ABŞ hakimiyyəti niyə regional təhlükə mənbəyi görür?

07.06.2014 - 20:22

“ABŞ Azərbaycana münasibətdə insan haqları və demokratiyanı regional stabilliyin tərkib hissəsi kimi görür”
“ABŞ Azərbaycana münasibətdə insan haqları və demokratiyanı regional stabilliyin tərkib hissəsi kimi görür” 

 

ABŞ-ın Azərbaycanın daxilindəki siyasi
mühütü, reallaşdırılan siyasi repressiyaları regional təhlükə kimi
qiymətləndirməsi maraq doğurur. ABŞ-ın ATƏT-də siyasi müşaviri Kristofer
Robinson açıqlamasında Azərbaycan hökumətini toplaşmaq, fikri ifadə
etmək və vicdan azadlıqları sahəsində beynəlxalq öhdəliklərə hörmət
etməyə çağırmaqla yanaşı yürüdülən siyasətin təhlükəli məqamlarına da
toxunub. Azərbaycanla bağlı qəbul olunan xüsusi bəyanatda açıq şəkildə
vurğulanır ki, vətəndaş cəmiyyətinin Azərbaycanda işləyə biləcəyi məkan
əvvəlki kimi hakimiyyət tərəfindən daraldılır və bu meyl getdikcə
güclənir. Bu da regionda hərtərəfli təhlükəsizliyi təhlükəyə atır.
“Azərbaycan ölkədə demokratik inkişaf və uzunmüddətli sabitlik üçün
həlledici əhəmiyyət daşıyan daha açıq cəmiyyət yaradaraq, sabitliyi və
çiçəklənməni ən yaxşı şəkildə təmin edə bilər. Biz Azərbaycan hökumətini
siyasi plüralizm üçün şərtlərin möhkəmləndirilməsi üzrə işə başlamağa
və müstəqil KİV və vətəndaş cəmiyyəti üçün məkanı genişləndirməyə
çağırırıq”, deyə bəyanatda qeyd olunur.

Onu da qeyd edək ki, Azərbaycanda siyasi məhbuslarla bağlı problem
iyunun 11-də ABŞ Senatının Helsinki Komissiyasında da müzakirəyə
çıxarılacaq. Azərbaycanın fəal şəkildə ABŞ-ın gündəminə gəlməsi və rəsmi
Bakı ilə indiyə qədər danışılmayan ritorikada danışılması nəyin
görsənişidir?

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
hesab edir ki, belə bir bəyanatın səslənməsi ABŞ-ın regionda
maraqlarının ifadəsi sayıla bilər. Ukrayna hadisələrinin fonunda ABŞ-ın
keçmiş sovet ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu deyən M.Əliyev
bildirdi ki, Kerrinin Azərbaycanın dövlət başçısına ünvanlanan 28 may
təbrikinə diqqət yetirmək lazımdır: “Həmin təbrik gösitərir ki, ABŞ
tədricən Azərbaycanla bağlı Corc Buşunu yürütdüyü siyasətə geri dönür.
Həmin məktubda Azərbaycanla bağlı əməkdaşlıqda birinci yerə enerji
maraqları, ikinci yerə regional təhlükəsizlik, üçüncü yerə isə
demokratik dəyərlərin qorunması qoyulur. ABŞ üçün hazırda regionda
stabillik vacibdir. Amma ABŞ insan haqları və demokratiyanı regional
stabilliyin tərkib hissəsi kimi görür”(azadlıq.info).

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8174

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31