Azərbaycan deputatı rus telekanalında ABŞ-ı ittiham etdi

29.05.2014 - 22:59

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri, deputat Əli Hüseynli Rusiya-24 kanalının canlı
yayımına qatılıb.  Deputat verilişdə ölkəmizin daxili və xarici
siyasətiylə bağlı sualları cavablandırıb.
Əli Hüseynli ABŞ səfiri
Riçard Morninqstarın da cavabını verib. O deyib ki, Azərbaycanın
balanslı siyasəti səfiri narahat edir: “Bu hadisələr o zaman meydana
gəlir ki, Azərbaycan xarici siyasətində balanslaşdırılmış siyasət
yürüdür və öz mövqeyini ortaya qoyur. Onu da deyim ki, ABŞ-ın da Qafqaz
regionunda maraqları var. Azərbaycanı Ukraynayla müqayisə etmək düzgün
deyil. Çünki artıq neçə il idi ki, Ukraynada siyasi cəhətdən gərginlik
var idi və bu hadisələr gözlənilən idi. Azərbaycanda isə bu baxımdan heç
bir problem yoxdur. Bizim ölkədə heç vaxt belə məsələlər gündəmə
gəlməyəcək, çünki xalq öz seçimini edib”.
Deputat verilişdə
Rusiyayla münasibətlərə də toxunub və deyib ki, Azərbaycanla – Rusiya
dost ölkələrdir və heç kim iki ölkənin münasibətlərinə xələl gətirə
bilməz (AZXEBER.COM).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7581

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031