Əliyevlərin sülalə hakimiyyətindən bu xalq çox zərər gördü

26.05.2014 - 00:05

Azərbaycandakı rejim bəzi sahələrdə Aparteid rejimini də “qabaqlayır”. Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandelanın ömürlük həbs cəzasına məhkum edilməsi və 27 ildən artıq həbsdə qalması haqda çoxumuz məlumatlıyıq. O da məlumdur ki, cənubi afrikalılar milli mübarizələrinin lideri Nelson Mandelanı həbsdən çıxan kimi özlərinə prezident seçdilər. Amma mən indi bu böyük şəxsiyyətin həyatını başqa məqsədlə xatırladım. N.Mandelanın vətəni Cənubi Afrikada 1948-1994-cü illər arasında hakimiyyətdə olmuş Aparteid rejimi açıq-aşkar irqçı rejim
idi. Yerli əhalini əksər hüquqlardan məhrum etmişdi. Afrikalılar heç bir dövlət orqanına seçilə bilməzdi. Onları, hətta vətəndaşlıqdan da məhrum edirdilər. Belə bir şəraitdə N.Mandela rejimə qarşı itaətsizlik kampaniyası başlatdı. Amma Aparteid rejiminin N.Mandelanı uzunmüddətli həbs etdirmək səyləri 50-ci illərdə nəticə vermədi. Rejim onu 2 dəfə həbs etdirsə də, ingilis müstəqil məhkəmə ənənələrinə istinad edən Cənubi Afrika məhkəmələri N.Mandelanın dinc mübarizə apardığını nəzərə alaraq, ona qarşı irəli sürülən ittihamları rədd etdi (Düzdür, 60-cı illərdə N.Mandela həbs edilərək, ömürlük cəza aldı. Amma bu, o zaman oldu ki, o, şüurlu şəkildə Aparteid rejiminə qarşı silahlı qarilla savaşı başlatmışdı və bunu açıqca bəyan edirdi).

İndi isə bizim məhkəmələri xatırlayaq. Qurban bəyə, Taleh Bağırzadəyə, İlqar Məmmədov və Tofiq Yaqubluya, NİDA-çı gənclərə, Pərviz Həşimliyə, Yadigar Sadıqlıya və onlarla digər siyasi məhbuslara qarşı irəli sürülən və məhkəmə hökmləri ilə təsdiq edilən absurd ittihamları yadımıza salaq.

Bu gün rejimin xidmətində olan məhkəmə daha bir absurd hökmə imza
atdı. Ölkənin ən peşəkar seçki müşahidəçisi Anar Məmmədli seçki
saxtakarlığını ifşa etdiyi üçün 5.5 il, ona bu işlərdə yardım etmiş
müavini Bəşir Süleymanlı isə 3.5 il müddətinə azadlıqdan məhrum edildi.

Bu ölkədə bircə məhkəmə instansiyası, bircə hakim də qalmayıb ki,
rejimin sifarişlərinə “yox” deyə bilsin. Rejim ölkədə məhkəmə sistemini
elə ram edib ki, Aparteid rejimi də bunlara həsəd aparardı. Əliyevlərin
sülalə hakimiyyətindən bu xalq çox zərər gördü. Amma mənim fikrimcə, bu
zərərlərin ən böyüyü xalqın mənəviyyatına vurulan zərbə və məhkəmə
sisteminin məhv edilməsidir.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=7485

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31