ABŞ hakimiyyəti çarmıxa çəkdi

12.06.2014 - 01:50

У?liyev rejimi Rusiyanın Krıma təcavüzündən istifadə edib
dissidentləri susdurmaqda ittiham olundu

У?liyev rejimi Rusiyanın Krıma təcavüzündən istifadə edib
dissidentləri susdurmaqda ittiham olundu; Dövlət katibinin müşaviri У?li
Kərimliyə pasport verilməməsini tənqid etdi

 

ABŞ-ın
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki
Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələrə Senator Ben Kardin
rəhbərlik etdi.  “ABŞ-Azərbaycan münasibətlərində Təhlükəsizlik,
İqtisadiyyat və İnsan Haqları” başlıqlı dinləmədə ABŞ Dövlət Katibinin
demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia,
Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik
Rubin,  Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə
direktoru Miriam Lanskoy və Corctaun Universitetinin Avrasiya, Rusiya və
Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı Brenda Şaffer ifadə
verdilər. 

Azərbaycanın
ABŞ üçün strategji əhəmiyyətini vurğulayan Ben Kardin ikitərəfli
münasibətlərin üç sütuna – təhlükəsizlik, enerji və insan haqlarına
söykəndiyini qeyd etdi.  O, Azərbaycan hökumətinin Qərb təmayüllü
siyasət yeritdiyini, enerji sahsində sərgilədiyi əməkdaşlığı önə
çəkdi,və eyni zamanda insan haqları sahəsində mövcud olan problemlərə
diqqət yetirdi.

Senator
Kardinin fikirlərini paylaşdığını deyən Dövlət Katibinin Avropa və
Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin Azərbaycanla əməkdaşlığın
gələcəyinə inamla baxdığını söylədi və mühüm strateji tərəfdaş
münasibətlərinin inkişafına ümidini ifadə etdi.

Ölkədə insan
haqlarının pisləşdiyini deyən ABŞ Dövlət Katibinin demokratiya, insan
haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia ReAL hərəkatının
sədri ilqar Məmmədov, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu
və bir sıra başqa siyasi fəalların həbsini dinləmə iştirakçılarının
diqqətinə çatdırdı.  Onun sözlərinə görə pisləşmə tendensiyası Emin
Milli və Adnan Hacızadənin 2009-cu ildəki həbsindən sonra vüsət aldı. 

“ABŞ öz
tərəfdaşından insan haqlarına bu cür münasibət gözləmir,” deyə cənab
Melia Azərbaycan rəsmilərinin müxalifət və sivil cəmiyyət liderlərinin
ölkədən gediş-gəlişinə qoyduğu qadağalara diqqət çəkdi.  Bu xüsusda o,
AXCP sədri Əli Kərimliyə pasport verilməməsini tənqid etdi.

Azərbaycanda
sabitliyin yalnız insan haqlarına hörmətə əsaslana biləcəyini vurğulayan
Tomas Melia rəsmi Bakını 20-ci əsrin əvvəllərində mövcud olmuş
Azərbaycan Xalq Cümhuriyyətinin demokratik siyasi irsini davam etdirməyə
çağırdı. 

Dinləmələrə
qoşulan Senator Roger Wicker Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini
qeyd etdi və Azərbaycan hökumətinə ABŞ-a əfqanıstan və başqa
təhlükəsizlik sahələrində göstərdiyi yardıəma görə təşəkkürünü bildirdi.
 Azərbaycanın çətin geosiyasi qonşuluqda mövcud olduğunu qeyd edən
Mississipi senatoru rəsmi Bakının xarici siyasətdə ehtiyatlı
davrandığını anladığını söylədi.

Dinləmələrin
ikinci yarısında çıxış edən Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya
və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetinin
Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı Brenda
Şaffer Azərbaycanda daxuili siutasiyanın müxtəlif aspektlərinə diqqət
çəkdilər.

Xanım Lanskoy
ölkədə həbslərin vüsət aldığını və siyasi məhbusların çoxaldığını
bildirdi.  O, vurğuladı ki, Azərbaycan hökumətinin QHT-lər haqda qanunda
etdiyi mürtəce dəyişikliklər ölkənin ATƏT qarşısında götürdüyü
öhdəliklərə ziddir.  Miriam Lanskoy əlavə etdi ki, Azərbaycan hökuməti
Rusiyanın Krıma təcavüzündən sui istifadə edərək ölkədə dissientləri
susdurmaq kampaniyasına start verib.

Brenda Şaffer
Azərbaycana ilk dəfə olaraq Sovet dönəmində səfər etdiyini və o vaxtdan
bəri bu ölkə ilə təmasları genişləndirdiyini söylədi.  Xanım Şaffer
Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd etdi.
 Onun sözlərinə görə Azərbaycanda yəuhid azlığına bəslənilən münasibət
region üçün nümunəvi xarakter daşıyır.  Xanım Şaffer həmçinin İranda
yaşayan milyonlarla azərbaycanlının durumuna toxundu və hazırkı İran
rəhbərliyinin Azərbaycanın güclənməsindən ehtiyat etdiyini önə çəkdi.
 Brenda Şaffer Azərbaycanı çətin geosiyasi regionda ABŞ-ın dəyərli
müttəfiqi kimi dəyərləndirdi. (amerikaaninsesi.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8484

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2023
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930