Böyük Britaniyadan hakimiyyətə etiraz

29.05.2014 - 18:59
“Azərbaycanı ədalət prinsiplərinə hörmət etməyə və narahatedici tendensiyanı dəyişməyə çağırırıq”

 
 

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi hüquq müdafiəçisi Anar
Məmmədliyə son məhkəmə hökmünə dair bəyanat yayıb. Xarici İşlər
Nazirliyi Azərbaycanı vətəndaş cəmiyyətinin roluna hörmət etməyə
çağırıb.

Bəyanatda deyilir ki, mayın 26-da Bakıda üç vətəndaş
cəmiyyəti fəalına cəza kəsilməsi ölkədə vətəndaş cəmiyyətinə təzyiqlərdə
narahatlıq yaradan cərəyandır. Öncə NİDA-çı gənclərə və siyasi
müxalifət fəallarına məhkəmə cəzaları kəsilib.
Xarici İşlər Nazirliyinin sözçüsü deyib:

“Xarici
İşlər Nazirliyi Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədova iş
kəsilməsindən dərin məyusluq keçirir. Bu iş çoxlarının Azərbaycanda
hüququn aliliyinin seçimlə tətbiqi sarıdan narahatlığını bir daha üzə
çıxardı. Müstəqil seçki müşahidəçiləri demokratik cəmiyyətin inkişafına
mühüm rol oynayır və onların öz işini təhdid qorxusu olmadan davam
etdirilməsinə şərait yaradılmalıdır. Böyük Britaniya Azərbaycanı ədalət
prinsiplərinə hörmət etməyə və bu narahatedici tendensiyanı dəyişməyə
çağırır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7578

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031