Milli Şura sədri Cəmil Həsənlidən hakimiyyətə sərt ittiham

09.05.2014 - 02:47

“…Kəmalənın sızlayan yaraları sağalacaq, lakin həmin
sızıltıların ləkəsi bu hakimiyyətin korrupsiyaya bulaşmış cəmdəyində
əbədi tüpürcək yerinə çevriləcəkdir”

“…Kəmalənın sızlayan yaraları sağalacaq, lakin həmin
sızıltıların ləkəsi bu hakimiyyətin korrupsiyaya bulaşmış cəmdəyində
əbədi tüpürcək yerinə çevriləcəkdir”

Milli Şura sədri Cəmil Həsənli hakimiyyətin Kəmalə Bənənyarlıya qarşı
insanlıqdan kənar hərəkətinə “facebook” statusunda münasibət bildirib.  

“May ayının 6-da N!DA-çı gənclərə oxunan qanunsuz hökmə etiraz edən
Kəmalə Bənənyarlının həbsi və Nəsimi Rayon Polis İdarəsində işgəncəyə
məruz qalması, döyülüb təhqir edilməsi dövlət və millət adını
həqarətdir. 

Bu gün hakimiyyətin əsas media ruporlarından biri olan keçmiş “vicdan
məhbusu” Azərbaycanı Şimali Koreyaya bənzədənlərə cavab olaraq
yazmışdı: sizi ki parçalayıb itlərin qarşısına atmırlar. Doğrudur, bizdə
adamı parçalayıb itlərin qarşısına atmırlar, böyük sənətkar Nəsibə
xanım demişkən, “qara kopəyə əziyyət vermirlər”, amma son illərdə
insanlıq haqqı istəyənlərin üzərinə Pxenyan köpəklərindən də betər
gəlirlər. Əks təqdirdə, insanlıqdan zərrə qədər payı olan, içində vətən,
millət və din adına bir şey gəzdirən, ən azı peşə namusu olan birisi
iki uşaq anasına əl qaldırmazdı. 

Mən Kəmaləni ötən ilin payızından tanıyıram, seçki mitinqlərində öz
fəallığı ilə seçilirdi. Bu mitinqlərin birindən sonra onun başının
üzərində dalğalandırdığı Azərbaycan bayrağını uca tutması, yekəpər
polisin həqarətlərindən üçrəngli bayrağı qoruması əslində namus məsələsi
idi. Bu mücadilə, kölgəsinə sığındığımız bayrağın bir ana, bir qadın
tərəfindən öz namusu kimi qorunması, müqəddəsləşdirilməsi idi. Hələ o
zaman mən bu fədakar xanımın azadlıq ruhuna, bayrağa boyanmış millət
sevgisinə baş əydim. Görünür, bu hakimiyyət insanlıq adına olan hər şeyi
unudur və bilmir ki, polis işgəncəsindən Kəmalənın sızlayan yaraları
sağalacaq, lakin həmin sızıltıların ləkəsi bu hakimiyyətin korrupsiyaya
bulaşmış cəmdəyində əbədi tüpürcək yerinə çevriləcəkdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7060

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031