Mehriban Əliyevanın mükafat qalmaqalı
Birincilərə “ilin” mükafatını verən jurnalları tanıyan varmı?
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “İlin birinci xanımı” mükafatına layiq görülüb.
Ölkə mətbuatı mükafatın dünyamiqyaslı tanınmış “The Business Year” jurnalı
tərəfindən təqdim edildiyini xəbər verir. 1news.az-ın verdiyi məlumata görə
mükafatla bağlı xəbər “The Business Year:
Azerbaijan –
2014″ jurnalının Azərbaycana
həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimində elan olunub. Mükafatı
Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev qəbul edib. Bundan başqa
jurnalda M.Əliyeva ilə hazırlanmış müsahibə təqdim olunub.
Haqqında
dünyamiqyaslı tanınmış deyilsə də “The Business Year” jurnalı 2013-cü ildə
yaranıb. Saytda ilk növbədə diqqəti cəlb edən ana səhifədəki müsahiblərdir.
Mozambik,
Panama,
Oman,
Səudiyyə Ərəbistanı, Columbiya və Liviyadan olan müsahiblər. Üçüncü dünya
ölkələrini təmsil edən bu müsahiblərin arasında ARDNŞ-nin prezidenti Rövnəq
Abdullayevin də şəkli diqqəti özünə cəlb edir.
Xatırladaq
ki, buna bənzər mükafatlar bu ilin əvvəlində prezident İlham Əliyevə
verilmişdi. “Pakistan Observer” qəzeti və “Hind okeanının və Ərəb dənizinin
səsi” (VİOAS) jurnalı Azərbaycan prezidentini dünyada “İlin adamı” elan
etmişdi. Maraqlıdır ki, “dünyaca tanınmış” bu nəşrlər hamısı üçüncü dünya
ölkələrinə məxsusdur.
Bir neçə ay
əvvəl VİOAS jurnalına redaksiyamız tərəfindən prezidentin hansı kriterilərlə
“ilin adamı” seçilməsi ilə bağlı sorğu göndərilsə də “dünyamiqyaslı tanınmış”
bu jurnaldan absurd məzmunlu məktub almışdıq. Həmin məktubla linkdə tanış ola bilərsiniz.
Afiq Muradov
Short URL: http://www.cumhuriyyet.net/?p=7240