İlham Əliyev hakimiyyətinin avtoritarlığı


Amerikanın xarici siyasət üzrə ixtisaslaşmış “Forign Policy” jurnalı Azərbaycandakı vəziyyətlə bağlı geniş məqalə dərc edib.
“Xəzərin
Karleoneləri; Azərbaycan diktatoru ABŞ və Avropanı necə ələ alır”
başlıqlı məqalədə İlham Əliyev hakimiyyətinin avtoritarlığı və onun öz
imicini təmizləmək, özünə qarşı beynəlxalq təzyiqləri neytrallaşdırmaq
üçün nələr etdiyi təsvir olunur. Eyni zamanda Qərbin Azərbaycandakı
avtoritar rejimə loyal münasibəti tənqid olunur.
Məqalə ARDNŞ-in
(SOCAR) 2012-ci ildə Vaşinqtonda 12 milyon dollara ofis alması faktı ilə
başlayır. Müəllif (Mişel Viss) qeyd edir ki, SOCAR-ın Birləşmiş
Ştatlarda öz əməliyyatlarını genişləndirmək üçün aldığı bu mülkdən bir
vaxtlar “Freedom House” insan haqları təşkilatı da ofis kimi istifadə
edib. Azərbaycan isə “Freedom House”n qiymətləndirməsində “qeyri-azad”
ölkədir.
“Deməyə söz tapa bilmirəm. Məncə, dünyanın azadlıqlardan
ən məhrum ölkəsinin azadlıq evini ələ keçirməsi ən böyük ironiyadır”,
deyə “Freedom House”n keçmiş direktoru, hazırda Corctaun Universitetinin
dekan müavini Cenifer Vindzor jurnala bildirib.
“Bu, ironiya
olduğu qədər də dövrün əlamətidir. Barak Obama administrasiyası ABŞ-ın
demokratiyaya dəstək büdcəsini kəsdi. Realpolitik və təcrid siyasəti
milli maraqlar naminə demokratiyanı arxa plana keçirdi”, – deyə məqlənin
müəllifi əlavə edib.
Məqalədə qeyd olunur ki, “SOCAR USA”nın
yeni ünvanı həm də İlham Əliyev rejiminin timsalında Amerika və Avropa
siyasətində hüdudsuz lobbi xərcləmələrini göstərir.
“Cənubi
Qafqazın ərazisi İrlandiya boyda, amma neft ehtiyatı Texasınkından iki
dəfə çox olan bu ölkəsi son 10 ildə ABŞ Konqresinin, Britaniya
parlamentinin və bir vaxtlar diktaturalara təzyiqi ilə məşhur olan
Avropa Şurası Parlament Assambleyasının bir çox indiki və keçmiş
üzvlərini ələ ala bilib. Bakıya bütün xərcləri artıqlaması ilə çəkilən
ezamiyyətlər, ABŞ-da lobbiçilərə, piar şirkətlərə və mediaya ödəmələr
milyonlarla dollar deməkdir. Bir Avropa beyin mərkəzi bunu “kürü
diplomatoyası” adlandırıb”, – deyə məqalədə qeyd olunur.
Müəllif
daha sonra Azərbaycan hakimiyyətinin ABŞ-la münasibətlərdə dünyəvi
müsəlman ölkəsi, NATO-da və anti-terror əməliyyatlarında Vaşinqtonla
müttəfiq olmasını, İsraillə dostluğunu və Əfqanıstanda NATO-nun
fəaliyyətinə verdiyi infrastruktur töhvəni önə çəkdiyni yazır.
Azərbaycanla Avropanın qaz anlaşmaları barədə də məlumat verən müəllif
yazır: “Avropa özünün Rusiyadan enerji asılılığını Azərbaycanın qaz
ehtiyatları hesabına azaltmaq istəyir. Hərçənd bu ehtiyatlar Avropanın
illik 500 milyard kubmetr olan ehtiyacının cəmi 2 faizini təmin edə
bilər. Nəhayət, Azərbaycan Qərb üçün İranın nüvə təhlükəsi və Vladimir
Putinin SSRİ-ni bərpa etmək səylərinə qarşı müqavimət təşkil etməkdə
strateji müttəfiqidir”.
Məqalədə
Azərbaycanda insan haqlarının vəziyyəti “acınacaqlı” adlandırılır: “ABŞ
Dövlət Departamentinin 2013-cü il üzrə insan haqlarının vəziyyətinə
dair hesabatda göstəririr ki, Azərbaycanda ifadə, sərbəst toplaşmaq və
birləşmək azadlıqları məhdudlaşdırılıb; jurnalistlərə, hüquq
müdafiəçilərinə və demokratiya fəallarına münasibətdə hədə-qorxu, həbs,
zorakılıq adi hal alıb…
Bir neçə nümunəyə baxın. 2013-cü ilin
yanvarında polis İsmayıllıda dinc etirazçıları döyüb və onlara qarşı
gözyaşardıcı qazdan istifadə edib. Həmin gün orda qısa müddətdə olan
Müsavat başqanın müavini Tofiq Yaqublu və anti-Əliyev Respublikaçı
Alternativ hərəkatının sədri İlqar Məmmədov isə həbs olunub. İlqar
Рњəmmədov həmçinin, 2013 prezident seçkisində namizəd kimi iştiraka
buraxılmayıb…
2013-cü ilin mart-aprel aylarında hökumət Bakının
mərkəzində etirazçılara qarşı suvuran maşınlardan və rezin güllələrdən
istifadə edib. Sonra isə NİDA gənclər hərəkatının 7 üzvü həbs olunub.
Onlar əvvəlcə narkotik və partlayıcı maddələrin saxlanması, daha sonra
isə kütləvi ixtişaşlarda ittiham olunublar. Eyni ittihamlardan Putin
Rusiyasında da nümayişçilərə qarşı istifadə olunur…”.
Müəllif
ABŞ-ın Azərbaycanda işləmiş keçmiş diplomatı və indan haqları
müdafiəçisi Rebekka Vinsentin fikirlərinə yer verib. Xanım Vinsent deyib
ki. Əliyev ölkədə qorxu atmosferi yaradıb. Siyası məhbusların sayı bir
ildə 65-dən 100-ə qədər artıb. Sülh və Demokratiya İnstitutunun
siyahısında siyasi məhbusların 130 nəfər olduğu da məqlədə qeyd olunur.
Eyni zamanda SDİ-nin direktoru Leyla Yunusun özünün də hazırda istintaqa
cəlb olunduğu məlumat verilir.
Məqalədə daha sonra Azərbaycanda
2013-cü ildən bəri həyata keçirilən siyasi motivli həbslərin bir neçəsi
haqda məlumat verilir. AXCP-nin icarəyə götürdüyü ofisin partladılaraq
sökülməsi və həmin ərəfədə cəbhəçi fəalların kütləvi həbsi barədə
məlumat da partiyaya istinadla xəbər verirlir.
Müəllif ölkədə
azad mətbuatın acınacaqlı duruma salınmasından da bəhs edib. Bu hissədə
“Azadlıq” qəzetinin yüksək məbləğli məhkəmə cərimələri və borcların
birdəfəlik tələb olunması ilə bonkrot edildiyi; “Yeni Müsavat” qəzetinin
əl yayımına qoyulan qadağaya görə 2013-ün noyabrında çapını müvəqqəti
dayandırdığı; “Bizim yol” qəzetinin əməkdaşı və “Moderator.az” saytının
rəhbəri Pərviz Həşimlinin 8.5il azadlıqdan məhrum edildiyi detalları ilə
əksini tapıb.
Məqalədə İlham Əliyevin hakimiyyətə atası Heydər
Əliyevi əvəzlədiyi, bu baxımdan dünyada ən uzunömürlü sülalə
diktaturalarından birini təmsil etdiyi, “Wikileakes”də ABŞ
diplomatlarından birinin onu məşhur “Xaç Atası” əsərindən Karlione
mafiya ailəsinin Sonni adlı oğluna bənzətdiyi qeyd olunur (məqlənin adı
da məhz, bu sonuncu məqamdan götürülüb)
Daha sonra Əliyevlər ailəsinin biznes imperiyasından, malik olduqları şirkətlər və mülklərdən detallı şəkildə bəhs olunur.
Məqalənin
sonunda isə müəllif yenidən ABŞ hökumətini Azərbaycandakı avtoritar
rejimə yumşaq münasibət bəsləməkdə suçlayaraq, kəskin tənqid edir.
Qeyd
edək ki, məqalə 60 min işarədən çoxdur (təxminən “Azadlıq” qəzetinin 7
səhifəsi həcmində), bu səbəbdən də onun tam tərcüməsini təqdim etməyimiz
praktik cəhətdən mümkün deyil. Bununla belə, məqalənin daha əhatəli
tərcüməsini təqdim eədəcəyik.
azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=8471