
Mənbə əlavə edib ki, əməkdaşların məvacibi verilməsə onlar pullarını bankın sahibindən tələb edəcəklər.
“Bank of Azerbaijan” nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altındadır.
Mənbə onu da bildirib ki, bankın yerli filiallarının fəaliyyətinin dayandırılacağı da gözlənilir.
“Bank
of Azerbaijan”ın səhmlərini böyük hissəsi “Baglan Group”un rəhbəri,
Nəqliyyat naziri Ziya Məmmədovun şəriki “Hafka” ləqəbi ilə tanınan iş
adamı Hafiz Məmmədovun oğlanlarına məxsusdur: Məmmədov Kənan Hafiz oğlu
21,817.500 AZN (43.63%) Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN
(43.63%) Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%) NEM Holdinq
335.000 AZN(0.67%) Bankın Müşahidə Şurasının sədri də elə Hafiz
Məmmədovdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=6992