Zahid Oruc İlham Əliyevin diplomatiyasına inanmır

23.06.2014 - 23:56

Deputat müharibənin anonsunu verdi

Deputat müharibənin anonsunu verdi;”Ermənilər müharibənin Naxçıvandan başlayacağını düşünürlər”
 
“Həm siyasi, həm də iqtisadi imkanları yüksək olan Naxçıvan ermənilərə qarşı öldürücü zərbə vurmağa qadirdir”.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkilinin sözlərinə görə, ermənilərin Naxçıvana hücumu haqqında informasiyalar xeyli ziddiyyətlərlə və düşmən tərəfin marağını əks etdirən spekulyativ məlumatlarla doludur: “Son beş ayda Ermənistanın Azərbaycana qarşı siyasətində fərqli mövqe müşahidə olunur. Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrindəki təyinatlardan sonra taktika dəyişkənliyinə əl atıb. Onlar Naxçıvandan Tovuza qədər əhatə dairəsində təxribatçı tədbirlər görürlər. Bu o deməkdir ki, onlar ölkəmizin hərbi sisteminin inkişafına, koordinasiya olunmasına hər cür vəchlə zərbə vurmaq istəyirlər”.
Zahid Orucun sözlərinə görə, Azərbaycanın Naxçıvanda apardığı hərbi siyasət ermənilərdə fərqli fikirlər formalaşdırıb və çox güman ki, onlar Azərbaycanın ikinci Qarabağ müharibəsini Naxçıvandan başlayacağını düşünürlər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8807

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031