Lavrov Əliyevi pərt elədi

19.06.2014 - 10:55

Rusiyanın xarici işlər naziri Qarabağ blefini ifşa etdi

Rusiyanın xarici işlər naziri Qarabağ blefini ifşa etdi

 

Hökumətin bir qanadına məxsus “Jalə mediası” yeni  provakasiyalara əl atdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri  köhnə
gündəmə yeni rəng qatdı. Ilham Əliyevin çətin vəziyyətlərindən biri də
bu görüş idi. Bütün gözlər Lavrovun  Qarabağ və Avrasiya Ittifaqına dair
verəcəyi bəyanatlara dikilmşdi. Azərbaycan hökuməti hesab edirdi ki,
Rusiya rəsmi Bakını yerli ictimai rəydə biabır olmaqdan xilas etmək üçün
son günlərdə ortaya atılmış “altı rayon alınır” nəzəriyyəsinə dəstək
verəcək.
Rusiya isə “əldəki sərçə damdakı göyərçindən faydalıdır”
prinsipi ilə hərəkət edərək, Ittifaqa qoşulmağa hazır Ermənistanı
saxlayıb bu barədə açıq danışa bilməyən Azərbaycan hökumətinin ayağı
altına daş qoymadı: “Avrasiya Ittifaqının Dağlıq Qarabağ münaqişəsinə
heç bir aidiyyəti yoxdur. Avrasiya Ittifaqını Rusiya, Qazaxıstan və
Belarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ
beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər
əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya
Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər
çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya Ittifaqına da BMT-də
qəbul olunmuş sərhədlər çərçivəsində qəbul ediləcək”.
Beləcə, Rusiya
Azərbaycan hökumətinin “Qarabağın açarı Rusiyadadır”, yaxud da “Rusiya
Ermənistana Qarabağdan çıxmaq üçün təzyiq göstərəcək, Azərbaycana kömək
edəcək” kimi  tezislərinin üstündən xətt çəkdi. Beləliklə, Rusiya bu 
istiqamətdə qoyulan mayanı batırdı.

Avrasiya İttifaqı – ziddiyyətsiz fərqlilik

Rusiya Azərbaycanın Avrasiya Ittifaqına qoşulub qoşulmayacağı
məsələsində çox yumşaq fikir bildirib. Daha doğrusu, demək istəyib ki,
“gəlsəniz, sizə yaxşı olar”. Bunu həm də hədə kimi başa düşmək olar:
“Azərbaycanın Avrasiya Ittifaqına dəvət edilməsilə bağlı heç bir formal
və ya rəsmi təklif olmayıb. Iki ölkənin rəhbər şəxslərinin görüşlərində
bu məsələ müzakirə olunur. Avrasiya Ittifaqı tərəfdaşlarımızın üzünə
açıqdır. Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya Ittifaqına
daxil olmasına müsbət yanaşardıq”.

Bu bəyanatın verildiyi ərəfədə Rusiyanın başqa bir nazir müavini
maraqlı bəyanat verib. ITAR-TASS xəbər agentliyinin  verdiyi məlumata
görə, Rusiyanın regional inkişaf naziri Iqor Slyunyayev deyib ki,
Avrasiya Iqtisadi Ittifaqı yalnız iqtisadi deyil, həm də strateji
layihədir: “Buna görə də Azərbaycanın Avrasiya Iqtisadi Ittifaqı və
Gömrük Şurasına birləşməsi tamamilə real perspektivdir. Mən
hadisələrinГїbu istiqamətdə inkişafını istisna etməzdim”.

İlham Əliyevin maraqlı minnətdarlığı

İlham Əliyev Lavrovla görüşdə Rusiya prezidenti Vladimir Putinin
ölkəmizə ötənilki səfərinin münasibətlərimizin inkişafına təkan
verdiyini qeyd edib. O, həmin səfər zamanı aparılan danışıqlar və fikir
mübadiləsinin əməkdaşlığımızın sonrakı inkişafı baxımından çox səmərəli
olduğunu bildirib.  Bu isə o deməkdir ki, Helsinki dinləmələrində ortaya
qoyulan təsbit növbəti dəfə təsdiqlənir. Yəni, Ilham Əliyev də  etiraf
edib ki, prezident seçkiləri ərəfəsində – çətin durumunda Putin ona
dəstək olub.
Ilham Əliyev həm də maraqlı təşəkkür edib. O,
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyə namizəd olarkən 
Rusiyadan dəstək gəldiyi üçün Putinə minnətdarlıq edib. Maraqlı tərəfi
odur ki, bu, çox uzaq bir hadisədir, görünür Ilham Əliyev Putinin indiki
təkliflərinə “hə” deyə bilmədiyi üçün bu şükranlığa ehtiyac duyub.

“Jalə mediası”nın geopolitikası

Lavrovun Azərbaycan rəhbərliyilə görüşlər keçirdiyi günün maraqlı
olaylarından biri də budur ki, Azərbaycanda şərti adla “Jalə mediası”
adlanan (Kəmaləddin Heydərova yaxın olduğu iddia edilən) saytlarda
müxtəlif üsullarla bir xəbər yazılırdı. Guya, Lavrov qeyri-rəsmi şəkildə
Azərbaycan rəhbərliyinə deyib ki, müharibə edin, ermənilər müqavimət
göstərməyəcək. Bunun arxasında nəyin durduğunu izah etmək bu gün üçün
çətin olsa da, hər halda aydındır ki, hakimiyyət daxilində bu məsələyə
münasibətdə ciddi bir haçalanma var.   Təfərrüatları növbəti
yazılarımızda təqdim edəcəyik. Indi isə görünən odur ki, Ilham Əliyevi
yaxın ətrafı ilə sınağa çəkirlər.
Bunu Rusiya edirmi? Cavab vermək çətindir, amma Rusiyaya münasibətdə edildiyi çox aydındır.

Azadlıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8569

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031