Leyla Yunusdan hakimiyyətə şok hədə

21.06.2014 - 01:17

“Mən hücuma keçəndə hakimiyyətin itkiləri daha ağır olacaq”

 

 

Hakimiyyət dairələrinin Sülh və Demokratiya İnstitutunun direktoru
Leyla Yunusa qarşı hücumları səngimək bilmir. Bu günlərdə NATO-nun
Bakıda keçirdiyi tədirdə vicdan məhbusları ilə bağlı aksiya təşkil edən
hüquq müdafiəçisi bu dəfə millət vəkilərinin hədəfinə çevrilib.
Parlamentin son iclasında deputat Fəzail Ağamalı L.Yunusu Azərbaycan
əleyhinə kampaniyaya cəhddə ittiham edib. F.Ağamalı L. Yunusun kifayət
qədər mənbəyi gizli maliyyə vəsaitinin olduğunu və bu vəsaitlərin
ermənilərdən gəldiyini iddia edib. Eyni zamanda parlamentin spikeri də
hüquq müdafiəçinin ünvanına tənqidi fikirlər səsləndirib. 

Parlamentdə səslənən fikirlər cavabsız qalmayıb. Hüquq müdafiəçisi Leyla Yunus bu hücumun onun üçün gözlənilməz
olmadığını deyir: “NATO-nun təşkil etdiyi seminara vicdan məhbuslarının
şəkli olan plakatla gedəndə özümə qarşı növbəti hücumu gözləyirdim.
Ancaq ağıllı hərbçilər həmişə hücumu qabaqlayır. Ona görə də mən növbəti
əks-hücum hazırlamışam”.

L.Yunus iyunun 23-də tədbir keçirəcəyini və hakimiyyətə önləyici
zərbəni endirəcəyini bildirdi: “Bazar ertəsi iyunun 23-də, saat 12-də
Nizami küçəsində yerləşən ofisdə tədbir keçirəcəm. Bütün jurnalistləri
ora dəvət edirəm. Orda Repressiyalar Müqavimət Mərkəzinin yeni
materiallarını təqdim edəcəm. Təqdim etdiyim materiallardan sonra
hakimiyyət ağır itkilərə məruz qalacaq”.

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8695

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031