Əliyev-Putin fondu nəyə xidmət edir?

05.06.2014 - 02:20

Hakimiyyət Kremllə yaxınlıq görüntüsü
yaradıb Qərbdən gələn tənqidləri, təzyiqləri neytrallaşdırmaq istəyir

 

Azərbaycan
və Rusiya birgə investisiya fondu yarada bilər. Bunu Bakıda səfərdə olan
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib. A.Ulyukayev deyib
ki, bu məsələ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə
müzakirə olunub. “Rusiya-Azərbaycan
fondu iri layihələrin həyata keçirilməsinə yardım edə bilər”, – deyə A.Ulyukayev
qeyd edib. O, əlavə edib ki, Rusiyanın artıq Qətər, Küveyt, Cənubi Koreya, Çin
və bir çox ölkələrlə bu cür fondları mövcuddur.

Azərbaycanın
beynəlxalq aləmlə münasibətləri korlanan, sanksiyalarla üz-üzə qalan Rusiya ilə
birgə investisiya fondu yaratması nə dərəcədə məqsədəuyğundur və bu fondun
fəaliyyəti nədən ibarət ola bilər? Xatırladaq ki, bu yaxınlarda SOCAR-la
“Rosneft” arasında anlaşma və gələcəkdə investisiyaların hər iki ölkədə
artırılması ilə bağlı memorandum imzalanıb. Son dövrlər buna bənzər anlaşmalar
iqtisadi məsələdən daha çox siyasi gediş hesab edilir. Bu, Rusiyanın müəyyən
dərəcədə Azərbaycanı Gömrük ittifaqı, Avrasiya İttifaqına sürükləməyinin bir
yoludur.

Azərbaycan
bu məsələlərə daha tez reaksiya verərək Rusiya ilə belə anlaşmalara gedir.
Hökumət öz aləmində düşünür ki, bununla Qərbdən son dövrlərdə artan tənqidləri,
təzyiqləri müəyyən dərəcədə neytrallaşdıra bilər. Yəni rəsmi Bakı görüntü
yaratmağa çalışır ki, əgər Qərb bizi daha çox tənqid etsə, müəyyən islahatların
keçirilməsini təkid etsə, Avrointeqrasiya ilə bağlı daha ciddi şərtlər irəli
sürsə, Rusiya ilə yaxınlaşmamız daha sürətlə gedəcək. Bu addımların iqtisadi
analizdən daha çox məhz siyasi kontekstdə qiymətləndirmək daha doğru olardı.

Amma bud a
faktdır ki, son vaxtlar Rusiya ilə dünya birliyi arasında problemlər
yarandığından bu ölkəni Azərbaycan üçün riskli zona hesab olunur. Ona görə
yüksək səviyyədə investisiya qoyulmasını doğru sayıla bilməz. Birgə investisiya
fondunun yaradılmasına gəldikdə isə, burda hər hansı ziyanın öncədən
qətiləşdirmək çətindir. Çünki Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda çoxlu
sayda şirkətləri var. O fonddan həm Azərbaycan, həm Rusiya istifadə edər və
burda qeyri-adi bir şey yoxdur.

 

“Siyasət
şöbəsi”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8010

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30