Kreml Bakını razı salmağa gəlib

06.06.2014 - 11:01

Azərbaycan hökuməti ATƏT PA-da Moskva ilə eyni mövqedən necə çıxış edəcək?

Azərbaycan hökuməti ATƏT PA-da Moskva ilə eyni mövqedən necə çıxış edəcək?

Əgər bu, Ukrayna məsələsində Rusiyanı müdafiə etmək olmayacaqsa…

Azərbaycan özünə bir səmt seçə bilmir. Hara getməyi müəyyənləşdirmək
qədər, hardan gələnlərə necə üz göstərməyi də aydınlaşdırmaq problemə
çevrilib. Söhbət rəsmi Bakı üçün dilemmaya çevrilən “Qərb, yoxsa
Rusiya?” məsələsindən gedir.

Xəbərlərdə isə deyilir: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov
və baş nazirin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının
sədri Dmitri Roqozin iyun ayında Azərbaycana səfər edəcəklər”.

Onlar qətiyyən demokratiya məsələsini qaldırmayacaqlar. Ona görə də
hakimiyyətimiz təşviş keçirmir. Üstəlik, Moskvada səfərdə olan Milli
Məclisin spikeri Oqtay Əsədov deyib: “Azərbaycan-Rusiya münasibətləri
strateji tərəfdaşlıq səviyyəsinə çıxıb. Böyük məmnuniyyətlə sizi ATƏT-in
sessiyasında gözləyəcəyik. Ümid edirəm ki, Azərbaycan tərəfi də, Rusiya
tərəfi də eyni platformadan çıxış edəcəklər”.

Bu xəbər və açıqlama iki mühüm məqamı şərh etməyi zəruriləşdirir.
Birincisi, Rusiya rəhbərliyi niyə Bakıya axışır? Ikincisi, Azərbaycan
rəhbərliyi “rus təhlükəsi” məsələsindəki mövqeyində qaldımı?

Kreml “üşüyür”

Ukrayna hadisələri göstərdi ki, Rusiyanın dünyada heç bir ciddi
müttəfiqi yoxdur. O hətta uzun illər Qərblə qarşı cəbhədə olan sosialist
dünyasının nəhəngi sayılan Çini də itirib. Bunun səbəblərinin
xırdalıqlarına varmadan onu deyə bilərik ki, Rusiya Çin üçün də maraqlı
olan bölgələrdə  rəsmi Pekinin dəstəyini ala bilmədisə, deməli, Cənubi
Qafqaz məsələsində bu o qədər də mümkün olmayacaq.

Üstəlik, Qərb Azərbaycan məsləsində daha həssas görünür. Fransa və
Isveçrə prezident səviyyəsində Bakıya səfər etdi və burada ölkəni
Avroatlantik məkanda görmək istəyən   müxalifət liderlərilə də görüşdü.
Bu təkcə Azərbaycan hakimiyyətinə və Rusiyaya mesaj deyildi – bunun
dünyaya da bir siqnalı vardı. Avropa Şimaldan Qərbə (Şərqi Avropa çoxdan
bəlli idi) Rusiyanın apardığı siyasətin qarşısında və Azərbaycanda Qərb
dəyərlərinə sadiq qüvvələrin yanında olacaq. Rusiya bu diqqətdən
narahatlıq keçirir və görünən odur ki, Kreml Qərbi üstələmək, bu mümkün
olmasa da, neytrallaşdırmaq istəyir. Bakıya birdən-birə belə yüksək
vəzifəli şəxslərin səfərinin təşkil olunması da sırf bununla bağlıdır.
Üstəlik, bu ərəfədə Avropa Komissiyasının prezdenti Joze Manuel Barrozo
da Azərbaycana səfər edəcək.

Rusiya özü üçün aydınlaşdırıb ki, o, növbəti dəfə hərbi yolla hansısa
məsələni həll edə bilməz. Ona görə də işi iqtisadi platformaya keçirmək
istəyir. Amma bunun da mümkünsüzlüyü ortadadır. Uzun perspektivdə
Rusiyanın hansısa ittifaq qurub, onu irəli apara biləcəyi hər kəsdə
suallar yaradıb. O zaman Kremldən Bakıya olan axının həqiqi səbəbləri nə
ola bilər?

Görünür, Kreml də hiss edir ki, vəziyyət çox kritikdir. Və indiki
şəraitdə hər şey blef taktikasına hesablanıb. Amma bu nə vaxta kimi işə
yarayacaq? Bunu da demək çətindir. Çünki Oqtay Əsədovun ATƏT Parlament
Assambleyasında eyni mövqedən çıxış etmək barədə bayanatı başqa bir
tezisin təkzibi çərçivəsində qüvvədən düşdü. Parlamentin mətbuat
xidmətinin  Ukrayna məsələsinə dair bəyanatı təkzib etməsi onu deməyə
əsas verir ki, hakimiyyət nə qədər arzulasa da, Rusiyanı tam dəstəkləyə
bilməyəcək. Yəni, Rusiyadan gələn qonaqlar təkcə  ölkənin yox,
hakimiyyətin də vəziyyətini gərginləşdirəcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=8100

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31