Əliyevlər rejimində siyasi girovlar

23.06.2014 - 01:35

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansdan AŞPA-ya ilginc müraciət

 

 

 

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının
növbəti iclası keçirilib. İclasda siyasi məhbuslarla bağlı vəziyyət, Alyansın
qarşısında duran vəzifələr və digər məsələlər müzakirə olunub. İclasda son
zamanlar siyasi məhbuslarla bağlı keçirilən məhkəmələrdə onlara fantastik səviyyədə
absurd cəza verilməsi, hökümətin siyasi məhbus problemini həll etmək əvəzinə
ictimai- siyasi fəaliyyətinə görə yeni- yeni insanları həbsə atması birmənalı şəkildə
pislənilib.

AŞPA- nın Azərbaycanla bağlı siyasi məhbuslar üzrə
xüsusi məruzəçinin təyin edilməsi, problemin həlli istiqamətində rəsmi Bakıya təsir
vasitələrinin gücləndirilməsinə dair Alyans adından qurumun üzvlərinə müraciət
qəbul olunub. İclasda “Siyasi
Məhbuslarsız Azərbaycan” İctimai Alyansının qarşıdakı dövr üçün Fəaliyyət Planımüzakirə edilib və qəbul olunub.

Alyans üzvləri həmçinin Azərbaycanda siyasi məhbuslarla
yanaşı hakimiyyətin repressiyasına məruz qalıb, fəaliyyəti məhdudlaşdırılan və nəzarət
altında saxlanılan, ölkədən çıxşına yasaq qoyulan siyasi girovların
mövcudluğuna diqqət çəkərək problemin ictimailəşdirilməsi və həlli istiqamətində
müəyyən addımların atılması, yaxın gələcəkdə bu istiqamətdə ictimai dinləmələrin
keçirilməsinə qərar veriblər.

İslada Alyans daxili məsələlər də müzakirə
edilib. Alyans üzvü Elşən Həsənovun öz
başına Alyans adından çıxışlar etməsi, bəyanatlar verməsi, eləcə də Penitensiar
Xidmətin rəisi Mədət Quliyevə müraciət edərək ondan görüş istəməsi pislənilib,
onun bu addımı özfəaliyyət kimi qiymətləndirilib. Özbaşına fəaliyyətə yol verməməsi üçün ona xəbərdarlıq
edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=8776

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31