Azərbaycan üçün Kremlin yeni Qarabağ ilgəyi
Rusiya işğalçı ilə işğala məruz qalan ölkəni bu dəfə Avrasiya
İttifaqında birləşdirmək istəyir, amma necə, bəlli deyil; Dağlıq
Qarabağı Azərbaycana qaytarmayacaq bir qurum bizə lazımmı?..
Avrasiya İttifaqına (Aİ) Dağlıq Qarabağla, yoxsa Qarabağsız girməsi
ətrafında diskussiyalar davam edir. Rəsmi İrəvan artıq bəyan edib ki,
yeni quruma yalnız Ermənistan daxil olsa da, bu üzvlük Qarabağ
probleminin həllinə müsbət təsir edəcək. Ancaq necə, nəyin hesabına –
suala aydınlıq gətirilmir.
çoxşaxəli və qəlizdir, ən əsası, Rusiya ona hələ münasibət açıqlamayıb.
Moskva yəqin ki, Azərbaycanın Aİ-yə qoşulub-qoşulmayacağı ilə bağlı
cavabı gözləyir. Bəlli olduğu kimi, artıq Rusiya özünün iqtisadiyyat
naziri vasitəsi ilə Bakıya belə bir təklif gəlib.
təşkilatın Astanada keçirilmiş təsis toplantısında Qazaxıstan
prezidenti Nursultan Nazarbayevin Bakıya reverans xarakterli bəyanatı da
daxil, mövzu Rusiyanın siyasi və ekspert dairələrinin də diqqət
mərkəzindədir. Məsələn, moskvalı qafqazşünas politoloq Aleksandr Krılov
hesab edir ki, Ermənistan Qarabağ məsələsini Avrasiya İttifaqı ölkələri
ilə yalnız aktiv dialoq vasitəsilə çözə bilər. Sitat: “Mən Ermənistanda
qaldırılmış hay-küyü başa düşə bilmirəm. Axı söhbət təşkilata beynəlxalq
birlik tərəfindən tanınan Ermənistanın qoşulmasından gedir.
Ermənistanın özü də bəyan edir ki, Dağlıq Qarabağ onun tərkib hissəsi
deyil və onun müstəqilliyini tanımır. Bundan əlavə, Dağlıq Qarabağın
üzvlüyündən söhbət belə getmir. Odur ki, hər şey məntiqlidir”.
görə, Dağlıq Qarabağın hansısa ittifaq qoşulması qəribə olardı: “Digər
sual budur ki, situasiya necə inkişaf edəcək. Başa düşüləndir ki, dialoq
variantında, Ermənistanın üzv olacağı halda İrəvan məsələni hansısa
forma nizamlamalıdır ki, Dağlıq Qarabağın erməni əhalisi ziyan
çəkməsin”.
arasında Aİ kontekstində aparılan paralelliyi şərh edən rusiyalı
analitik deyib: “Krım problemi yoxdur. Vacib deyil ki, Qazaxıstan
Rusiyanın siyasətini bölüşməyən dünya liderləri ilə diskussiya aparsın,
çünki Ermənistanla bağlı məsələdə bütün üzvlər onun Qarabağla bağlı
mövqeyinə hörmət edəcəklər. Ermənistan real siyasət yürütməlidir, nəinki
quruma üzvlüklə üç ölkənin Dağlıq Qarabağın müstəqilliyini və ya
Ermənistanın tərkib hissəsi kimi tanımasına ümid eləməlidir – hansı
tanınmaya ki, heç özü də getməyib”.
kimi, rusiyalı ekspert də yaxın perspektivdə separatçı rejimin
postsovet məkanının hansısa ölkəsi, o cümlədən Rusiya tərəfindən
müstəqil dövlət və ya Ermənistanın tərkib hissəsi kimi tanınacağını real
saymır və İrəvana illüziyalarla yaşamamağı tövsiyə edir. Şübhəsiz,
gerçəyi Ermənistan yaxşı bildiyindən, özü də tanınma addımına risk
etmir, Moskvanın ağzına baxır, çünki Azərbaycan torpaqlarının faktiki
işğalçısı Rusiyadır, satellit Ermənistan yox.
ki, Ermənistan “yeni SSRİ”nin təsisçisi olmadığından, quruma tamhüquqlu
üzvlüyü 2015-ci il yanvarın 1-dən yox, az sonra rəsmiləşəcək, əgər buna
kimi müvafiq sənədi imzalayacaqsa. Həmin sənədin isə iyunun 15-də
imzalanacağı gözlənilir.
ilə bağlı müzakirələr, diskussiyalar getdikcə qızışmaqdadır. “İrs”
timsalında ən qatı müxalifət hesab edir ki, Ermənistan Avrasiya İqtisadi
Birliyinə qoşulmaqdan imtina eləməli, Sərkisyan iqtidarı isə istefaya
getməlidir. Ancaq alternativ yolun ölkəyə, separatçı rejimə baha başa
gələcəyini bildirib, ayrı yolun qalmadığını söyləyənlər də kifayət
qədərdir.
Erməni Milli Konqresinin nümayəndəsi Vladimir Karapetyan hesab edir ki,
Sərkisyan öz bəyanatı ilə ondan əvvəl ayrı mövqe bildirən hakim partiya
təmsilçilərini gülünc vəziyyətə salıb: “Sərkisyanın son bəyanatı onun
partiyasını biabır edir və belə görünür, məsələyə dövlət yanaşması
yoxdur. Onun Astanada susması Ermənistan dövlətinə ziyan vurdu. Astanada
susub iki gündən sonra İrəvanda cavab vermək haqq qazandırılmayacaq
davranışdır. Sərkisyana yerindəcə deyilənlərə cavab verməyə nə mane
olurdu?”
diqqət çəkir və faktiki olaraq, Sərkisyan hökumətinin çıxılmaz duruma
düşməsi kontekstində məsələyə qiymət verilir. Misal üçün, “Qraparak”
qəzeti yazır ki, Putinin daha Ermənistana ehtiyacı yoxdur, “Moskva
Ermənistandan artıq istifadə edib və onu unudub”.
isə sözügedən ittifaqa qoşulmağa hazırlaşmır. Hər halda, rəsmilərin
açıqlamalarından belə qənaət hasil olur. Bunu son olaraq iqtisadiyyat və
sənaye naziri Şahin Mustafayev bəyan edib. Nazir deyib ki, Azərbaycan
heç bir ittifaqa, o cümlədən Avropa Birliyi və ya Avrasiya İqtisadi
Birliyinə daxil olmağı nəzərdən keçirmir. O, əlavə edib ki,
Azərbaycanın Rusiya ilə ticarət rejimində heç bir problem yoxdur: “Bu,
Azərbaycan üçün rahat, normal rejimdir”.
sağdan-soldan, bəzi azərbaycanlı ekspertlər, siyasilər tərəfindən
ölkəmizin quruma daxil olması mümkün sayanlar da yox deyil, bir şərtlə
ki, Dağlıq Qarabağ probleminin ədalətli həllində Moskva nəhayət, ciddi
töhfə versin. Buna Kremlin imkan və rıçaqları artıqlaması ilə yetir.
Çünki konfliktin körükləyicisi odur. Azərbaycanın haqqı çatır ki, quruma
üzvlüyü bilavasitə məhz Qarabağla, 22 ildir davam edən işğalla
bağlasın. Əks halda, işğalçı ilə işğala məruz qalan iki ölkələrin birlik
yaratması absurd görünəcək və reallaşmayacaq.
də, əgər Azərbaycanın Rusiyadan ötrü dəyəri vazkeçilməzdirsə – bu,
doğrudan da belədir, – o zaman Azərbaycana qarşı on illərdir sürən
işğala son qoyulması yönündə nəhayət, əməlli addımlar atmalıdır. Moskva
üçün bunu eləmək indi qat-qat asandır, çünki Ermənistan heç vaxt
olmadığı qədər Kremlin güclü siyasi-iqtisadi və hərbi asılılığındadır.
buna getməyəcəksə, yenə sırf təzyiq yolu ilə bu dəfə Azərbaycanı
təşkilata salmağa çalışacaqsa, yaxud Qarabağ ixtilafını SSRİ dönəmindəki
kimi sıfır variantına gətirib dondurmaqla vaxt udmağa, Azərbaycanı
növbəti dəfə ilgəyə salmağa çalışacaqsa, heç nə alınmayacaq. Ən azı ona
görə ki, bu yolu artıq keçmişik. Həmin yol Dağlıq Qarabağı Azərbaycana
deyil, Rusiyaya qaytaracaq. Bizim üçün nə fərqi, Qarabağ Ermənistanın
nəzarətindədir, yoxsa Rusiyanın?
Short URL: http://www.cumhuriyyet.net/?p=8029