Azərbaycan geopolitik savaşın mərkəzində

12.06.2014 - 03:46
“Rusiya Avrasiya Ittifaqında Ukraynanı Azərbaycanla əvəz etməkdə israrlıdır”

“Rusiya Avrasiya Ittifaqında Ukraynanı Azərbaycanla əvəz etməkdə israrlıdır”
 

“Rusiyanın son dövrlərdə nümayiş etdirdiyi aqressiyaya baxmayaraq
perspektiv və strateji imkanlar baxımından onun Qərbin bu regiondakı
planlarının qarşısını almaq imkanı kifayət qədər məhduddur”

“Ukraynanın Avrasiya Iqtisadi Birliyində olmaması faktını yalnız
Azərbaycanın bu təşkilata qoşulması kompensasiya edə bilər”. APA-nın
məlumatına görə, bunu “EvrAzEs” Institutunun direktoru Vladimir Lepyoxin
deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın Avrasiya
Iqtisadi Birliyinə qoşulması onlar arasındakı problemin həllinə və
münasibətlərin normallaşmasına da səbəb ola bilər. 

Bu arada “Nezavisimaya qazeta” Avropa və Rusiya arasında Azərbaycan
uğrunda mübarizənin başladığını yazıb. Qəzetin yazdığına görə,
Azərbaycanın təklif edilən ittifaqlardan etirazı barədə Ilham Əliyevin
bəyanatları Brüssel və Moskvanı qayğılandırıb.

Nəşrin yazdığına görə, rəsmi Bakı dəfələrlə Avropa Birliyi ilə
bərabər hüququn tərəfdarı olduğunu bəyan edib, bu səbəbdən də AI ilə
assosiasiya sazişindən imtina edib. Bununla yanaşı, bütün baş verən
hadisələrə intriqa gətirən RF xarici siyasət idarəsinin rəhbəri Sergey
Lavrovun səfəridir. Çünki Lavrovun Bakıya səfəri Rusiya tərəfindən vacib
təkliflərlə, əsasən də Azərbaycanın Avrasiya Ittifaqında üzvlük
perspektivlərinin nəzərdən keçirilməsi ilə əlaqəlidir. 

Ekspertlər hesab edir ki, son dövrlər bir tərəfdə ABŞ-Avropa, digər
tərəfdə isə Rusiya MDB ölkələrini çox ciddi şəkildə öz orbitlərinə cəlb
etməyə çalışırlar. Hələ uzun illər bundan əvvəl müasir dövrün böyük
politoloqu kimi tanınmış Bzejinski “Böyük şahmat taxtası” əsərində
yazırdı ki, Rusiya Ukraynasız imperiya ola bilməz. Eyni zamanda o hesab
edirdi ki, iki ölkə – Ukrayna və Azərbaycan istər Qərb, istərsə də
Rusiya üçün olduqca böyük əhəmiyyət kəsb edir. Tarixən Azərbaycan Cənubi
Qafqazın ən mühüm əhəmiyyət kəsb edən ölkəsi kimi tanınıb və eyni
zamanda Orta Asiyanın qapısı hesab olunub. Məhz bu baxımdan Azərbaycan
Qərb və Rusiya üçün müstəsna əhəmiyyət kəsb edən ölkəyə çevrilib.
Azərbaycanı itirməklə Rusiya Cənubi Qafqaza təsir imkanından xeyli
şəkildə məhrum edilmiş vəziyyətə düşəcək və eyni zamanda Qərb Cənubi
Qafqazın iki ölkəsində möhkəmlənəcək. Azərbaycanı itirməklə Rusiya heç
vaxt bu regionda həlledici güc sahibi olmayacaq. Iqtisadi cəhətdən
enerji daşıyıcıları və onları xaricə çatdıran kommunikasiyalar
vasitəsilə Azərbaycan Qərbə bağlanıb. Bu baxımdan Rusiya artıq
əlverişsiz vəziyyətdədir. Siyasi cəhətdən isə Rusiya Azərbaycanda
təsirini saxlamaqda davam edir. Məhz buna görə Rusiya Azərbaycanı
itirməmək üçün səylərini bundan sonra da davam etdirməyə çalışacaq.
Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu son
dövrlərdə daha da artıb. Istər ABŞ, istərsə də Avropa Birliyi üçün
Rusiyanın enerji bazarında, xüsusən Avropada monopolist rolunu onun
əlindən almaq üçün Azərbaycanda hər cəhətdən möhkəmlənməsi çox böyük
əhəmiyyət kəsb edir. Rusiyanın son dövrlərdə nümayiş etdirdiyi
aqressiyaya baxmayaraq perspektiv və strateji imkanlar baxımından onun
Qərbin bu regiondakı planlarının qarşısını almaq imkanı kifayət qədər
məhduddur.

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=8491

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31